Əxlaq və mənəviyyat

İşarə

Əxlaq və mənəviyyat

Böyük Rəhbər həzrət Ayətullah Xameneinin baxışında

Birinci fəsil: İman, İslam və mənəviyyat

İmanın əlamətləri

İmanın əlamətləri günah etməmək, Allahdan qorxmaq, Allah bəndələri ilə yaxşı davranmaq, Allah düşmənləri ilə düşmən olmaq, qardaşların kiçik ixtilaflarına asanlıqla göz yummaq, düşmənlərlə isə zərrələri də hesablamaqdır. Möminlərin qarşısında təvazökar olun, özünüzü kiçildin: möminlərə qarşı mülayim və təvazökar(1). Bu, bir-biri ilə kəllə-kəlləyə gəlməklə uyğun deyil. Bu, məhəbbət, bağış və keçinməklə yaranır.(2)

İman məhəbbətlə birgə olmalıdır!

İman məhəbbətlə və dərin eşqlə birgə olmasa, lazımi təsir bağışlaya bilməz. Əməl və fəaliyyət məqamında imana böyük təsir bəxs edən amil məhəbbətdir. Məhəbbət olmadan hərəkatı inkişaf etdirmək olmaz. Məhəbbətin ən üstün növü – yəni Əhli-beytə məhəbbət bizim ixtiyarımızdadır. Bu məhəbbətin zirvəsi Kərbəla və Aşura məsələsi, Allah adamlarının ozamankı fədakarlığının dəyərli yadigarlarını qorumaqdır. Bu, şiəliyin tarix və mədəniyyəti üçün yadigar qalmışdır.(3)

Siz Allaha iman sayəsində qüdrətləndiniz!

Allaha şükür olsun ki, böyük güclər və düşmənləriniz siz böyük, şücaətli və mübariz xalqdan hələ də qorxurlar və qorxmalıdırlar da. Siz Allaha iman sayəsində belə qüdrətlənmişsiniz. Bu imanı gücləndirin, birliyinizi artırın və nəyin bahasına olursa-olsun Allah düşməninin boyunduruğu altına girməyin. İslam uca və ucalıq bəxş edəndir; kim İslamla tanışdırsa, ucalıq ona məxsusdur. Xar olan şəxslər İslamdan uzaqlaşdıqlarına görə xar oldular. Özünüz İslamı qoruyun, imanınızı gücləndirin, İslam dəyərlərinin keşiyini çəkin, digər xalqları da İslamla barışmağa və İslama qayıtmağa sövq edin. Bu zaman bütün şeytansifət güclərin əli üzüləcək.(4)

səh:1


1- [1] Maidə/54.
2- [2] Vilayət hədisi, c. 4, səh: 208 (1990).
3- [3] Vilayət hədisi, c. 2, səh: 7 (1989).
4- [4] Vilayət hədisi, c. 6, səh: 279 (1991).

Müharibədə xalqımıza parlaq qələbələr gətirən amil: İman

Bəzilərinin iki övladı, bəzilərinin üç övladı, bəzilərinin dörd övladı şəhid oldu. Biz gördük; əzizləri şəhid olan analar elə mətanət və möhkəmlik göstərirdilər ki, insan heyrətə gəlirdi. Allaha şükür olsun ki, mənim hörmətli şəhid ailələri ilə çoxlu görüşlərim həmişə olub və indi də var. Düşünürəm ki, şəhid anaları qüvvə və qüdrət baxımından doğrudan da misilsizdirlər. Güclü duyğu və emosiyaları olan, öz övladını aşiqcəsinə sevən bir qadına hansı amil belə bir qüvvə bəxş edir ki, bir, iki, yaxud daha artıq övladının şəhidliyi qarşısında belə mətanət və vüqar nümayiş etdirir?! Bu, imandandır. İnqilabda bizim xalqımızı qalib edən iman idi; müharibədə bizim xalqımıza parlaq qələbələr gətirən iman idi; İslamı və Quranı dünyada başıuca edən, İslam Respublikasını izzət və əzəmətə qovuşduran iman idi; şəhid ailələrinə dözüm, güc və qüvvə verən iman idi. Bu imanın qədrini bilin, onu qoruyun; heç bir silah onun qarşısında dayana bilməz.(1)

İlahi sirr imandan ibarətdir!

Bizim quruluşumuz xalqın imanına, duyğusuna və sevgisinə arxalanan bir quruluşdur. Ümumiyyətlə bu quruluşun məğlubedilməzlik sirri xalqa güvənməsidir. Bu, mühüm məsələdir. Xalqa güvənmək də hər yerdə və asan əldə olunmur. Əgər bir ilahi sirr olmasa, xalqın qəlbinin yönəlməsi də mümkün olmaz. Siz baxın, Allah-Taala elə əzəmətli Peyğəmbərə (ə) buyurur: O səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi. Ayədə möminlər ilahi yardımla yanaşı qeyd olunmuşlar. Burada möminlər sözünün yardım sözünün təfsiri olduğunu demək olar; yəni ilahi yardım möminlərin vasitəsi ilə həyata keçir. Əlbəttə, o həzrətin dövründə adi məsələlər xaricində olan yardımlar da olmuşdur; məsələn nişan qoyulmuş mələklər və sair. Lakin əsasən möminlər olmuşdur. Sonra da buyurur: Əgər sən Yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Yəni ey bizim əziz Peyğəmbərimiz! Bu möminləri də sənin yola gətirdiyini düşünmə. Xeyr! Bu iş mənlərin, bizlərin, maddi və bəşəri amillərin işi deyil. Bu, ilahi və mənəvi sirdir.

Burada çox zərif məqam budur ki, bu ilahi və mənəvi sirr də tərif olunasıdır, insan ağlından xaric bir şey deyil. Bunları hamı başa düşə bilər. Bu aydın məsələdir. Və bu ilahi sirr imandan ibarətdir. İnsanların qəlbində iman çağlayıb əməl mərhələsinə çıxdıqda ilahi imana dayanan hər bir şey güclənir.

səh:2


1- [5] Vilayət hədisi, c. 6, səh: 129 (1991).

Burada quruluş ilahi və Quran quruluşu, xalq da dinə etiqadlı olduğundan, dinə güvəndiyindən belə bir quruluşu bu xalqla mütləq və asanlıqla davam etdirmək olar. Bu xalq heç kəsdən bir şey ummadan, heç kəsə minnət qoymadan, özünün bütün bu ixlasına görə Allahdan savayı heç kəsdən qarşılıq istəmədən səhnəyə çıxır. Nəticədə dünyanın ən böyük siyasi strateqləri və ən güclü casus şəbəkələri bu ölkənin və bu quruluşun əleyhinə işləməyə başlayırlar, lakin on yeddi ildən sonra işlərində uğur görünmür. İnşallah onlarla on yeddi illər ötəcək və yenə uğursuz qalacaqlar. Görün xalqın rolu nə qədər böyükdür. Və parlament bu quruluşun idarəsində məhz xalqı təmsil edir.(1)

Bizim xalqımız inqilabda və müharibədə öz imanı və fədakarlığı hesabına qələbə çaldı!

19 Dey hadisəsində və qırxların keçirilməsi münasibəti ilə bir-birinin ardınca baş verən hadisələrdə əsas məqam budur ki, dindar və fədakar xalq maddi güc baxımından heç nəyi əskik olmayan bir rejimə qalib gəldi. Belə ki, həm o rejim çaşıb məəttəl qaldı, həm də dünyanın bütün siyasi analitik və ideoloqları; yəni dindar və fədakar xalq mübarizə apardığı bir rejimi bir tufan kimi darmadağın etdi. Əgər kimsə bunun adını möcüzə qoyursa-qoysun. Amma bu, təkrarı mümkün olmayan möcüzələrdən deyil, aydın təhlili olan, təkrarı həmişə və dünyanın hər bir yerində mümkün olan bir möcüzədir.

Əgər böyük bir xalqın Allaha imanı olsa, qəlbi iman nuru ilə işıqlansa, fədakarlığa hazır olsa, özündən böyük olan hər bir gücə qələbə çala bilər. Bu bir qaydadır. İran xalqı bu qaydanı sınaqdan keçirmişdir. Siz inqilabda bunu təcrübə etdiniz, İran xalqının Qumdan başlayan hərəkatda imanı və fədakarlığa hazırlığı sayəsində dünyanın birinci dərəcəli güclərinin himayə etdiyi bir quruluşu və rejimi necə məhv etdiyini, dünyanın bütün güclərinin qarşı çıxdığı bir İslam quruluşu yaratdığını gördünüz. Bu bir təcrübədir.

Başqa bir təcrübə müharibə idi. Siz gördünüz və dünya da müşahidə etdi ki, İran xalqı həmin imanı və fədakarlığa hazırlığı sayəsində Şərqin və Qərbin iştirak etdiyi bir müharibəni öz xeyrinə sona çatdırıb düşmənin bütün məqsədlərini puç edə və öz məqsədlərinə çata bildi. Bu, kiçik təcrübə deyil.(2)

Hər şey Allahla mənəvi əlaqədən asılıdır!

səh:3


1- [6] Nəzarət şurasının Mərkəzi heyətinin və monitorinq qruplarının üzvləri ilə görüşdə çıxışdan: 1996.
2- [7] Vilayət hədisi, c. 6, səh: 153 (1991).

İnqilab, hökumət və idarələrdə nöqsan və yayınma bu cəhətdən başlayır: mənəviyyat, Allahla mənəvi əlaqə, qəlbin Allaha diqqəti cəhətinə əhəmiyyətsiz yanaşırlar. Əgər fikir versəniz, bizim inkişaf etdiyimiz, uğur qazandığımız, yaxşı işləyib razı qaldığımız yerlər bu cəhəti təmin etdiyimiz yerlərdir; harada ziyan gördüksə, işin bu cəhətinin zəifliyinə görə oldu.

Allahla mənəvi əlaqəyə əhəmiyyətsiz yanaşmaq olmaz. Bizim hər bir işimiz bu əlaqədən asılıdır. Düşmənlərdən qorxmamaq üçün bizim qəlblərimizi möhkəmlədən amil bu əlaqədir. Fikir və üslub fərqlərinə rəğmən, bizim qəlblərimizi möminlərə və Allah yolunun yolçularına qarşı sevgi ilə dolduran Allahla bu əlaqədir. Allahla mənəvi əlaqə öz nəfsimizdən ötrü həqiqəti tapdamamağa, ümumi məsləhəti şəxsi mənafeyə qurban verməməyə bais olur. Allahla mənəvi əlaqə Allah yolundan yayınmamağa, bu yolu getməyə peşman olmamağa və yorulmamağa səbəb olur. Allahla mənəvi əlaqə həmişə mümkündür, heç zaman gec və imkansız deyil.(1)

Bizim hərəkatımızın və xalqımızın nəyi varsa, Allaha diqqət və təvəkkülün məhsuludur!

Aşağıdakı bir neçə məsələ bizim üçün əhəmiyyətli və gələcəyə məxsus olan məsələlərdir və təbii ki, keçmiş də həmişə gələcəyin xidmətində durmalıdır:

Bir məsələ budur ki, bu hərəkatın, bu xalqın və onun sayəsində digər müsəlman xalqların nəyi varsa, Allaha diqqətdən, təvəkküldən və Allahın xatirəsini qəlblərdə yaşatmaqdandır. Bunu bir an da unutmaq olmaz. Əgər Allaha diqqət və Allahın tükənməz qüdrət mənbəyindən yardım diləmək olmasaydı, bu inqilabın, bu xalqın və bu hərəkətin bu uğurlara nail olmasını təsəvvür etmək çətin olardı. Gələcəkdə də belə olacaq.

İslam inqilabında əsas məsələ insan yetişdirməkdir. İnsan yetişdirmək üçün də birinci növbədə qəlbi təmir etmək və ruhu abadlaşdırmaq lazımdır. Qızılın, bərbəzəyin və nemətin olduğu, lakin insaniyyətdən, əxlaqdan və dindən uzaq düşən bir dünya insanlara da ləzzət verməyəcək, bəşərə rahatlıq bəxş etməyəcək. İnsanın rahatlığı dindən irəli gələn ruhiyyə və əxlaqdan doğur. Əxlaqın, mənəviyyatın və dinin olmadığı bir dünya bu gün gördüyünüz kimi ola bilər; böyük güclərin və dünya təcavüzkarlarının ağır təzyiqi nəticəsində xalqların başına gələnləri və gəlməkdə olanları görürsünüz.(2)

səh:4


1- [8] Vilayət hədisi, c. 4, səh: 7 (1990).
2- [9] Vilayət hədisi, c. 9, səh: 159.

Bu böyük quruluşun dirəyi imandır!

Bu işi inqilab gördü. Bu iş imamın rəhbərliyi və bu imanlı xalqın zəhməti ilə baş verdi. Bu böyük quruluşun dirəyi imandır. İnqilabçı və əsl Məhəmməd İslamına iman bu möcüzəni edən parlaq həqiqətdir. Düşmən ilk gündən bunu anladı və onu zəiflətməyə çalışdı. İndi iyirmi ildir müxtəlif yollarla daim xalqın imanını zəiflətməyə çalışır. Onlara inqilab tərəfindən zərbə vuruldu, amma yenə başqa üsullarla buna çalışırlar.

Mənim əzizlərim! Buna yaxşı diqqət yetirin: öz daxilində bu həvəskar, aktiv və səmərəli imanı qoruya bilən hər bir qurum və təşkilat bu xalqın, bu məmləkətin, bu quruluşun və bu tarixin işinə daha çox yarayar. Siz Cihad(1) üzvləri də beləsiniz. Siz özünüzdə bu imanı qorumağı bacardınız. Cihadın əsas dəyəri budur.(2)

İnqilabın başvermə amilləri: Allahı yada salmaq, ilahi vəzifəni yerinə yetirmək və Allah üçün qiyam etmək

İnqilabın başvermə amilləri hansılar idi? Bunun bir yox, çoxlu amilləri olmuşdur. Bunun üçün dəqiq elmi, sosioloji və tarixi araşdırma aparmaq lazımdır. Əlbəttə, bu məsələlər dəfələrlə araşdırılmışdır.

İnqilabın müxtəlif amilləri olmuşdur. Həmin amilləri öyrənməyin özü böyük bir elmi dərsdir. Bütün bu amillərdə mövcud olan ruh kimi yanaşmalı məsələ Allahı yada salmaq, ilahi vəzifəni yerinə yetirmək və Allah üçün qiyam etməkdir. Düzdür, bəzi şəxslərin zehnində müxtəlif maraqlar ola bilərdi; məsələn tağut diktaturası ilə və yaxud fəsadla mübarizə. Bunların hamısı düzgündür.

İnqilaba təsir göstərən bu maraqlar hamıda vardı, lakin onların təsir səbəbi dini ruhla və vəzifə hissi ilə yanaşı olmaları idi. Çünki istibdada, fəsada, asılılığa, geriliyə və yoxsulluğa qarşı mübarizə aparmaq, insanların məişət səviyyəsini yüksəltməyə və yoxsulluğu aradan qaldırmağa çalışmaq Allahın razılığına səbəb olan işlərdəndir. Allah-Taala insanlara bu işləri əmr etmişdir.

Əgər dini ruh olsa, bu amillər xalqın bütün təbəqələrində geniş və güclü formada yaranar. Odur ki, inqilab bitəsi deyildi və deyil. Əgər dini amil olmasa, bir neçə gün hərəkət olar, müəyyən bir qrup və təbəqə bir iş görər və sonra da yorular; bəziləri öz dünyaları ilə məşğul olarlar, bəziləri hakimiyyətə və vəzifəyə gələrlər, bəziləri hakimlərlə sazişə gedərlər, bəziləri qorxarlar, bəziləri rahat həyata üz tutarlar, bəziləri məyus olarlar və məsələ bitər.

səh:5


1- [10] Quruculuq Cihadı adlı dövlət qurumu nəzərdə tutulur.
2- [11] Quruculuq Cihadının üzvləri ilə görüşdə çıxışdan: 1998.

Dünyanın çoxlu hərəkatlarında Allahın adı, xatirəsi, bəndəlik ruhu, ixlas, elə böyük insan, böyük imam kimi ilahi və mənəvi bir rəhbər olmadığından fəsadla, istibdadla və bir xalqın digər bədbəxtlikləri ilə mübarizədə hətta adi istedadlar da çiçəklənmədi.

Lakin burada bütün xalq - kişilər, qadınlar, qocalar, ömürlərində ictimai məsələlərə qoşulmayanlar, öz maddi həyatları üçün heç bir zərərli və təhlükəli işə girişməyənlər ayağa qalxdılar, qorxmadan küçələrə çıxdılar, ümumi bir təlatüm yarandı, hərəkat başladı və inqilab oldu; özü də bu inqilab ardınca elə iş gördü ki, İslam tarixində - erkən İslam çağının hökumətlərindən bizim dövrümüzə qədər heç zaman bu iş görülməmişdi; nə burada, nə də başqa bir yerdə. O iş nə idi?

O iş Quranın, İslam fiqhinin və din hökmlərinin hakimiyyəti, ölkənin qanunlarının və idarəsinin İslam əsasında həyata keçirilməsi idi. Bu, keçmişdə heç bir yerdə görünməmişdi.

Bu gün bəzi adamlar həqiqətən naşükürlük edir və Allahın nemətini kiçik sayırlar. Məsələn bir məhkəmənin bir yerdə bunların fikrincə düzgün olmayan bir hökm çıxardığına, yaxud ölkənin bir tərəfindəki bir prefektin, yaxud icra hakiminin bir söz danışdığına, yaxud bir dövlət məmurunun bir iş gördüyünə görə birdən-birə hər şeyi sual altına salırlar, inqilab, hökumət, İslam Respublikası, vilayət və bu böyük hərəkət tamamilə unudulur, nəyin baş verdiyini yaddan çıxarırlar.

Mənim əzizlərim! İnqilabın qələbəsindən on səkkiz ilə yaxın vaxt ötəndən sonra bəzən dünyanın müxtəlif yerlərindən görkəmli insanlar buraya gəlib bizimlə görüşür və deyirlər ki, siz özünüz inqilabın içində olduğunuzdan nə baş verdiyini yaxşı anlamırsınız. Bu hadisə vəsfəgəlməz bir hadisədir.

Hegemonizmin sığındığı və ABŞ-ın mərkəzləşdiyi yer, hökumət başçıları qlobal güclərin müti qulları olan, sərvəti hakim ailələr arasında paylanan, dini günbəgün zəifləyən, xalqı günbəgün şiddətə, əxlaqsızlığa və cinsi fəsada sövq edilən bir ölkədə müstəqil, azad və qorxmaz bir xalq hakimiyyəti yaranmışdır. Ölkənin başçı və məmurları, hakimiyyət orqanlarının rəhbərləri mömin insanlar və din alimləridir. Vəzifəli şəxsləri, hərbçiləri, ordusu, korpusu və deputatları hamılıqla mömin, dindar, bəziləri nafilə və gecə namazları qılan insanlardır. Bu ölkə ABŞ kimi bir gücün qarşısında dayanır, ondan qorxmur və ölkənin mənafeyini əcnəbilərə satmır.

Bunlar böyük və möhtəşəm məsələlərdir. Bir tərəfdə bir, iki, yüz eyib, yaxud mənfi hal ola bilər. Məgər Əmirəlmömininin (ə) hakimiyyəti zamanı eyib, qanun pozuntusu və kobudluq yox idi?! Məgər şəriət cəzası yox idi?! Məgər oğurluq yox idi?!

səh:6

Sözsüz ki, oğruya qarşı tədbir görürlər. Pis yer o yerdir ki, orada dərdə, fəsada qarşı tədbir görülməsin, pis işlərə və dinsizliyə həvəsləndirilsin.

Böyük bir cəmiyyətin və xalqın tərbiyəsi bir neçə il ərzində həyata keçmir. Möhtəşəm bir hadisə baş vermişdir; digərləri də bunu təsdiq edirlər. Bizim özümüz də diqqət etsək, çox möhtəşəm bir işin baş verdiyini anlayarıq. ABŞ-ın, sionizmin, transmilli şirkətlərin, beynəlxalq oğruların, dünyanın məşhur quldurlarının bu quruluşla heç zaman barışmaq istəməmələrinin səbəbi bu işin və hərəkətin möhtəşəm olmasıdır.

Bir xalq çox möhtəşəm bir inqilab edir. Bu inqilab öz ardınca belə möhtəşəm nəticə və təsirlər buraxır. Sonra da bununla kifayətlənmir, bununla iş bitmir.

Bu quruluş özünün ilk illərində dünyanın birinci dərəcəli gücləri olan SSRİ və ABŞ tərəfindən planlaşdırılmış böyük bir təxribatla mübarizə apardı. Allaha şükür olsun ki, sovetlər dağıldı, məhv oldu. Bu birisi də min bir problem və başağrısı ilə qalmışdır. Bu böyük güclər dünyanın digər gücləri və hərbi təşkilatları ilə birgə bizə qarşı müharibə başlatdılar. Bu xalq və bu inqilab isə bütün bunların qarşısında dayanıb onları nakam qoya bildi.

Məgər zarafatdır?! Bu dediklərimin hər biri bir quruluşu və bir rejimi əzib tapdaya, bir xalqı məhv edib diz çökürə bilər. İqtisadi embarqolar, hərbi hücumlar, uzun müharibə, böyük təbliğat müharibəsi və digər təxribatlar apardılar, amma yenə bacarmadılar. Müharibəni səkkiz il uzatdılar, amma bu ölkənin bir qarış torpağını da əllərində saxlaya bilmədilər; nə almışdılarsa, bu xalq caynaqlarından çıxardı.

Bu, inqilabın və bu quruluşun hünəri idi; bu hökumətin hünəri idi. Sonra da quruculuğa başladı. Dedi ki, indi müharibə bitmişdir və ölkəni qurmağa başlamalıyıq. Bu da quruculuq! Siz bu gün ölkənin harasına getsəniz, Allahın lütfü ilə iş, fəaliyyət və quruculuq görərsiniz. Xalq, hökumət, yüksək və aşağı rütbəli məmurlar hamılıqla çalışırlar. Bu, inqilabın təsiri və hünəridir və bu quruculuq gələcəkdə də davam etdiriləcək; rifaha, dünya və axirət kamalına, maddi və mənəvi yüksəlişə doğru bu hərəkət gəlcəkdə də davam edəcək. Bu xalq meydandan çəkilməyəcək.

Bunlar dinin səmərəsidir. Dinsiz bir inqilab, həmçinin partiya, ideologiya və şəxsiyyətlər bunu bacarmazlar. Bu, xalqın dini inancının səmərəsidir.

səh:7

Deməli, əsas amil budur. Siz bu əsas amili qorumalısınız. Bu xalq onu qorumalıdır.(1)

Cəmiyyətin xoşbəxtliyinin sirri Allaha iman ətrafında birləşməkdir!

Bu gün İran xalqı İslamın adı ilə işləyir, çalışır, İslam üçün zəhmət çəkir, cihad edir. Allahın dini, ilahi məfhum və dəyərlər əsasında bir ictimai quruluşun formalaşması bizim dövrümüzdə baş verən bir möcüzədir. Maddi hesablara görə əsla belə bir şey gözlənilmirdi. Müsəlman xalqlar bu hərəkətə həqiqətən məftun olmuşlar. Bu, şişirtmə deyil, reallıqdır. İslam Respublikası əleyhinə aparılan bütün bu təbliğatlara rəğmən, biz müsəlman xalqların İslam inqilabına və İslam Respublikasına qarşı nikbin olduqlarını və həmin istiqamətdə hərəkət etdiklərini görürük. Bu gün dünyada bu hərəkətdən təsirlənməyən az müsəlman xalq tapmaq olar.

Bu şövq və bu ümid xalqlarda o zamana qədər qalacaq ki, biz qeyd-şərtsiz imandan və Allahın dininə tam şəkildə boyun əyməkdən bir iynə ucu qədərincə uzaqlaşaq. Qlobal güclərlə münasibətdə də belədir, beynəlxalq məsələlərdə də, xarici siyasətdə də, ölkənin daxili məsələlərində də.

Biz cəmiyyətin Allaha iman ətrafında birləşməkdən ibarət olan xoşbəxtlik sirrini öz ictimai həyatımızda və quruluşumuzda hər an gücləndirməli və qabartmalı, xalqı İslam tərbiyəsinə doğru daha çox sövq etməli, cəmiyyətin gənclərini İslam tərbiyəsi əsasında yetişdirməliyik. Bizim universitetlərimiz öz üzərində yalnız alim yox, həm də müsəlman gənc və müsəlman mütəxəssis yetişdirmək vəzifəsini hiss etməlidir; məktəblər də həmçinin. Biz elə etməliyik ki, cəmiyyətdə İslam dəyərləri mütləq dəyərlər sayılsın və onun qarşısında duran digər dəyərlər zəifləsin. Radio və televiziya bunun üçün çalışmalı və proqram hazırlamalıdır.(2)

İslam ordusunun fərqi: Allaha iman

Silahlı qüvvələrin silah-sursata, təlimə, kadra və digər bu kimi amillərə ehtiyacı olsa da, İslam ordusunu digər ordulardan fərqləndirən cəhət Allaha imandan, ilahi fərman qarşısında itaətkarlıqdan və döyüşlərinin Allah yolunda cihad olmasını bilməkdən ibarətdir. Əsas amil budur. Əgər onu ayırsaq, İslam ordusu da digər ölkələrin orduları kimi və onlardan biri olacaq; yəni əgər silah-sursat, say, qüvvə və parlaq istedad çoxluğu olsa, müqavimət göstərməsi

səh:8


1- [12] Din alimləri, elmi hövzə tələbələri və Qum əhalisinin müxtəlif təbəqələri ilə görüşdə çıxışdan: 1997.
2- [13] Vilayət hədisi, c. 5, səh: 106-107 (1990).

mümkündür, lakin qarşı tərəfin sayı bir qədər çox, texnikası bir qədər mütərəqqi olsa, bunların qələbəsi mümkün olmayacaq.

Siz bilirsiniz ki, bu gün İslam düşmənləri say, hazırlıq və texnika baxımından İslamın xidmətində duranlardan və İslamı müdafiə edənlərdən güclüdürlər. Lakin iman amili nəzərə alınsa, İslamın silahlı qüvvələri – ordu və korpus imanla təchis olunsa, Allaha arxalansa, Allah yolunda cihad etsə və üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışsa, hansı imkanlara malik olursa-olsun, dünyada heç bir qüvvə onun qarşısında dayana bilməz. Silahlı qüvvələrdə bu inamı yaratmaq lazımdır. Çünki biz texnika baxımından dünyanın böyük gücləri ilə rəqabət apara bilmərik. Onlar texnika və canlı qüvvə baxımından bizdən illərlə öndədirlər. İman amili isə bizdədir, onu döyüşçüyə köçürmək lazımdır. Biz harada uğur qazandıqsa, bu qüvvə ilə qazandıq və harada məğlub olduqsa, bu qüvvənin zəiflədiyinə görə məğlub olduq. Əgər gedib döyüş əməliyatlarını təhlil etsəniz, bu nəticəyə çatarsınız. Harada qəlblər iman nuru ilə işıqlanmışsa, biz bütün sədləri keçib irəliləmişik; harada maddiyyata və zahiri işlərə meyl, ilahi savaba rəğbətsizlik və şəriət vəzifəsinə diqqətsizlik bizim niyyətlərimizi bir qədər korlamışsa, orada uduzmuş və məğlub olmuşuq.(1)

Bizim vəzifəmiz Allahla mənəvi əlaqəni qorumaqdır!

Şüardan, qəhrəmanlıqdan və ötən işlərə görə razılıqdan bir an xaric olub vəzifəmizin nə olduğuna baxaq. Bizim hər birimizin vəzifəsi Allahla bu mənəvi əlaqəni qorumaq və onu heç zaman kəsməməkdir. Bizim hər birimizin Allahla mənəvi əlaqəsi öz əməlimizi, qəlbimizi, əxlaq və rəftarımızı Allahın sevdiyi və razı olduğu ilə uyğunlaşdırmaq, eqoistlikdən yalandan, böhtandan, hiylədən, nəfsin istəklərini öz həyatımıza hakim etməkdən çəkinmək, öz şəxsi əməllərimizdə Allahı yad etmək, Allah zikrini, Ona diqqəti, həqiqi bağlılığı, nəfslə mübarizəni və həqiqi ibadəti gücləndirməkdir. Bu bizim hər birimizin vəzifəsidir.(2)

Bu müddətdə İslam döyüşçülərinin göstərdiyi qəhrəmanlıq, şücaət, qüdrət, zəfər və bizim böyük xalqımızın göstərdiyi fədakarlıq, ruhi qüvvə, Allaha təvəkkül və özünəinam heç bir tərifə sığmır. Böyük güclərin ən modern silahlarının təsir etmədiyi polad iradəli xalqımızın, azad insanların, aslan qadınların, qeyrətli döyüşçülərin və qəhrəman Bəsic üzvlərinin xatirə dolu yaddaşını və ürək səhifəsini asanlıqla təsvir etmək mümkün deyil. Bunun üçün yazıçılıq və şairlik bacarığı olan bütün şəxslər, rəssam və heykəltəraşlar

səh:9


1- [14] Vilayət hədisi, c. 2, səh: 214-215 (1989).
2- [15] Vilayət hədisi, c. 5, səh: 125 (1990).

özlərinin və digərlərinin görüb-bildiklərini sənətkarcasına nəzmə və nəsrə çəkməli, əsərlər yaratmalıdırlar.

Burada döyüş hadisələrini yazan bütün yazıçılardan və bu mühüm vəzifəsini yerinə yetirən bütün şəxslərdən istəyirəm ki, bu dövrün xırdalıqlarını yaddan çıxarmasınlar, bu tükənməz xəzinəni gələcək nəsillərə yadigar qoysunlar. Bu dövr tarixin hərəkətverici və ümmətlərin ilhamverici qüvvəsinin ehtiyat dövrüdür.

Möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar(1) xüsusiyyətinə malik olan qövmün meydana çıxması vədəsini gecənin abidlərinin və gündüzün aslanlarının simasında müşahidə etmək olar. Onlar qeyri-bərabər bir müharibədə qalib oldular, Fəcr, Zəfər, Kərbəla və Xeybər qələbələrində ilahi qüdrəti göstərdilər. Addımlarının möhkəmliyi Fəth ayələrinin aydın təfsiri, uca və möhkəm iradələri ilahi iradənin aşkar təzahürü idi.(2)

Hegemonizmin imkan və texnikaları iman qarşısında acizdir!

Qlobal hegemonizmin nəyi var? ABŞ-ın nəyi var ki, dünyanın müxtəlif ölkə və hökumətləri qarşısında lovğalıq edir? Silahı, texnikası, pulu, bombası, təyyarəsi və güclü donanması var. Düzdür, bunlar maddi texnikalar qarşısında güclü və təsirlidir, lakin iman qarşısında necə? Hegemonizmin və ABŞ-ın texnikalarının iman qarşısında heç bir təsiri yoxdur. Bizim xalqımız iman silahı ilə silahlandığına görə hegemonizm İran xalqının möhtəşəm və əzəmətli inqilabını məğlub edə bilmir. İran xalqı İslama dərin imanı sayəsində məğlubedilməz bir xalq olmuşdur. Heç bir güc bu xalqı məğlub edə bilməz; nə xarici düşmənlər, nə daxili düşmənlər, nə qruplaşmalar, nə təxribatçılar, nə də başqa bir kəs.

Mən siz əziz şəhid ailələrinə deyirəm: Allaha şükür olsun ki, sizin şəhidlərinizin qanı hədər getmədi. Allaha şükür olsun! Sizin əziz şəhidlərinizin bədənləri qana boyansa da, ruhları sevincə qərq oldu. Onlar İslamın izzətli olmasından ötrü vuruşub öldürüldülər və İslam izzətli oldu. Qanlarının hədər getməməsində onlar Hüseyn ibn Əliyə (ə) bənzəyirlər. O həzrəti faciəli şəkildə şəhadətə yetirdilər, düşmən zahirən o əzizləri şəhid edə bildi. Məsələnin zahirinə görə Yezid, amma əslində Hüseyn ibn Əli (ə) qalib oldu. Hüseyn ibn Əli (ə) İslamın yaşamasından ötrü canını fəda etdi və bu yolda uğur qazanıb

səh:10


1- [16] Maidə/54.
2- [17] Vilayət hədisi, c. 2, səh: 150 (1989).

İslamı sığortalamağı bacardı. Sizin əzizləriniz də İslamı və İslam respublikasını sığortaladılar.(1)

Bu mömin xalqa qarşı mübarizədə hamı məğlubiyyətə məhkumdur!

Dünyada İran xalqına - bu yekdil, güclü, mömin və məmurlarına qarşı belə səmimi hissləri olan xalqa qarşı mübarizə aparıb ona qalib gələ biləcək heç bir maddi güc yoxdur. Kim belə bir xalqla mübarizə aparsa, məğlubiyyətə məhkumdur. Kim belə bir ölkə, xalq və hökumətlə vuruşsa, məğlubiyyətə məhkumdur. Allaha və İslama kömək edən, Qurana əməl edən, öz taleyinə hakim olan, azadlığın və müstəqilliyin qədrini bilən, kənara çəkilməyən, məsələləri təhlil edən bir xalqla kim üzləşsə və mübarizə aparsa, özü məğlub və bu xalq qalib olacaq.

Təbii ki, dövlət qurumları işləyir və diqqətlidirlər. Lakin ən yaxşı diqqət edən iş yerində, dərsdə, gəzinti, idman və əyləncə mərkəzində olan siz xalqın, siz ata və anaların, siz gənclərin özünüzsünüz. Allahın lütfü ilə bu xalq bu ehtiyatlılıqla, bu diqqətlə, Allaha arxalanmaqla, hamılıqla Qurana və Allahın ipinə sarılmaqla əziz ölkəmizi nümunəvi, gözəl, azad, istedadlı, çalışqan, yorulmaz və sərvətli İslam ölkəsinə çevirə biləcək.(2)

Böyük işlər görmək üçün ilahi yardıma və möminlərin köməyinə güvənmək lazımdır!

Böyük işlər görmək üçün yalnız ilahi yardıma və bütün xalqın imanına güvənmək lazımdır. Pul, modern silah, maddi güc, siyasətbazlıq və siyasətcillik

işlər üçün etimadlı dayaqlar deyillər. Əlbəttə, o iki amil bir-birinin yanında deyil; onların əlaqəsi horizantal yox, vertikaldır. Yəni əgər bizim dayağımız

Allah və ilahi yardım olsa, xalqın qəlbi də Allaha yönələcək.

Allah-Taala şəxsiyyətinə uyğun olaraq ən böyük vəzifələri və bəşər tarixinin ən ağır işlərini tapşırdığı əziz Peyğəmbərinə (s) buyurdu: O səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi.(3) Yəni bu iki dayaq - ilahi yardım və möminlərin köməyi sənə uğur gətirdi. Məhz buna görə biz düşünürük ki, maddi güclər haqla baş-başa gəlməkdə acizdirlər. Nahaq güclərə etina olunmayanda və insanlar öz iradələri ilə onlarla vuruşmayanda heç bir reaksiya verməyəcəklər. Böyük xalq qüvvəsi nahaq güclərlə vuruşduqda isə o gücləri öz-özünə geri çəkilməyə vadar edəcək.

səh:11


1- [18] Vilayət hədisi, c. 6, səh: 130 (1991).
2- [19] Bəndər Abbas əhalisi ilə görüşdə çıxışdan: 1998.
3- [20] Ənfal/62.

Xalqın qüvvəsi birləşib imanla hərəkət etməli, Allaha arxalanmalı, çətinliklərdən qorxmamalı və geriyə çəkilməməlidirlər ki, düşmən heç zaman içəriyə yol tapa bilməsin. Keçmişdə bəsit düşüncəli və yaxıngörən insanlar vardı. Onlara qərəzçilik ittihamı vura bilmərik, amma onlar xalqda düşmənlə vuruşmaq gücünün olduğuna inana bilmirdilər. Tarixin hərəkət sirrini və ilahi qanunları bilən şəxs isə duruş gətirir, birləşdirir və iradəni gücləndirirdi.(1)

İslama imanın birinci dərəcəli rolu

Dünyada baş verən möhtəşəm yenilikdə İslama imanın rolu birinci dərəcəlidir. Biz İslam üçün işlədiyimizə görə Allah-Taala da bizə yardım edir. İran xalqı Allaha, İslama və Qurana imanlı olduğundan dünyanın digər xalqları ona hörmət bəsləyir. O əziz rəhbərin qəlbi doğruçu, ixlaslı və aydın iman nuru ilə işıqlandığından insanların qəlbində özünə belə yer açdı, onların beynində və ruhunda dərin təsirlər buraxdı. Allah bu dövrün ən böyük işlərini görə bilmək üçün ona qüdrət və qüvvə bəxş etdi.

Bizim kəşf etdiyimiz və inqilabın qələbəsində əsas amil bildiyimiz sirri bizim düşmənlərimiz - yəni hegemonizm, dünya quldurları, güc və pul sahibləri, asılı və muzdur mürtəcelər də kəşf etmişlər. Onlar İran xalqının əzəmət və qələbəsinin əsas səbəbini anlamış, eynilə erkən İslam çağında və əziz Peyğəmbərin (s) dövründə olduğu kimi, bütün qüvvələri ilə xalqın imanını vurmağa səfərbər olmuşlar. Buna əsasən, düşmənliyin əsas səbəbi imandır. Hegemon güclər anlamışlar ki, bu xalq iman sayəsində birləşdi, öz rəhbərini seçdi və dünyanın ən böyük güclərindən qorxmadı. Onlar anlamışlar ki, bizim bütün uğur və inkişaflarımız imanın sayəsində əldə olunmuşdur. Odur ki, bizim imanımızla və İslamımızla düşmən oldular, özlərinin təbliğat və siyasət üsulları ilə İslamın və inqilabın həqiqi simasını gözdən salmağa çalışdılar. Onlar bizi fundamentalist adlandırmaqla bizə söyüş verdiklərini düşünürlər, halbuki bu bizi tərifləməkdir.

Biz İslamın təməllərinə qayıtdığımıza görə fəxr edirik. Bu bizim qüdrətimizin sirridir. Bu bir neçə ildə qlobal hegemonizmin bütün təbliğatı bizim xalqımızın İslam inancını aşağılamaq üzərində mərkəzləşmişdir. Bizim xalqımız hər hansı bir şəkildə İslamı və İslam inancını təhqir edən şəxslərdən keçməyəcək. İslam və İslam inancı bizim izzət və qələbə amilimizdir. O bizim dünya və axirətimizi islah edəcək.(2)

səh:12


1- [21] Vilayət hədisi, c. 1, səh: 165 (1991).
2- [22] Vilayət hədisi, c. 1, səh: 233 (1989).

İslam inqilabı ilahi imana arxalandı!

Bizim İslam inqilabımız digər inqilabların əksinə olaraq, ilahi imana arxalandı və arxalanır. Ona malik olanlar maddi güclərin təhdidindən qorxmurlar: (Onlar) arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər(1). Bizim xalqımız heç kəsdən qorxmur.

İslam imanının, ilahi və mənəvi inancın xüsusiyyəti Allaha arxalanmaqdır. Belə arxalanmaq əvvəla insanın düşməndən qorxmamasına, vahiməyə düşməməsinə səbəb olur. İkincisi, Allaha etiqad bəsləyən və onun üçün işləyən şəxs öz vəzifəsini yerinə yetirdiyini düşünür; deyir ki, əgər öldürülsək də, geri çəkilsək də, qalibik. Bizim vəzifəmiz bu işi görmək idi, biz də işi görmüş, əməli yerinə yetirmiş, təbiətdə və tarixdə öz təsirimizi buraxmışıq. Buna görə qalibik. Allah-Taala bu təsirdən digər təsirlər doğurur və onların nəticəsi bir gün aşkara çıxacaq.

Bu, mömin insanın fikridir. Bu hərəkatın başında duran Böyük İmam bu etiqadın timsalı idi. Buna görə müharibədə, siyasi və iqtisadi mübarizələrdə nə özü şübhəyə düşdü, nə də ümumi hərəkətə və xalqa təsir göstərə bilən şəxslərin şübhəyə düşməsinə imkan verdi. Yol aydın idi, o da bu aydın yolu qətiyyətlə davam etdirdi və düşmən gördü ki, bu inqilab təhdid və tamahlandırmalarla geri çəkilən inqilablardan deyil.(2)

Bizim quruluşumuzun müqavimət və iqtidarının sirri: Allahla mənəvi əlaqə

Bizim hamımız Allahı özümüzdən razı salmağa səy göstərək. Bizim inqilabımızın qabarıq cəhəti də budur. Qarşısında dünyanın bütün supergüclərinin, NATO-nun və region mürtəcelərinin düzüldüyü, əngəl törətdiyi və məhvinə çalışdığı bir quruluş bu gün Allahın lütfü ilə keçmişdəkindən daha güclü və daha köklüdür, ayaqda qalmış və düşmənlərini etirafa vadar etmişdir. İslam Respublikasının yerinə başqa hansı quruluş olsaydı, bütün bu düşmənlik və çəkişmələrlə ya məhv olmuşdu, ya da unudulmuşdu.

Biz öz prinsiplərimizdən əl çəkmədik və birinci gündə dediyimiz güclü haqq sözünü sonacan dedik. Allahın lütfü ilə nə qədər ki, damarlarımızda qan və canımızda təpər var, onu deyəcəyik. Bu quruluşun müqavimət və iqtidarının sirri budur ki, onun insanlarının Allahla səmimi və etiqadi əlaqəsi və vilayət

səh:13


1- [23] Ali-İmran/170.
2- [24] Qum əhalisi ilə görüşdə çıxışdan: 1995.

bağlılığı var. İran xalqı sübut etdi ki, düşmən onlara tamah sala bilməz. Səbəbi Allaha bu iman və onun razılığı üçün çalışmaqdır.

Dünyanın müxtəlif ölkələrində sizin və inqilabın lehinə şüar verirlər. Biz Avropa, Afrika, Orta Şərq, Şərqi Asiya və digər ölkələrin müsəlmanları ilə nə qədər əlaqə yarada bilmişik ki, əziz imamımızın kədərli matəmində bu şəkildə dərdimizi bölüşdülər. Bir iranlı heyət bir ölkəyə səfər etmişdi, oranın xalqı qollarını boyunlarına salıb ağlayırdılar. Bu əlaqəni biz yaratmışıq?! Xeyr! Bu mənəvi, duyğusal və emosional əlaqəni Allah yaratmışdır.

Qurani-kərimdə əziz Peyğəmbərə (s) müraciətlə buyurur: Əgər sən Yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin(1). Əgər dünyanın bütün pullarını xərcləsəydin də, ürəkləri bu qədər bir-birinə yaxınlaşdıra bilməzdin. Neft pulu bir şey deyil, ölkənin beynəlxalq valyuta gəliri bir şey deyil; əgər dünyanın bütün pullarını da təbliğata, təbliğat amillərinə, kütləvi informasiya vasitələrinə və siyasi partiyalara xərcləsəydik, bu gün mövcud olan bu duyğusal əlaqəni yarada bilməzdik. Bunun əsas amili Allah-Taaladır.(2)

İslam tövhid dinidir. Tövhid isə insanın Allahdan başqa hər hansı bir əşya və hər hansı bir şəxs qarşısında bəndəlikdən, itaətdən və təslimdən qurtuluşu, bəşər quruluşlarının istismar zəncirlərini, şeytan və maddi güclərdən qorxu tilsimini qırmaq, Allahın insanın daxilində yaratdığı və işlətməsini qəti bir vəzifə kimi tələb etdiyi tükənməz qüvvələrə güvənməkdir. Tövhid - məzlumların qiyam, mübarizə və müqavimət şərti ilə zalım və hegemonlara qələbəsinə dair ilahi vədəyə inam, Allahın rəhmətinə könül vermək, məğlubiyyət ehtimalından qorxmamaq, ilah vədin həyata keçməsi yolunda insanı təhdid edən zəhmət və təhlükələri yaxşı qarşılamaqdır. Tövhid - yolun problemlərini Allaha tapşırmaq, özünü qəti və son qələbəyə ümidvar etmək, mübarizədə gözü cəmiyyəti hər bir zülm, ayrıseçkilik, cəhalət və şirkdən xilas etməkdən ibarət olan uca məqsədə dikmək, hərəkət əsnasında yaranan şəxsi uğursuzluqların əvəzini Allahın yanında axtarmaqdır. Xülasə, tövhid - özünü Allahın tükənməz qüdrət və hikmət okeanına bitişik və bağlı görmək, ümidlə və təşvişə düşmədən ən uca məqsədə doğru irəliləməkdir. Müsəlmanlara söz verilmiş bütün izzət və ucalıq tövhidə dair belə aydın və dərin dərkin və imanın nəticəsidir.(3)

səh:14


1- [25] Ənfal/63.
2- [26] Vilayət hədisi, c. 1, səh: 142-143 (1989).
3- [27] Vilayət hədisi, c. 4, səh: 242 (1990).

İslamın sayəsində gözəl həyat

Siz ibadət etdikdə, mənəvi halda bir dua oxuduqda, diqqətlə bir namaz qıldıqda, bir yoxsula kömək etdikdə həzz aldığınızı duyursunuz. Bu həzzi yeməklə duymaq olmur. Hər bir mömin insan öz həyatında az-çox belə halları təcrübə etmişdir; bəziləri az, bəziləri çox. Allah bəndəliyinin bu ləzzətini dadmış insanlar Allaha diqqət, ibadət, münacat halında, Allah üçün və Allah qarşısında ağlayarkən elə ləzzət duyurlar ki, bundan ötrü dünyanı və onda olanları verməyə razı olarlar.

Əlbəttə, maddi məsələlər insanı o haldan çıxarır. O hal bəzən yaranır. Mənəvi ləzzət həmin hallara deyilir. Allahla və mənəvi məqsədlərlə tanış olmayanlar bu ləzzətin nə olduğunu bilmirlər. Bəzi insanlar maddi quruluşların uğursuz sayəsində bir ömür yaşayıblar, amma onlar üçün Allaha diqqət və mənəvi ləzzət halı bir an da yaranmayıb. Onlar mənim və sizin nə dediyimizi anlamırlar.

İslam insanları elə ucaltmaq, qəlbləri elə işıqlandırmaq, məndən və sizdən pislikləri elə qoparıb tullamaq istəyir ki, biz həmin mənəvi ləzzəti yalnız ibadət mehrabında yox, həyatımızın bütün anlarında, hətta iş yerində, dərs zamanı, döyüş cəbhəsində, təlim-tərbiyə və quruculuq zamanı da hiss edək. Daim namaz halında olanların xoş halına! Onlar iş-güc zamanı da Allahladırlar, yeyib-içərkən də Allahı xatırlayırlar. Belə bir insandan ətrafa nur saçılır. Əgər dünya belə insanlar yetişdirə bilsə, müharibələrin, zülmlərin, haqsızlıqların və çirkinliklərin kökü kəsiləcək. Gözəl həyat budur.

Deməli, gözəl həyatın mənası bu deyil ki, bəzi şəxslər yalnız namaz qılsınlar, ibadət etsinlər, məişət və maddiyyat barədə isə əsla düşünməsinlər. Xeyr, gözəl həyat dünya və axirətə malik olmaqdır. Gözəl həyat maddiyyat və mənəviyyatın hər ikisinə birgə yiyələnməkdir. Gözəl həyat odur ki, xalq çalışır, quruculuqla məşğul olur, sənayeni, ticarəti və əkinçiliyi zirvəyə çatdırır, elm və texnika əldə edir, bütün cəhətlərdən müxtəlif inkişaflara nail olur. Amma bu halların hamısında onun qəlbi Allahladır və Allahla günbəgün daha çox tanış olur. İslam quruluşunun məqsədi budur; Peyğəmbərlərin elan etdiyi, dünyanın islahatçı şəxslərinin dediyi, son 150-200 ildə İslamın görkəmli şəxsiyyətlərinin elan etdiyi məqsəd budur...

Siz əziz xalqa son məsələni demək istəyirəm. Qardaş və bacılar! Ey böyük xalq! Bu, şişirtmə deyil. Siz həqiqətən böyük, əzəmətli, bənzərsiz, yaxud bənzəri az olan bir xalqsınız. Sizin gözəl həyata – yəni həm maddi həyata, rifaha, həm də mənəvi həyata, psixoloji rahatlığa, ürək sevincinə və mənəvi saflığa doğru yolunuz açıqdır, lakin bunun üçün çalışmaq, birləşmək, iman,

səh:15

fəaliyyət və əməl lazımdır. Allaha şükür olsun ki, bunlar sizdə var və onu artırmalısınız.

İşləyin, birliyinizi qoruyun, Allahı yada salın, bir-birinizin qayğısına qalın, bir-birinizlə mehriban olun, bir-birinizə qarşı kin bəsləməyin, kiçik maraqlar sizi bir-birinizdən ayırmasın. Allaha şükür olsun ki, ayırmayıb və ayırmayacaq; baxmayaraq ki, düşmən bunu istəyir. Əgər bu ruhiyyə ilə, bu imanla, bu doğruçu addımla hərəkət etsəniz, İslam Respublikası Allahın söz verdiyi gözəl həyatın zirvəsinə çatacaq.(1)

İslam - insanların gözəl həyatı

Yadda saxlayın ki, bizim müəyyən məqsədlərimiz İslamda xülasə olunur. İslam yalnız bir etiqad deyil, həm də insanların gözəl həyat konsepsiyasıdır. İslam həyatından və İslam quruluşundan söhbət etdikdə bizim məqsədimiz insanın sevdiyi bütün xeyirlərin mövcud olduğu gözəl quruluş və həyatdır; həm maddi rifah, ictimai rifah və psixoloji təhlükəsizlik təmin olunur, həm onda mənəvi saflıq, elm, tədqiqat, bəndəlik, ixlas və Allaha diqqət müşahidə olunur. İslam bu nemətləri bizə verir. İslam ona etiqad bəsləyən və onun təlimləri əsasında yaşayan xalqı müdafiə edə bildiyini göstərmişdir.

Düzdür, dünya güclərinin bizimlə düşmənliyi İslama görədir: Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar(2). Lakin bizim qərar tutub öz heysiyyətimizi, şəxsiyyətimizi və kimliyimizi müdafiə edə və özümüz üçün gözəl həyat yarada biləcəyimiz möhkəm qala və böyük səngər İslamdır. Bizim məqsədimiz və yolumuz bəllidir, aydındır, bu yolu getmək üçün heç bir çatışmazlığımız yoxdur. Əgər məqsədə çatmağın şərti iman, hərəkət və əməldirsə, Allah-Taala bizim qəlblərimizi özünün iman nuru ilə işıqlandırmış və İran xalqına öz hərəkət və əməlində çətinliklərə dözmək və maneələrdən qorxmamaq səadətini nəsib etmişdir.

Düşmənlərimiz istəsə də, istəməsə də, bu gün bizim yaşadığımız region dünyanın ən həssas regionlarından biridir. Burada hansı xalq yaşasa, bu üstünlüyə malik olacaq. Allah-Taala bu üstünlüyü bizə vermiş və bu çoxlu təbii imkanları ixtiyarımıza buraxmışdır. İndiyədək bizi inkişaf etdirən və məqsədlərimizə yaxınlaşdıran güclü iman və əməl amillərini qorumalıyıq.(3)

səh:16


1- [28] Vilayət hədisi, c. 7, səh: 63-64, 69 (1991).
2- [29] Büruc/8.
3- [30] Vilayət hədisi, c. 1, səh: 184-185 (1989).

İslamda insan inkişafının bütün elementləri mövcuddur!

İslamda insanın həm maddi, həm də mənəvi inkişafının bütün elementləri mövcuddur. Yəni İslamda Yerdə olanların hamısını sizin üçün yaratdı, De ki, Allahın bəndələri üçün yaratdığı zinəti kim haram edib?, maddi mənbələrdən istifadə, işləmək, çalışmaq, Peyğəmbər (s) tərəfindən fəhlənin əlinin öpülməsi və Əmirəlmömininin (ə) işləməsi və bütün bunların mənası var. Bu da var ki, insan işləməsə, duası qəbul olunmaz. Bəzi adamlar gedib evdə oturdular, dedilər Allah-Taala söz verib ki, kim Ona təvəkkül etsə, Allah ona kifayət edər. Biz də Allaha təvəkkül edir və evdə otururuq. Peyğəmbər (s) buyurdu: Allah sizin bir duanızı da qəbul etməyəcək. Bu nə üçündür? Bu onun üçündür ki, cəmiyyət maddi baxımdan inkişaf etsin və quruculuqla məşğul olsun. Siz insanların süffədə yaşadıqları erkən İslam çağının yaşayışı ilə əlli il sonrakı yaşayışı - müxtəlif maddi nemətlərin İslam ölkəsinə dolduğu zamanı müqayisə edin. Bu inkişaf onun nəticəsi idi.

İslam mənəvi inkişaf da yaradır və deyir ki, Allahın qapısına getməlisiniz: Əgər duanız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi, Rəbbiniz buyurub ki, Məni çağırın, sizə cavab verim. Allahdan cavab eşitmək üçün dua etmək lazımdır.

İnsanın qəlbi, ruhi və mənəvi həyatı Allahla əlaqə olmadan mənasızdır. Allahı yaddan çıxaran kimi bu qəlb öz həyatını itirir və ruh ölür. Əgər Allahı yad etsə, Ona diqqət etsə, yenidən canlanır, əks təqdirdə ölü qalır. Əgər bu hal çox çəksə, cəmadata çevrilə bilər. İslam və Quran ayələri bizə bunu deyir. İman gətirənlərin qəlblərinin Allahın zikri və Haqdan nazil olan (Quran) üçün yumşalması zamanı gəlib çatmadımı?!(1); Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı yad etməklə rahat olar!(2) İslamda bunlar var. Ancaq həmin İslam deyir ki, təbii qaynaqları kəşf edin, bu dünyanı qurun, maddi imkanları ələ keçirin, elmə yiyələnin, dünyanı, təbiəti, maddə və mənbələri tanıyın, kəşf edin, onları yetişdirin, çünki bunlar sizə məxsusdur. Həmin İslam onun kənarında deyir ki, bu işləri Allah üçün edin, Allahı xatırlayın, Allahı yaddan çıxarmayın və bütün bu hərəkətləri ibadət formasında yerinə yetirin.

Yəni maddi quruculuqla mənəvi quruculuğu birləşdirin. Məhz buna görə İslamda maddi quruculuqla məşğul olan şəxsin Allah bəndələrinin ən zahidi olduğunu görürsünüz. Əmirəlmöminin (ə) öz əli ilə quyu qazdı, kanal düzəltdi və dəvə boğazı kimi bu quyudan su fantan vurmağa başladı. Həmin palçıqlı paltarla çıxıb quyunun yanında oturdu, bir kağız götürüb yazdı ki, mən bu

səh:17


1- [31] Hədid/16.
2- [32] Rəd/28.

quyunu yoxsullara vəqf etdim. Yeri abadlaşdırır və onu Allahın yolunda bağışlayır. Ən çox yaxşılıq, ən çox quruculuq edən və maddi işlərlə ən çox məşğul olan şəxs mənəvi cəhətdən ən üstün şəxsdir. İslam bunların hər ikisini tapşırır.(1)

İslam bütün dövrlər üçün şəfaverici bir proqramdır!

Biz Qurani-kərimdə belə oxuyuruq: (Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (mənəvi cəhətdən) təmizləyər, onlara Kitabı və hikməti öyrədər(2). Bu o demək deyil ki, son dinin və son peyğəmbərin gəlişi ilə bütün insanlar paklanacaqlar, yaxud paklanmışlar. Bu o demək deyil ki, bəşəriyyət Quranın gəlişindən sonra daha zülmün, ayrıseçkiliyin, bədbəxtliyin və təkamülə sarı yolun çatışmazlıqlarının üzünü görməyəcək. Əgər Peyğəmbərin (s) və İslam dininin ədalətin bərqərar edilməsi, məzlumların xilası, canlı və cansız bütlərin sındırılması üçün varlıq aləminə qədəm qoyduğunu deyiriksə, mənası o deyil ki, bu işıqlı günəşin doğuşundan sonra daha xalqa zülm olunmayacaq, tağut olmayacaq və heç bir büt bəşər həyatına hökmranlıq etməyəcək. Reallıq da göstərir ki, İslamın yaranmasından sonra dünyanın müxtəlif yerlərində və hətta bir neçə on illər ötəndən sonra İslam dünyasında da bütlər peyda oldular, tağutlar meydana çıxdılar, bəşəriyyətə zülmlər olundu və bəşəriyyətin həmişə düçar olduğu bədbəxtliklər yenidən başlandı.

Peyğəmbərliyin məqsədinin insanın xilası olmasının mənası başqa bir şeydir. Mənası budur ki, o, Peyğəmbərin (s) və İslamın bütün dövrlər üçün xalqa verdiyi şəfaverici proqramdır; insanların cəhaləti, zülmün bərqərar olunması, ayrıseçkilik, güclülərin vasitəsi ilə zəiflərin tapdanması və xilqətin başlanğıcından bəşərin fəryad çəkdiyi bütün dərdlər qarşısında bir proqramdır. Bütün proqramlarda olduğu kimi, əgər ona əməl olunsa, nəticəsi olacaq, tərk olunsa, yaxud pis anlaşılsa, yaxud ona əməl etmək cürəti və casarəti olmasa, yox kimi bir şey olacaq. Əgər ən yaxşı həkimlər də sizə ən düzgün nüsxələri yazsalar, amma siz onu oxuya bilməsəniz, yaxud səhv oxusanız, yaxud ona əməl etməsəniz və nəticədə tərk olunsa, xəstənin halına hansı təsiri göstərəcək və o mahir həkimin nə günahı?!

Əsrlər ötdü, müsəlmanlar Quranı unutdular və Quranın işıqlı xətləri həyatda məhv oldu; ya pis anladılar, ya bilərəkdən təhrif etdilər, ya anladılar,

səh:18


1- [33] Ruhani və təbliğatçı tələbələrlə görüşdə çıxışdan: 1996.
2- [34] Cümə/2.

lakin hərəkətə cürətləri və şücaətləri olmadı, ya hərəkət də etdilər, nəticə də əldə olundu, lakin o nəticəni müdafiə edib saxlamaq üçün fədakarlıq göstərmədilər. Əgər erkən İslam çağında da Peyğəmbərin (s) sözünü anlamasaydılar, yaxud ona əməl etməyə cürət etməsəydilər və qorxsaydılar - necə ki, Quranda belə şəxslərin bəzisinə işarə olunmuşdur: Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)” – deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər(1) - yaxud əldə olunan üçün fədakarlıq göstərməsəydilər, qalmazdı.

Əmirəlmöminin (ə) öz dinləyicilərinə müraciətlə açıq şəkildə deyir ki, əgər erkən İslam çağında Peyğəmbərin (s) yanında biz də sizin kimi rəftar etsəydik, imanın bir budağı göyərməzdi, dinin bir dirəyi qalmazdı. Deməli, bu işlər lazımdır.(2)

İslam - müsəlmanların problemlərinin əlacı

O zaman cəhalət və təəssübkeşliyin Ərəbistan yarımadasında xalqın həyatına hakim etdiyi bəlaların əksəriyyəti bu gün müsəlman xalqların həyatına hakimdir. Bu gün İslam ölkələrində yoxsulluq, savadsızlıq, elmi gerilik, istibdad, hegemon güclərin istismarı və daxili ixtilaflar vardır. Bu gün dünyada yaşayan bir milyarddan artıq müsəlmanın dünya hadisələrində, dünyanın əsas məsələlərində təyinedici bir sözü və fikri ola bilər, amma bu ayrılıqla, daxili və ilkin problemlərlə əlbəyaxadırlar. İnsanlar, xalqlar, aralarında alimlərin və görkəmli şəxsiyyətlərin də olduğu bu əzəmətli toplum təsirsiz bir şeyə çevrilmişdir. Nə üçün? Bu dərdlərə hansı amil əlac qıla bilər? İslam və əziz Peyğəmbərin (s) təlimləri.(3)

İslam insanlara izzət bəxş edir!

İslam insanlara izzət bəxş edir. Bir insan öz daxilində izzət duyduqda düşmənlərin, əcnəbilərin və hegemon güclərin boyunduruğu altına girmir. Görürsünüz ki, qlobal güclər və bu gün hamısından çox ABŞ xalqların və ölkələrin ixtiyarını əlinə keçirmişdir. Onlar bəzi insanların nəfsinə hakim olan zəiflikdən istifadə edirlər. Əvvəl xalqları İslama, öz mədəniyyət və tarixlərinə qarşı etiqadsız və etinasız, sonra isə onlara ağalıq edirlər. Bütün dünyada bu səh:19


1- [35] Əhzab/13.
2- [36] Vilayət hədisi, c. 9, səh: 238-239 (1992).
3- [37] Vilayət hədisi, c. 9, səh: 240-241 (1992).

üsuldan istifadə etmişlər. Bir xalq öz imanına sadiq olduqda, ona hörmət etdikdə isə əslində özünə, öz fikir və qərarına hörmət edir.(1)

Əsl İslam və Amerika İslamı

Allaha şükür olsun ki, bizim yolumuz aydın yol və imamın göstərdiyi İslamdır. Bizim yolumuz Allahın düşmənlərinin qorxduğu, məzlumların isə sevinib ümidvar olduğu İslamın yoludur, adı İslam olan, lakin əvvəldən axıra qədər İslam düşmənlərinin xidmətində duran dinin yox. Biz bunu İslam kimi qəbul etmirik. Bu, Amerika İslamıdır. Mərhum və hikmətli imamımız bu düzgün sözü dəfələrlə təkrarlamışdır.

Əsl İslam əbucəhllərin qorxduğu İslamdır. Əbucəhl və əbusüfyanların qorxmadığı və düşmən olmadığı bir İslamın İslam olmasına şübhə etmək lazımdır. Məzlum və məhrum təbəqələrin ümidvar olub könül vermədiyi İslam da əsl İslam deyil. Yalnız öz ölkəmizdə yox, bütün dünya səviyyəsində məzlum təbəqələrin yatmış və sönmüş arzularını yaşadıb dirçəldə bilməyən bir dinin İslam olmasına şübhə ilə yanaşın.

Bütün dindar bəşəriyyət bir xilaskarı və bütün müsəlmanlar vəd olunmuş Mehdini (ə) gözləyirlər. Müsəlmanlara görə, vəd olunmuş Mehdi (ə) belə xüsusiyyətə malikdir: Allah zülm və haqsızlıqla dolan dünyanı onun vasitəsi ilə ədalətə qərq edəcək(2). Haqq və ədalətin bərpası, cəmiyyədə ədalətin bərqərar olunması, zülmün yer üzündən yox edilməsi vəd olunmuş Mehdinin (ə) xüsusiyyətləridir. Ədalət üçün səyin və zülmlə mübarizənin olmadığı bir İslam necə İslam ola və bəşəriyyət necə ona doğru hərəkət edə bilər?! Bəşəriyyət elə bir səmtə hərəkət edir ki, həzrət Mehdinin (ə) müqəddəs varlığı onun timsalı olsun. Və mütəvatir hədislərdə söylənmişdir ki, o, dünyanı haqq və ədalətlə doldurub zülmün kökünü kəsəcək.

Bizim yolumuz budur. İmamın təsvir etdiyi, mübarizələr dövründə və ondan öncəki danışıqlarından əlavə on il barəsində söhbət etdiyi İslam budur. Bu on ildə o, müxtəlif münasibətlərlə və müxtəlif hadisələr zamanı İslamı bizə göstərdi. Bu gün heç kim üçün qaranlıq nöqtə yoxdur. Bizim yolumuz çox etimadlı, ümidli və aydın olan bu yoldur.

Bu yolda ümid var, amma çalışmaq da lazımdır və bu çalışmaq Allahla əlaqə olmadan, özünü paklamadan və əxlaqi çirkinliklərdən uzaqlaşmadan mümkün deyil.(3)

səh:20


1- [38] Vilayət hədisi, c. 9, səh: 86 (1992).
2- [39] Bihar əl-ənvar, c. 51, səh: 12.
3- [40] Vilayət hədisi, c. 3, səh: 305 (1990).

İslam hakimiyyəti – cəmiyyətdə ədalətin və elmin hakimiyyəti

Bilmək lazımdır ki, İslam hakimiyyəti insanlara ədalətin, elmin və insafın hakimiyyətidir. Bu hakimiyyət insanların həm cismini, həm qəlbini, həm duyğularını, əxlaqını, real və mənəvi həyatını, həm də dünya və axirətini abadlaşdıra bilər. Din hakimiyyəti budur.

Din hakimiyyəti tağut hakimiyyətinin qarşı tərəfidir: (O şəxs səndən) ayrılan kimi Yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Tağut və fəsad hakimiyyəti dini və dünyanı tələf edir, yalnız dini yox. Biz keçmişdə öz ölkəmizdə bunu yaxından gördük və o dövrdə yaşayanların hamısı hiss etdilər. Allah hakimiyyəti insanların xilası, səadəti, Allah dininin hakimiyyəti, insanların əsaslı ehtiyaclarını, mənəvi, maddi, fərdi, ictimai ehtiyaclarını, dünya və axirət ehtiyaclarını təmin etməkdir. Bunların hamısı Allah dininin hakimiyyəti sayəsində təmin olunur.

Bunları xalqa, xüsusən də gənclərə izah etməlisiniz. Allaha şükür olsun ki, bizim xalqımız bu məsələyə ürəkdən inanır, onu qəbul edir. Onlar bütün varlıqları ilə Allah dininin hakimiyyətini müdafiə etdilər, səkkiz il müqəddəs müdafiədə onun üçün canlarını verdilər. Bu gün də elədir, lakin düşmənin hiylə və səyini unutmaq olmaz. Onlar işləyir, uzun müddətdən sonra bəhrəsini görmək və istifadə etmək üçün daim çalışırlar.(1)

Bu gün bəşəriyyət İslama ehtiyaclıdır!

Dünyanın mövcud sivilizasiyaları şübhəsiz, İslamın təlimlərindən bəhrələnmişlər. Bəşəriyyətdə mövcud olan yaxşı xüsusiyyət, üsul və uca məfhumlar ilahi dinlərdən, peyğəmbərlərin təlimlərindən və səmavi vəhydən götürülmüşdür; onun böyük bir hissəsi də məhz İslama aiddir. Lakin bu gün bəşər hər bir insaflı qəlbin qəbul etdiyi və anladığı İslam mənəviyyatına, paklığına, aydın, haqq və ürəkaçan bilgilərinə ehtiyaclıdır. Buna görə İslam dəvəti dünyada tərəfdar qazanmışdır və qeyri-müsəlmanların çoxu İslamın dəvətini qəbul etmişlər. İslamın dəvətini qəbul etmək İslam dinini rəsmən qəbul etmək demək deyil. Bu, onun bir mərhələsidir.(2)

səh:21


1- [41] Məhərrəm ayı ərəfəsində ölkənin din alimləri və natiqləri ilə görüşdə çıxışdan: 1998.
2- [42] Həzrət Məhəmmədin (s) doğum günündə beynəlxalq Vəhdət konfransının iştirakçıları ilə görüşdə çıxışdan: 1996.

Sizin ucaltdığınız İslam bayrağı dünyanı oyatmışdır!

Bu xalqın əlində böyük bir bayraq var. Sizin ucaltdığınız bu bayraq dünyanı oyatmışdır. Görün bu gün Fələstində nə baş verir, Şimali Afrikada nə baş verir; görün müsəlman cəmiyyətlərdə İslam öz haqqını necə əldə edir! Bu işləri siz gördünüz.

Müsəlmanları küfr və hegemonizm mədəniyyətinə qarşı zəif yetişdirmişdilər - acizlik hiss edirdi. Bu gün hökumətlərində milyonlarla müsəlmanın payının və haqqının olduğu yerlərdə İslam inqilabından öncəyə qədər heç kim İslamdan danışmağa cürət etmirdi. Bu gün cümə və camaat imamlarının təşkilatlar yaratdığı, məscidləri rövnəqləndirdiyi və mərkəzə çevirdiyi müsəlman ölkələrində dünənə qədər məscidlər əldən düşmüş bir qrup qocaya məxsus idi. Bu gün o məscidlər gənclərin və hərəkatların mərkəzidir. Bunu siz etdiniz. Bunu sizin hərəkətiniz və ilahi insan olan böyük rəhbəriniz etdi.(1)

Allahın bəndəliyi digərlərinin bəndəliyi və nökərliyi ilə uyuşmur!

Bəzi adamlar elə bilirlər ki, tövhidə etiqad ölümdən sonraya aiddir. Halbuki tövhidə etiqad bu dünyanın və həyatın qurucusudur. Bu gün bizim buna ehtiyacımız var; müsəlman xalqların buna ehtiyacı var.

Biz tövhidə və Allah bəndəliyinə nə qədər yaxınlaşsaq, tağutların və Allah şəriklərinin şəri bizim üzərimizdən bir o qədər uzaqlaşar. Müsəlman İran xalqı bu gün tövhid xəttində irəlilədiyi həddə ABŞ-ın və dünyanın digər hegemonlarının diluzunluğundan və əluzunluğundan rahat, əmrlərindən azad olmuşdur. Tövhidin və Allah bəndəliyinin xüsusiyyəti belədir. Allah bəndəliyi digərlərinin bəndəliyi və nökərliyi ilə uyuşmur. Bu, birinci şərtdir.

İkinci şərt də söz tövhidi və söz birliyidir. Müsəlman xalqlar birləşməlidirlər. Bu gün İslam dünyasının ən böyük faciələrindən biri budur ki, düşmənlərin səyi nəticəsində müsəlmanların vəhdət amilinə çevrilməli olan düşmən və işğalçı sionistlər onların ixtilaf vasitəsinə çevrilmişdir. Elə etmişlər ki, bəzi müsəlman hökumətlər bunu öz qardaşlarının qarşısında durmağa və həqiqətən ixtilafın yaranmasına vasitə etmişlər. Halbuki İslam ölkələrinin

səh:22


1- [43] Vilayət hədisi, c. 5, səh: 10 (1990).

qəlbində belə bir düşmənin olması müsəlmanları bir-birinə yaxınlaşdırmalı, onlar vahid cəbhə və vahid əl yaratmalıdırlar.(1)

Din dünya problemlərinin açarı kimi

Din olmayanda dünyaya hegemon sistem hakim olur. Din bu problemlərin açarıdır. Müsəlman xalqlar bu gün İslama və onun hakimiyyətinə qayıtmağı özlərinin ən böyük vəzifələri bilməlidirlər. Bu gün müsəlman xalqların izləyəcəyi ən əziz, ən təcili, ən böyük və ən təsirli məqsəd budur. Bundan başqa çıxış yolu yoxdur.

Digər xalqların belə dəyər sistemləri olmadığından ifratçı, cahil və kor millətçiliyə düçar olurlar; biz bunu gördük. Siz nasionalizmin bəşər ailəsinin başına nə gətirdiyini gördünüz. Nasionalizm bir xalqda bir neçə gün hərarət, qürur, həvəs və coşqu yarada bilər, amma bəşər ailəsini məhv edir. Bu regionda müsəlman xalqlar arasında iranlı, ərəb və türk millətçilikləri yaratmağa, ölkələr daxilində müxtəlif millətçilikləri alovlandırmağa, onları bir-birindən ayırmağa çalışdılar. Bu, müstəmləkə planı idi.

Allaha şükür olsun ki, İslam inqilabı ən azı bu regionun bir hissəsində bu məsələləri həll etdi. Əgər bir xalqa bir dəyər sistemi və düzgün bir dünyagörüşü hakim olmasa, belə təfəkkürlərin təsiri altına düşər. Təəssüf ki, digər dinlərdə bir cəmiyyəti idarə edəcək gücə malik olan dəyər sistemi yoxdur. Bunu iddia da etmirlər. Bu gün geniş yayılmış dinlərdə bir ictimai quruluşun əsasları yoxdur. Əlbəttə, düzgün üsul və formalarında mütləq olmuşdur, amma müsəlmanlarda bu qaydalar indi də var.

Müsəlmanlar İslam quruluşuna və İslam təfəkkürünə qayıtmalı, bununla özlərini başıuca etməli və bir milyardlıq qüvvələri ilə dünyanı başucalığına sarı aparmağı bacarmalıdırlar. Bu gün çıxış yolu və son peyğəmbərin elçilik mesajı budur. Əgər belə olsa, bu gün əlamət və nümunəsini Fars körfəzində gördüyünüz bu quldurluqlar bitəcək.(2)

İslam quruluşunda hərəkətin və hakimiyyətin əsası bir ilahi əmrdir!

Əsas məsələ budur ki, Allah üçün qiyam etmiş və Onun yoluna qədəm qoymuş İran xalqı ilahi xalq olmalı, Allaha güvənməli və nəticədə Allahın köməyi ilə bu yolu son mərhələyə çatdırmalıdırlar. Materialist dünya

səh:23


1- [44] Əziz Peyğəmbərin (s) doğum günü münasibəti ilə dövlət məmurları ilə görüşdə çıxışdan: 1998.
2- [45] Vilayət hədisi, c. 6, səh: 236-237 (1991).

mənəviyyatın ətrini duymamışdır; əlbəttə, məqsəd bu dünyaya hakim olan güclərdir.(1)

İslam dini hələ də xalqları özünə cəzb edir!

Heç bir məktəb, heç bir səngər, heç bir ümid və güvənc yeri yoxdur. Əlbəttə, haqsevər insanlar heç zaman məhv olmurlar. Hegemon gücdən və onun güc göstərməsindən doğan qorxu və şiddətin, indi törətdiyi və sonra daha çox törədəcəyi qanunsuz işlərin heç biri unudulmayacaq, dəqiq və həssas insanların yadından çıxmayacaq. Yoxsul, asılı və Qərb hegemonluğunun xidmətində duran müxtəlif ölkələrdə gənc nəsillər keçmişdə olduğu kimi, mütləq fəal və coşqulu olacaqlar. Bunlar məhv olmurlar. Amma arxasında durmaları, hegemon və zalımların qarşısında öz qeyzlərini söndürməkdən ötrü istifadə etmələri üçün səngər və vasitələri yoxdur. Yalnız bir vasitə var və o, İslamdır; özü də düzgün izahlı və inqilabçı, böyük imamızın təbiri ilə desək, əsl Məhəmməd (s) islamı. Dünyanın bütün supergüclərinin qarşısında dayanan və onlardan qorxmayan bu İslamdır; hələ də xalqları özünə məftun edən amil bu İslamdır. Siz bu gün dünyanın harasına səfər etsəniz, istər müsəlman, istər qeyri-müsəlman ölkələrinə getsəniz, çoxlu insanların və gənclərin bu İslama həvəs göstərdiyini, uzaqdan görüb-eşitdikləri bu İslamın qaraltısı ilə ümidləndiyini, ona könül verdiyini görərsiniz. Buna görə sizə yaxınlaşır, sizinlə danışır, sizdən soruşur və çoxları sizdən kömək istəyirlər.

Bu qədər nəhəng hegemonizmin, şeytanın və şeytanlıqların qarşısında dayanan yeganə səngər budur. Nəticə budur ki, bu gün İslamla, bu həqiqəti və bu məktəbi təbliğ edən, onun bayrağını ucaldan quruluşla düşmənliklər əvvəlkindən daha çoxdur. Bu da məsələnin o biri tərəfidir.(2)

Əsas İslamdır!

Əsas İslamdır. Biz İslam üçün hərəkət etməliyik. Bu gün İran İslamın əsas mərkəzidir. İran - müsəlman İrandır. Hər hansı bir miliyyətdən və irqdən olan dünya müsəlmanları bu gün gözlərini İrana dikmişlər. Millətçilər bir-birini dəf edirlər, amma bizim İranımızda, bu pak və müqəddəs məmləkətdə digər xalqları özünə cəzb edən amil nədir? Bu, iman, İslam və böyük İslam məqsədləri yolunda mübarizədən ibarətdir. Bu məqsədlərin ən böyüyü zülmlə

səh:24


1- [46] Vilayət hədisi, c. 4, səh: 152 (1990).
2- [47] Vilayət hədisi, c. 8, səh: 21 (1991).

vuruşmaq, azadlıq və ədalət yolunda çalışmaqdır, başqa bir şey deyil. Xalqlar bunlara vurulmuşlar.(1)

Bir insanı və bir toplumu izzətli edən amil həqiqi İslamdır!

Qardaşlar! Allah-Taala ilə olaq ki, O, bizə kömək etsin: Kim Allah üçün çalışsa, Allah da onun üçün çalışar(2). Əgər Allah üçün çalışsaq, Allah üçün niyyət etsək, qərar versək və hərəkət etsək, Allah-Taala iradəsini bizim inkişafımıza yönəldəcək və o zaman dünyanın bütün qanunları bizimlə yoldaş olacaq. Bu olmasa, biz də dünyanın ayrı cür xalqlarından olacağıq. İnsan Allahla olmadıqda, Allah üçün işləmədikdə, adının iranlı, yaxud başqa bir şey olması, müsəlman və ya qeyri-müsəlman olması nəyi dəyişdirər?! Bu zaman insanın İslama dini etiqadı olsa da, bir neçə ibadət əməlini yerinə yetirsə də, İslam izzətinin ona nəsib olmasına kim zəmanət verə bilər?! Biz əsrlərlə İslam izzətindən məhrum olduğumuzu gördük.

İndinin özündə adı müsəlman olanlar çox zillət içərisində yaşayırlar; kafirlər onlara hakimdirlər, ABŞ onlara hakimdir, Qərbin vəfasız, vicdansız və laqeyd ekspertləri onlara hakimdir. Əgər İslamın adı kifayət edirsə, adı müsəlman olanların hamısı izzətli olmalıdırlar. Halbuki heç də belə olmadığını görürük. Bir insanı və bir toplumu izzətli edən amil həqiqi İslam - yəni Allaha təslim olmaqdır: İslam təslim olmaqdır(3). Din də budur; din təslim olmaqdır: Həqiqətən Allah yanında din yalnız İslamdır(4). Din Allah qarşısında təslim olmaqdır; Kim İslamdan başqa bir din ardınca gedərsə, ondan qəbul olunmaz(5). Sizin dininiz Allah qarşısında təslimçilik olmalıdır. Böyüklərimiz, kiçiklərimiz, ruhanilərimiz, hərbçilərimiz, cəmiyyətimizin adi şəxsləri, xüsusən də vəzifəli adamlarımız həqiqətən Allaha təslim olsunlar, ehtirasları, şəxsi istək və qərəzləri onların qərarlarına təsir göstərməsin.(6)

Gələcək İslama məxsusdur!

Bu gün müsəlman xalqlar oyanmışlar və İslam hakimiyyətinə doğru irəliləyirlər. Bir müddət öncəyə qədər yalnız bizim qabaqcıl xalqımızın ağzından çıxan İslam şüarları bu gün digər müsəlman xalqlar arasında da

səh:25


1- [48] Vilayət hədisi, c. 4, səh: 191 (1990).
2- [49] Bihar əl-ənvar, c. 82, səh: 319.
3- [50] Bihar əl-ənvar, c. 65, səh: 309.
4- [51] Ali-İmran/19.
5- [52] Ali-İmran/85.
6- [53] Vilayət hədisi, c. 7, səh: 107 (1991).

yayılmışdır və sevilir. Şərqdən qərbədək İslam dünyasının hər bir yerində xalqlara İslam kimliyi hissi qayıtmışdır.

Hegemonizmin siyasətləri nə zamana qədər bəzi müsəlman ölkələrinin gənclərinin həcc səfərinə mane ola biləcək?! Nə zamana qədər İslam ölkələrinin agah və ayıq müsəlmanlarının Məkkə və Mədinəyə girişinin qarşısını ala biləcəklər?! Bu gün Şimali Afrikada və digər müsəlman ölkələrində İslam şücaəti bu regionların siyasi vəziyyətini dəyişdirmək halındadır. Bu ölkələrin əhalisinə də həcci qadağan edə biləcəklərmi?! Biz iki şərafətli hərəmin ziyarətini və həcci öz xalqımızın danılmaz haqqı bilir və onu bu qəti hüququ pozan Səud ailəsindən var gücümüzlə tələb edirik. Allahın gücü və qüvvəsi ilə bunu onlardan alacağıq!

Küfr və hegemonizm cəbhəsi bilsin ki, gələcək İslama məxsusdur. Heç bir tədbir və heç bir güc İslamın artan iqtidarının, şüar və dəyərlərinin müsəlman cəmiyyətlərinə yayılmasının qarşısını ala bilməyəcək.

Bizim əziz xalqımız bilsin və bilir ki, onların inqilab çağındakı qiyam və fədakarlığından sonra yaranmış İslam izzəti, əzəməti və təntənəsi hər gün ötdükcə onların izzətini, əzəmətini və iqtidarını artırır. Düşmənlərin hiyləsi onların cəsur müqaviməti və dözümü qarşısında duruş gətirə bilməyəcək.

Hegemonizm və onun müttəfiqləri İslamın güclü dalğası qarşısında geri çəkilməyə məhkumdurlar. Məkkə şəhidlərinin və İslam inqilabının digər şəhidlərinin pak qanı İslamın hərəkət və inkişaf yolunu açıb, dünyanın çoxlu yerlərində İslam bayrağını dalğalandıracaqdır.(1)

İslam – xalqın özünüdərk amili

Digər xüsusiyyət budur ki, həmin imkanlı cəbhə bu gün İslamın və İslam oyanışının onun üçün yaratdığı təhlükəyə qarşı olduqca həssasdır. Bu həssaslıq ondan irəli gəlir ki, İslamın bir əxlaq tövsiyəsi həddindən kənara çıxdığını və bir quruluş yaradacaq fikir mövqeyində olduğunu görür. İslam düşmənləri İslamın bir inqilab, əsaslı və güclü bir quruluş yarada bildiyini gördülər. Gördülər ki, İslam bir xalqı özünə inandırıb, psixoloji məğlubiyyət halətindən özünə güvənməyə, özü və öz dini ilə qürur duymaq halına çatdırdı. Onlar İslamın bir xalqı qeyd etdiyimiz vasitələrdən heç birinin təsir göstərə bilməyəcəyi həddə qüdrətli və güclü edə bildiyini gördülər.(2)

Bizim nəyimiz varsa, İslamdandır!

səh:26


1- [54] Vilayət hədisi, c. 5, səh: 15 (1990).
2- [55] İslam birliyi konfransında iştirak edən xarici qonaqlarla görüşdə çıxışdan: 1995.

Bizim nəyimiz varsa, İslamın sayəsindədir. İnqilabın yaranması İslamın sayəsində baş verdi. Əgər İslam imanı və bu imanın qəlblərə güclü təsiri olmasaydı, bu ölkənin hamınızın bildiyi keçmişindən və xüsusən son əsrdə yaşananlardan sonra heç bir güclü əl bu xalqı hərəkətə gətirə bilməzdi. O misilsiz rəhbərliyi bizim üçün yaradan amil dini inanc idi. Yəni siz imamın mənəvi iqtidarının və gücünün miqdarını nə qədər təxmin etsəniz, o həzrətin dindarlığını, imanını və mənəviyyatını da o qədər təxmin etməlisiniz; yəni onun qüdrəti dindarlığına, dinə və dini inanca dərin və güclü sadiqliyinə və onda olan mənəvi cazibəyə görə idi.

İnqilabın qələbəsindən sonra bu xalqın möhkəm dayanması, İslam Respublikasının güclənib indiki mərhələyə çatması, müxtəlif sahələrdə yaranan inkişaflar, məcburi müharibənin, indiyədək siyasi və iqtisadi dünyada apardığımız çoxlu müharibələrin hamısının qələbə ilə nəticələnməsi, - baxmayaraq ki, onların bir çoxunu hələ bitirməmişik - bunların hamısı bizim İslam inancımıza və bu xalqın dini etiqadlarına borcludur. Biz bunu qorumalıyıq. Sözlərimizdə, əməllərimizdə, istiqamətlərimizdə və müxtəlif siyasi seçimlərimizdə bu bizə meyar olmalıdır. Heç bir məsələ dini mülahizənin önünü kəsib ona hakim olmamalıdır. Bizim bütün fikir və qərarlarımız dini inanc, dini icazə və İslam hökmü meyarı ilə ölçülməli, bu və ya digər əməlin düzgün olub-olmamasına hökm edilməlidir. Bu, bizim inkişaf yolumuzdur. Bu, bizim xalqımızı məmurlarına qarşı nikbin edəcək və onların arxasında saxlayacaq.(1)

Bizim nəyimiz varsa, həqiqi və inqilabçı İslamın sayəsində əldə olunmuşdur!

Xalq unutmamalıdır ki, bizim nəyimiz varsa, əsl və inqilabçı İslamın sayəsində əldə olunmuşdur; məzlum və məhrum təbəqələr barədə düşünən İslamın, güclülərin və sərvətlilərin xidmətində duran İslamın yox. Bəli, dünyada İslam iddiası edən digər şəxslər də var, amma onların İslamı Məhəmməd (s) İslamı deyil, Əbu Cəhl və Əbu Ləhəb İslamıdır, Amerika İslamıdır. İslam iddiasını və İslamın adını daha çox talamaq, sui-istifadə etmək və aldatmaq üçün vasitə edən şəxslər var. O İslam oliqarxların, varlıların və xarici banklarda milyardlarla dolları olanların xeyrinə işləyən İslamdır. Biz belə İslamı qəbul etmirik.

Nəyiniz varsa, İslamdandır. Nəyiniz varsa, Allaha güvənməkdən və Onunla əlaqədəndir. Allahla əlaqəni unutmayın. Nəyiniz varsa, İslamdandır. Nəyiniz varsa, Allaha güvənməkdən və Onunla mənəvi əlaqədəndir. Allahla

səh:27


1- [56] Vilayət hədisi, c. 9, səh: 46 (1991).

mənəvi əlaqəni unutmayın. Qarşıdan ramazan ayı - özünüislah ayı, ibadətin, Quranın, Allaha diqqətin, Allahı yad etməyin, tövbə və yardım istəyinin baharı gəlir. Onun qədrini bilin. Xalqın müxtəlif təbəqələri, xüsusən də gənclər ramazan ayını qənimət bilib Allaha sığınsınlar, Onun hidayətini və diqqətini istəsinlər, Ona arxalansınlar və düşmənlərindən əsla qorxmasınlar.(1)

İslamın bu xalqın üzərinə düşən sərin kölgəsi

İslam bizim hərbi qüvvələrimizə və xalqımıza izzət və qüdrət verdi. İslam özünün sərin kölgəsini bu xalqın üzərinə saldı və böyük qlobal güclərin istismarından uzaq olan həqiqi əmin-amanlığı xalqımıza bəxş etdi. Bu gün dünyanın bir çox xalqları özlərini dünyaya, yaxud onun bir hissəsinə hakim olan, yaxud hakim olmaqda olan güclərin dairəsində əsir görürlər. Bizim xalqımız isə İslamın sayəsində azaddır. Bizim xalqımızın bu fədakarlığının və qüdrətinin təsirindən İslam bayrağı da ucaldı. Buna görə bu gün xalqlar sizin qəhrəmanlıqlarınızdan həyəcanlanırlar. Bu böyük fəxrdir. Bütün xalq bunu qorumalı və hərbi təşkilatlarda, xüsusən də təhsil mərkəzlərində diqqətlə araşdırmalıdırlar.(2)

İslama sarılmaq - müsəlman xalqların yeganə qurtuluş yolu

Sizin bu böyük cihadınız haqda yalnız bir cümlə demək istəyirəm. O da budur ki, əgər müsəlman xalqlar üçün qələbənin əsas sirrini tapmaq istəsək, bütün tarixi və sosioloji araşdırmalardan sonra bu nəticəyə gələrik: Müsəlman xalqların qurtuluşu üçün İslama sarılmaqdan başqa heç bir çıxış yolları yoxdur. Heç bir müsəlman xalqın İslama sarılmadan hegemonizmin düzəltdiyi bu nəhəng problemlər vadisində öz yolunu tapıb salamatlıqla keçməsi imkansızdır. İran da eyni durumda idi və İslama sarılması onu xilas etdi. İndi də biz iranlılar çox çətin olan bu yolu sona qədər qələbə ilə getmək istəyiriksə, İslamımızdan ikiəlli yapışmalı və onu qorumalıyıq. Əfqanıstanın da İslama sarılmaqdan başqa yolu yoxdur.(3)

Bizim inqilabımız saleh insan yetişdirmək üçün baş verdi!

Bizim inqilabımız saleh insan yetişdirmək üçün baş verdi. Saleh insanın rolu budur. Mənim əziz qardaşlarım! Bu inqilabı bu günə qədər saxlayan amil saleh insanların və bizim xalqımızın malik olduğu düzgünlük miqdarından

səh:28


1- [57] Vilayət hədisi, c. 4, səh: 20 (1990).
2- [58] Vilayət hədisi, c. 5, səh: 240 (1990).
3- [59] Vilayət hədisi, c. 6, səh: 1 (1990).

ibarətdir. Biz xalqımız haqda mübaliğə etmirik. Bu gün düzgünlük çoxdur, hakimdir və düzgünlüyə sarı hərəkət proqramlaşdırılmışdır. Və sözsüz ki, mütləq düzgünlüyə qədər olduqca uzun məsafə vardır.

Düşmən təxribatı qaçaqçılıq formasında baş verəndə siz, sizə tabe olanlar və komitə gənci kimi sizinlə işləyənlər orada hazır olursunuz; məcburi müharibə formasında baş verəndə müharibəyə gedirsiniz; fəsad və pozğunluğu yaymaq istəyəndə bu sahədə işə girişirsiniz; əbəs işləri, narkotik maddələri və puçluğu yayanda bu hallara qarşı mübarizə aparırsınız. Bunun mənası saleh insanları və gəncləri inqilaba və onun nailiyyətlərinə qarşı sadiqlikdə himayə eləmək, özündən bilmək, qorumaq və möhkəm saxlamaqdır. Bu yalnız sizə məxsus deyil, müxtəlif təbəqələrdən olan bütün saleh gənclər, bütün yaxşı insanlar və bütün mömin qardaşlar belədirlər. Əlbəttə, vəzifələrin ağır və yüngülü var, insanlar bir deyil və təcrübələr istedadları aşkara çıxarır.(1)

İslam prinsipləri üzərində nə qədər möhkəm dayansanız, bir o qədər uğur qazanacaqsınız!

Əziz qardaşlar! Bunu da əlavə edim ki, İslam prinsipləri üzərində nə qədər möhkəm dayansanız, bir o qədər uğur qazanacaqsınız. Dünyanın, hətta bizim müxaliflərimizin də etiraf etdiyi bugünkü diplomatik uğurlarımız birinci növbədə bu sahədə çalışan sizlərin dindarlığına və düzgünlüyünə borcludur. Bunu qoruyun. Xüsusən xarici ölkələrdəki səfirlərimiz özlərinin, ailələrinin və həmkarlarının İslamın zahiri məsələlərinə tam şəkildə riayət etmələrinə diqqət yetirsinlər və işçi götürərkən bu məsələləri nəzərə alsınlar. Bu sahədə heç zaman səhlənkarlıq və yümşaqlıq göstərməyin. Sizin və bizim diplomatiyamızın şəxsiyyəti bununla formalaşır.

Biz sadiqlik və güclü dini etiqad göstərdikdə düşmən bizdə yaxşı tanımadığı, lakin heybətindən qorxduğu gücü hiss edəcək. Belə etiqad və iqtidar heybət yaradır. Adi və zahiri güclər – pul, sərvət, elm, silah və bu kimi məsələlər dərk olunası, təyin ediləsidir və çoxlarında bizdən artıq vardır. Bizdə müstəsna olan, dünyanın diqqətini və digərlərinin hörmətini cəlb edən amil isə bizim ilahi düşüncəyə və etiqada bağlılığımızdır. Bu işdə heç bir çəkinmə, güzəşt, səhlənkarlıq və bazarlıq ola bilməz. Bu etiqadı bacardıqca qoruyun. Bu da yalnız İslamın zahiri işləri, əmanəti və İslama güclü bağlantı ilə təmin oluna bilər. Buna çox riayət edin!(2)

səh:29


1- [60] Vilayət hədisi, c. 6, səh: 101 (1990).
2- [61] Vilayət hədisi, c. 2, səh: 75 (1989).

İslamın sayəsində

Biz İslamın sayəsində düşməni məyus etdik; İslamın sayəsində düşmənin çoxlu tələlərindən qurtulduq; İslamın sayəsində bu ölkənin maddi və mənəvi abadlığına aparan yola çıxdıq, indi həmin yolda irəliləyirik və çoxlu nailiyyətlər əldə etmişik. Bunlar İslamın sayəsində əldə olundu. Nəyimiz varsa, İslamdandır; nəyimiz varsa, Qurandandır; nəyimiz varsa, o böyük insanın rəhbərliyindəndir. Bilirik ki, bu xalqı xoşbəxt, maddi və mənəvi cəhətdən inkişaf etdirmək üçün bu yolu mütləq davam etdirmək lazımdır. Bizim problemlərimiz İslama sarılmağın və bu yolda müstəqilliyin sayəsində həll olunacaq. Allaha şükür olsun ki, bu gün ölkənin bütün məmurları bu məsələyə tam inamla işləyir, zəhmət çəkir və çalışırlar.

Dünya müsəlmanları İslama nə qədər yaxınlaşsalar, izzəti daha yaxşı dadacaq, bir-biri ilə nə qədər sıx birləşsələr, İslamdan istifadə imkanına daha çox malik olacaqlar.(1)

İslam – beynəlxalq istismarçı sistem qarşısında maneə

ABŞ və onun quyruqları yaxşı anlamışlar ki, din və dini inanc hakim olsa və vüsət tapsa, beynəlxalq istismarçı sistemlərini qoruya bilməyəcəklər. ABŞ-ın, digər güclərin, mürtəcelərin, zalım hakimlərin və beynəlxalq istismarçılıq şəbəkəsinin uğur qazanması üçün xalqın dindən və dini inanclardan uzaqlaşması, avara, imansız, etiqadsız, təəssübsüz və dini qeyrətsiz bir xalqa çevrilməsi lazımdır. Onlar xalqları belə istəyirlər. Buna görə müsəlman İran kimi bir mərkəzdən imanın, əməlin və cihadın ətrafa yayılıb hər yeri bürüdüyünü gördükdə ona qarşı güclü mübarizə aparırlar... Əgər müsəlmanlar İslamı müdafiə etmək istəyirlərsə, özlərini gücləndirməlidirlər. Biz müsəlman İranda, din əsasında, Peyğəmbər (s) və Əhli-beyt övladı olan ümmət imamının əli ilə qurulmuş müqəddəs quruluşda öz xalqımızın bütün gücü, milli, fitri və iman qüvvəsi ilə İslamın həqiqi iqtidarına doğru irəliləməyə qərar vermişik. Və əminik ki, Allah bizə yardımçı olacaq.(2)

Qlobal hegemonizm və onun ən çirkin nümayəndəsi olan zalım ABŞ hökumətinin problemi yalnız İran bazarını, yaxud ölkəmizin sərvətlərini itirməsi deyil. Sözsüz ki, bu da var; çünki dünyanın kapitalist quruluşları üçün pul, sərvət və maddi maraq hər şeydir, amma məsələ bununla bitmir. Bu, məsələnin bir hissəsidir. Əsas məsələ budur: hegemon qüvvələr görür, gələcəyə baxır,

səh:30


1- [62] Həzrət Məhəmmədin (s) peyğəmbərliyə təyin olunmasının ildönümü münasibəti ilə dövlət məmurları ilə görüşdə çıxışdan: 1998.
2- [63] Vilayət hədisi, c. 4, səh: 219-220 (1990).

anlayır və bilirlər ki, xalqın iman və duyğularına arxalanan bu güclü və mömin İslam hərəkəti bu şəkildə inkişaf etsə, ABŞ-ın, onun müttəfiq və muzdurlarının hegemonluğunun davam etməsi müşkül və hətta qeyri-mümkün olacaq. Onlar haqlıdırlar. Biz də bunu gizlətmirik.(1)

Bu xalqın yeganə güvənc yeri - Allahı yada salmaq, Ona təvəkkül və etimad etmək

Bizim hamımız - istər məmurlar, istər adi xalq yadda saxlamalıdırlar ki, böyük, mübariz və təkallahlı bir xalqın yeganə güvənc yeri Allahı yad etmək, Allaha təvəkkül və etimad etməkdir. Bu bizi irəliyə apardı, qalib etdi və buraya çatdırdı. Əgər bizim yerimizdə bütün şərtlərimizə malik olan başqa bir xalq olsaydı, onun üçün də bu qədər düşmən, blokada, səkkizillik müharibə, daxildən və xaricdən müxtəlif problemlər, təbliğat hücumu, mədəni hücum, maliyyə hücumu, pul hücumu, hərbi hücum, bir neçə onillik, hətta bir neçə yüzillik fəsad keçmişi olsaydı, lakin bizdən fərqli olaraq, imanı və dini olmasaydı, şübhəsiz, o xalq duruş gətirməz, buraya çatmaz, yolda diz çökər, bu gün dünyada ucaltdığımız və fəxr etdiyimiz qələbə bayrağını ucalda bilməzdi.(2)

İslamın nurlu günəşi

Bu gün bu böyük təhdidlə mübarizə aparmaq üçün İslamdan, mömin və iradəli insanlardan başqa heç bir ümid yeri yoxdur. Allaha şükür olsun ki, bu gün İslamın həyatverici və nurlu günəşi yenidən insanların qəlbinə və canına saçmağa başlayıb, çoxlu müsəlman xalqlar İslamı öz həyatlarında canlandırmaq üçün antidini amillərlə mübarizəyə başlamışlar. Bu, sevindirici və ümidverici bir hərəkətdir. Allahın yardımı ilə bu hərəkət ABŞ-ın və hər bir zalım qüvvənin şeytani istismar zəncirini açacaq və hamını xilas edəcək: Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır.(3)

Xalqlar və hökumətlər əsl Məhəmməd İslamına – sərlövhəsi böyük şeytanın və digər şeytanların təsirini xalqların həyatından çıxarmaq olan İslama təmayül ruhiyyəsi qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Müsəlman hökumətlər öz ölkə və xalqlarını sevirlərsə, bilsinlər ki, xalqların və ölkələrin həyatını, şərəfini, müstəqilliyini və hökumətlərin iqtidarını təmin edən amil budur.

səh:31


1- [64] Vilayət hədisi, c. 4, səh: 204 (1990).
2- [65] Vilayət hədisi, c. 5, səh: 124-125 (1990).
3- [66] Mücadilə/21.

Allah-Taaladan bütün dünya müsəlmanlarının oyanışını, şərəfini, izzətini, hegemonizmin caynağından qurtuluşunu və Allahın düşmənləri ilə mübarizədə qələbəsini diləyirəm!(1)

Biz İslamın və xalqımızın izzəti yolunda hərəkət edirik!

Qeyd etdik ki, izzət, hikmət və məsələhət bizim beynəlxalq münasibətlərimiz üçün zəruri üçbucaqdır. İzzət: İslam üstün gəlir və onu üstün gəlinmir(2); Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol qoymaz!(3) Biz öz izzətimizi irqçiliklə, nasionalizmlə və təəssüf ki, bütün dünyanın öz əhatəsinə hasar çəkdiyi sözlərlə sabit etmək istəmirik. Filan Avropa ölkəsi sübut edir ki, mənim irqim ən üstün irqdir. O birisi deyir ki, xeyr, mənim irqim ən üstündür. Hətta bu öyünmə dünya müharibələrinə, çoxlu qırğınlara və xərclərə də səbəb olur. Xeyr! Biz özümüz üçün izzəti İslam təfəkkürünün əsas xüsusiyyəti və meyarı olan tövhid etiqadı, Allaha könül vermək, Onun bəndələrini sevmək və onlara xidmət göstərmək əsasında tanıyırıq. Məhz buna görə də biz özünün digər xalqlarla münasibətlərində təkəbbürlülük, hegemonluq və lovğalıq edən hər bir gücü rədd edirik. Əgər siz filan irqdənsinizsə, bu özünüz üçündür. Əgər siz sərvətli, qüdrətli, yaxud mütərəqqi texnologiyaya sahibsinizsə, özünüz üçündür. Sizin texnologiyanız sizin özünüz üçündür, bizim üçün deyil. Nə üçün öyünürsünüz?(4)

Bu inqilab mənəvi dəyərlər əsasında baş verdi!

Bu inqilab qələbə çalanda dünyada mənəvi dəyərlər ölmüş, dünya xalqlarının həyatının bütün sahələrinə maddi dəyərlər hakim olmuşdu. Bu inqilab mənəvi dəyərlər əsasında baş verdi. Bu gün dünyada materializmin təməllərinin titrədiyini, materialist inqilabların uşaq oyuncağı kimi uçub-dağıldığını görürsünüz. Materializmlə fəxr edən, mənəviyyata və dinə zidd olduğuna görə öyünən və böyük imperatorluq yaratmış marksizm və sosializm quruluşu dağılmış, məhv olmuşdur.

On iki il öncə vəziyyət belə deyildi. On iki il öncə Şərq imperatorluğu və dünyanın marksist quruluşu özünü o qədər qüdrətli sayırdı ki, əlində olanlarla kifayətlənməyib özünə yol açmaq üçün Əfqanıstana hücum etdi. Materializmə əsaslanan bir quruluş belə qüdrət duyurdu. Bu gün o quruluş dağılmış, məhv

səh:32


1- [67] Vilayət hədisi, c. 7, səh: 166 (1991).
2- [68] Bihar əl-ənvar, c. 39, səh: 47.
3- [69] Nisa/141.
4- [70] Viyalət hədisi, c. 7, səh: 202 (1991).

olmuş, ondan bir şey qalmamışdır. Maraqlı burasıdır ki, onun hakim olduğu ölkələrdə mübarizə bayrağı mənəviyyat, din, Allah və məsihilik şüarı verən şəxslərin əlindədir. Bu, sizin inqilabınızın təsirlərindəndir.

Sizin inqilabınız qələbə çalanda dünyada xüsusən xilasedici bir bayraq kimi İslamdan əsər-əlamət yox idi. Müsəlman ölkələrində də kimsə inqilab etmək istəsəydi, inqilabın təməlləri marksizm olmalı, yəni kommunist inqilabı baş verməli idi.

Çox çalışıb İslamı təsirsiz və öz gümanlarına görə məhv etmişdilər. Heç kəs özünün müsəlman olması ilə fəxr etməyə cürət göstərmirdi. Bu gün isə baxın! Harada bir neçə müsəlman toplaşmışsa, hətta azlıqda olsalar da, Quranı yüksəyə qaldırıb fəxrlə deyirlər ki, biz müsəlmanıq. Bu sizin inqilabınızın təsirlərindəndir. Bunu siz etdiniz. Bunu imam etdi.(1)

Mənəvi dəyərlərin dirçəlməsi və materialist güclərin acizliyi

Əvvəldə siz qardaş və bacıların hamısına, İslam Respublikasının əziz qonaqlarına xoş gəldin deyirəm və ümidvaram ki, dünya müsəlmanları arasında uca Quran təlimlərinə əsaslanan qardaşlıq və səmimiyyət günbəgün möhkəmlənsin.

Bu günlər İran xalqı, həmçinin bu böyük inqilabın əsl mahiyyətini dərk edən və onun qədrini bilən bütün şəxslər üçün çox böyük və xatirəli günlərdir. Həmin parlaq günlərdən on iki il ötür. Bu məmləkətdə bizim əzəmətli rəhbərimizin və böyük imamımızın başçılığı ilə Quran prinsipləri və İslam təməlləri əsasında baş verən inqilab günbəgün genişlənmiş və bu on iki ilin sınaqlarında inqilabın sözü bir-bir sübuta yetmişdir.

Bu inqilabın birinci sözü bu idi ki, mənəvi dəyərlərin hakimiyyət dövrü başlanmışdır. O zaman bu sözü anlayan, ona inanan şəxslər az idi. Çünki materialist dalğalar və materializmə əsaslanan qüvvələr dünyanı tutmuşdular. Bu gün isə bu həqiqəti tam dərk edib anlayan şəxslər çoxdur. Bu gün dünyanın hər bir yerində mənəvi dəyərlər yenidən dirçəlmək üzrədir və onların çoxu dirçəlmişdir. Müxtəlif formalarda - istər marksist təfəkkürlər formasında, istər ondan təhlükəli formada, yəni pulla, güclə və təbliğatla yanaşı olan, qlobal hegemonizmdə və hamısından çox ABŞ hökumətində görünən materiyanın hakimiyyəti formasında olan materializm öz uğursuzluğunu və acizliyini göstərmişdir.

səh:33


1- [71] Vilayət hədisi, c. 6, səh: 220 (1991).

Materialist güclər mənəvi dəyərlərlə mübarizədə acizdirlər!

İnqilabın digər mesajı bu idi ki, materialist güclər mənəvi dəyərlərlə, insanların hərəkət və iradəsi ilə mübarizədə acizdirlər. Bu gün dünyada bu həqiqəti anlamayan insan azdır. Yalnız dünyanın hadisələrini diqqətlə izləməyənlər bunu anlamazlar. Materialist gücə arxalanan hegemon qurumların ən böyük zəiflik əlaməti budur ki, bu inqilab, bu quruluş və əsl İslam müsəlman İran ölkəsində qaldı, günbəgün gücləndi və möhkəmləndi. Dünyada bir İslam quruluşunun yaranıb qala və günbəgün güclənə bilməsi materialist güclərin puçluğunun və acizliyinin əlamətidir. Çünki bacarsalar, dözməz, belə bir gücü yaşamağa qoymaz və bütün gücləri ilə ona qarşı çıxarlar.

On iki ildir hegemon qurumlar özlərinin bütün mümkün vasitələri ilə inqilabçı İslamla və İslam inqilabı ilə mübarizə aparırlar. Bu gün Qərb və sionizm təbliğatı üçün şərait tələb etdiyindən bizə qarşı müharibənin səkkizillik sirlərinin çoxu ifşa olunur. Bu gün hamı etiraf edir ki, bizim qonşumuzun İslam Respublikasına təcavüz etdiyi səkkiz il boyu müxtəlif vasitələrlə ona kömək etmişlər. Biz səkkiz il müharibə boyu deyirdik ki, bütün hegemon güclər təcavüzkarın arxasında dururlar. Amma bu gün bu iddia onların özləri tərəfindən təsdiq olunur.

Eyni zamanda İslam Respublikası, İslam inqilabı və İslamın sözü qaldı, gücləndi və yayıldı. Siz bu gün müsəlmanların yaşadığı Asiyada, Afrikada və digər regionlarda müsəlmanların İslam təməllərinə qayıdışına dair güclü meyl və rəğbət əlamətlərini görürsünüz. Bunun mənası odur ki, hegemon cəbhə mübarizəyə qadir deyil.(1)

Mənəviyyat və İslam Respublikası quruluşu

Bunu bilin ki, dünyanın vəziyyəti dəyişəcək və mənəviyyat özünün qlobal güc haqqını əldə edəcək. Bunda heç bir şübhə yoxdur. ABŞ kimi böyük güclərin dünyada mənəviyyatın bu sürətli hərəkətini məhv etmələri daha imkansızdır. İslam Respublikası quruluşuna nə etsələr, bu quruluşun məzlumluğunun və müqavimətinin əks-sədası İslam dünyası miqyasında daha oyadıcı və daha yaşadıcı təsirlər buraxacaq, insanları oyadacaq. Necə ki, bu günə qədər hər bir hadisədə belə olmuşdur.(2)

Mənəviyyatı qorumaq həmişə uğurlu yoldur!

İşiniz çox mühüm işdir. Bu sahədə şeytan qoşunları haqq qalalarına çox hücum edirlər. Düşmənin hücumu harada güclüdürsə, haqq qüvvələrinin

səh:34


1- [72] Vilayət hədisi, c. 6, səh: 205 (1991)
2- [73] Vilayət hədisi, c. 4, səh: 184.

hazırlığı daha dəqiq olmalıdır. Təyyarəyə minib xarici bir ölkəyə gedib-qayıtmaq, hər cür adamla - hava limanında bir cür, təyyarədə bir cür, orada bir cür adamlarla rastlaşmaq zəif halqalardandır. Bu zəif halqadan ehtiyatlı olun. Təzyiq zamanı adətən zəif halqa qırılır. Bu qurumlarda çalışan gənclərə və uşaqlara bacardığınız qədər daha çox mənəviyyat aşılayın. Heç bir şey insanı mənəviyyət qədər qorumur.

Hərdən düşünürlər ki, filankəs filan həssas postda çalışdığından onu maddi baxımdan yaxşı təmin etməliyik ki, təsirlənməsin. Düzdür, bu da bir yoldur, amma həmişə uğurlu yol deyil. Həmişə uğurlu olan mənəviyyatı qorumaq yoludur. Biz heç bir sahədə cəmiyyətin mənəviyyat səviyyəsinin enməsinə imkan verməməliyik. Bir sahə də sizin sahənizdir. Ehtiyatlı olun. Bilin ki, bu müqəddəs quruluş haqqa doğru hərəkət etdiyindən Allah-Taala ona dayaq olacaq.

İmam bir dəfə mənə buyurdu ki, inqilabın əvvəlindən işlərimizi aparan bir qüdrət əlini hiss edirəm. Təxminən buna bənzər ibarələrlə buyurdu. Mən o zaman onun sözünü qeyd etdim. Mən indi bu qüdrət əlini hiss edir, Allah-Taalanın bu quruluşu bir istiqamətə yönəltdiyini və bizim dərkinə belə aciz olduğumuz çatışmazlıqları özünün kamil qüdrəti ilə təkmil etdiyini görürəm.

İstiqamət düzgün istiqamətdir. Siz düşməninizdən güclüsünüz. Biz bu gün mənəvi cəhətdən düşmənin bu uzun və zahirən sıx qoşunlarından güclüyük. Düzdür, onların çoxlu pulları, daha üstün texnologiyaları, bizim malik olmadığımız çox şeyləri var. Amma bizdə də onların məhrum olduğu bir şey var. Bu, Allah-Taalaya güvənməkdir. O isə hər şeydən - həm texnologiyadan, həm bəşər elmindən, həm də Yer üzünün bütün varlıqlarından güclüdür. Onun bir işarəsi və bir iradəsi bütün dünyanı alt-üst edər. Bizim belə dayağımız var. Biz Allaha bu güvənci qorumalıyıq. Bu bir xəzinədir. Əgər ona malik olsaq, uğur gətirər, malik olmasaq və əldən versək, daha əldən vermişik. Biz hadisə tufanları qarşısında çoxlu ölkələr və xalqlar kimi bir saman çöpüyük. Bizi tükənməz və məğlubedilməz edən amil Allah-Taalaya arxalanmaqdan ibarətdir. Bu amili möhkəm qoruyun.(1)

səh:35


1- [74] Vilayət hədisi, c. 9, səh: 52-53 (1991).

İkinci fəsil: Əxlaq

Əxlaqi baxımdan dəyişmə

Əxlaqi baxımdan dəyişmə - insanın hər bir əxlaqi qəbahəti, hər bir çirkin xarakteri, digərlərinin əziyyətinə, yaxud insanın öz geriliyinə səbəb olan hər bir pis və bəyənilməz xisləti kənara qoymaq, əxlaqi fəzilətlərlə və gözəlliklərlə bəzənməkdir. Bir cəmiyyətdə paxıllıq, xəbislik və kin olmasa, düşüncə sahibləri öz düşüncələrini digərlərinə qarşı təxribat, saxtakarlıq və aldatmaq məqsədi ilə işlətməsələr, savadlı və məlumatlı insanlar savadlarını xalqa zərər yetirmək, xalqın düşmənlərinə kömək etmək üçün işlətməsələr, bir cəmiyyətdə bütün fərdlər bir-birinin xeyrini istəsələr, bir-birinə ədavət bəsləməsələr, paxıllıq etməsələr, digərlərinin məhvi hesabına özlərinə həyat qurmaq və hər şeyi əldə etmək istəməsələr, bu, əxlaqi baxımdan dəyişmə və əxlaqın minimum həddidir.(1)

Bəşər dünyasının problemləri

Başqa bir mühüm məsələ əxlaqi xarakterlər və mənəvi paklıq məsələsidir. Quranın bəzi ayələrində bunun üzərində təkid göstərilmişdir. Peyğəmbərin (s) bütün İslam firqələri arasında məşhur olan hədisində deyilir ki, mən yalnız əxlaq gözəlliklərini tamamlamaq üçün göndərildim. Baxın, bir cəmiyyətdə gözəl əxlaq və yaxşı xarakterlər vüsət tapsa, insanlar yaxşı əxlaqa – bağışlamaq, qardaşlıq, yaxşılıq, ədalət, elm və haqsevərlik xüsusiyyətlərinə malik olsalar, onların arasında insaf olsa, qəbahətlər və pis xüsusiyyətlər ortadan götürülsə, görün necə cənnətdə yaşayarlar!

Bu gün bəşər bu cəhətdən əziyyət çəkir. Bu gün bəşər dünyasının problemləri, dünyada və tağut quruluşlarında siyasi harınlıqdan yaranan problemlər əxlaqi köklərə qayıdır.(2)

Əgər İslam əxlaqı - İslamda bir insan üçün fəzilət sayılan və hədislərin təbirincə, ağlın qoşunu hesab olunan məsələlər yayılsa, xalq dözümlü və müqavimətli olsa, Allaha təvəkkül etsə, təvazökar və səbirli olsa, bu cəmiyyət cənnətə və gülüstana çevriləcək.(3)

səh:36


1- [75] Novruz bayramı münasibəti ilə müraciətdən: 1997.
2- [76] Məbəs bayramı münasibəti ilə hökumət və ordu məmurları ilə görüşdə çıxışdan: 1997.
3- [77] Böyük Rəhbərin çıxışlarından bir azuqə (Hidayət feyzi).

Əxlaqi paklıq

Əxlaqi paklıq məsələsi, sadə yaşayış və dünyanın bərbəzəklərinə arxa çevirmək məsələsi elmi hövzələrdə ciddi sayılmalıdır. Belə olmasın ki, tələbə dərs oxuduğu yerin iki küçə uzaqda olduğuna görə şəxsi maşın fikrinə düşsün. Maşın nədir?! Əvvəldən hövzə tələbəliyi çətinliklə və dünya bəzəklərinə etinasızlıqla keçmişdir, amma indi tez düşünək ki, şəxsi maşınımız və filan cür evimiz olsun?! Düzdür, minimum məişət həddi olmalıdır. Yəni insanın diqqəti yayınmasın, dərsini rahat oxuyub lazımi və gözlənilən işi görə bilsin. Amma hövzə tələbəliyi digər işlər kimi dəbdəbəçiliyi, bərbəzəyi və bu kimi işləri məqsəd seçən bir işə çevrilməsin. Bu çox böyük nöqsandır. Bundan ciddi şəkildə çəkinmək lazımdır.(1)

Cəmiyyətin əsas dəyərləri

İslamın əxlaq dəyərlərinə malik olmağın mənası budur ki, fəzilət, təqva, təmizlik, səbirlilik, qadağan olunmuş ehtiraslardan çəkinmək, hərislikdən, tamahkarlıqdan, dünyagirlikdən, haqsızlıqdan, mərdimazarlıqdan və pulpərəstlikdən çəkinmək, ixlasa, paklığa, zahidliyə və digər əxlaqi xislətlərə yiyələnmək cəmiyyətdə geniş yayılsın və əsas dəyərlər sayılsın.

İslami inkişafa doğru gedən bir cəmiyyət bu dörd şərtlə formalaşır, güclənir, möhkəmlənir, istedadlar çiçəklənir, yaxşılıq və xoşbəxtlik bulaqları çağlayır və İslam cəmiyyəti bütün xalqlar üçün gözəl örnəyə çevrilir.(2)

Əxlaqi özünüislah – tələbələrin ən böyük vəzifələrindən biri

Bu məclisdə iştirak edən və etməyən tələbələr! Sizin ən böyük vəzifələrinizdən biri əxlaqi paklanmadır. Öz əxlaqınızı kamilləşdirin. Siz gənclərin bu imkanı var. Dövr sizin dövrünüzdür. Siz yaxşı dövrdə, Quran hökumətində və İslam mədəniyyətində yaşayırsınız. Odur ki, ruhi və mənəvi baxımdan ucalmaq imkanınız var. Bu imkandan yaxşı istifadə edin. Elm əxlaqın yanında, elmi, maddi və sənaye inkişafı əxlaqi inkişafın yanında olmalıdır. Allaha diqqət də əxlaqi inkişafın əsas amili sayılır.(3)

Məqsəd Allahın yolu olmalıdır!

Məqsəd Allahın yolu olmalıdır. Bütün peyğəmbərlərin məqsədi xalqı düz yola gətirməkdir. Düz yol isə bəndəlik yoludur: Mənə ibadət etsinlər; bu, düzgün yoldur. Xalqı düzgün yol olan ilahi bəndəliyə sövq edin. Əlbəttə, bu

səh:37


1- [78] Vilayət hədisi, c. 8, səh: 75 (1991).
2- [79] Vilayət hədisi, c. 1, səh: 304 (1989).
3- [80] Vilayət hədisi, c. 8, səh: 177.

bəndəliyin əxlaq, fərdi və ictimai əməl sahələrində də rolu var. İctimai əməldən söhbət düşdükdə siyasi mövzular, siyasi təhlillər və siyasi izah da sizin peşə dairənizə daxil olur. Gərək əxlaqdan danışasınız, siyasi əxlaqdan danışasınız, əxlaq və mənəviyyatdan danışasınız, siyasi təhlil qabiliyyəti bağışlaya, əmmarə nəfsdən, yaxud qovulmuş şeytandan ibarət olan daxili düşməni də tanıtdırasınız, böyük şeytandan, yaxud müxtəlif şeytanlardan ibarət olan ictimai düşməni də, şeytanın əlaltılarını və quyruqlarını da tanıtdırasınız. İlahi bəndəliyin mənası insanın Allaha şərik çıxanlardan üz çevirməsidirsə, onun bütün formalarından üz çevirmək lazımdır. İnsanın daxilində olan çirkin nəfs də onlardan biridir.(1)

Əsas iş əxlaqdır!

Din alimlərinin və böyük İslam təbliğatçılarının vəzifəsi olan dinin təbliği və həqiqətlərin izahı bu gün bunların hamısına şamil olur. Əgər biz iqtisadi baxımdan ən üstün məqama çatsaq, siyasi cəhətdən bugünkü iqtidar və nüfuzumuzu bir neçə dəfə artırsaq, bizim xalqımızın əxlaqı İslam əxlaqı olmasa, bizim aramızda bağış, dözüm, səbir və nikbinlik olmasa, əsas iş korlanacaq. Əsas iş əxlaqdır. Bütün bunlar gözəl əxlaqın – Mən yalnız əxlaq gözəlliklərini tamamlamaq üçün peyğəmbər seçildim – müqəddiməsidir. İslam hökuməti insanların tərbiyə olunması, onların əxlaqının yaxşılaşması, Allaha yaxınlaşmaları və yaxınlaşma niyyəti etmələri üçündür. Siyasət üçün də Allaha yaxınlaşmaq niyyəti lazımdır. Siyasi məsələlərdə də bu niyyət lazımdır. Siyasi məsələlərdə bir söz deyən, bir söz yazan, təhlil edən, qərar verən şəxslərdə Allaha yaxınlaşmaq qəsdi olmalıdır. Bu nə zaman yaranır? İnsanın araşdırıb bu işdə Allahın razılığının olduğunu gördükdə. Əgər bu işdə Allahın razılığını görsəniz, Allaha yaxınlaşmaq niyyəti edə bilərsiniz. Deməli, birinci məsələ Allahın razılığının olub-olmadığını bilməkdir. Görün xətt nə qədər aydındır və bəzi adamlar necə də diqqət yetirmirlər.(2)

Bu, imamın yoludur!

Bu gün ölkə miqyasında bizim bütün xalqa, xüsusən də bu inqilaba və onun məhsuluna daha çox eşq bəsləyənlərə tövsiyəmiz budur, qəti çarəni də bunda görürük ki, hamı Allahla əlaqəni, fərdi ünsiyyəti, söhbəti və münacatı gücləndirsin. Bu, imamın yoludur. İlahi hidayət də Allahla bu əlaqədən və

səh:38


1- [81] Mübarək ramazan ayı münasibəti ilə İmam Xomeyni hüseyniyyəsində ruhanilərlə və təbliğatçı tələbələrlə görüşdə çıxışdan: 1997.
2- [82] Məhərrəm ayı ərəfəsində ölkənin din alimləri və natiqləri ilə görüşdə çıxışdan: 1998.

ünsiyyətdən doğur. Bu on ildə belə olmuşdur. Siz ixlaslı və səmimi gənclər müxtəlif cəbhələrdə bu ruhiyyəni nümayiş etdirmiş və onun nəticələrini görmüsünüz. Bizim imamımızın dərsi də məhz bu idi.

Bir dəfə ondan soruşdum ki, məşhur dualardan hansını daha çox sevir və oxuyursunuz. O bir qədər fikirləşdikdən sonra buyurdu ki, Kumeyl duasını və Şəbaniyyə münacatını. Digər dualar, məsələn Əbu Həmzə Sumali duası, yaxud İmam Hüseynin (ə) Ərəfə günündəki duası da Allahla güclü mənəvi əlaqə yaratsa da, bu dua və bu münacatda Allaha tövbənin, Allahdan bağışlanmaq istəyinin, yardım istəyinin və yalvarmanın aşiqanə formada olduğu müşahidə olunur. Kumeyl duası da Allah-Taala ilə münacatdır, bəndə ilə məbud arasında məhəbbət və eşq əlaqəsini təsvir edir. Bu, bizim böyük imamımızın öz ruhunu və qəlbini aydınladıb işıqlandırdığı amildir.(1)

Nəfslə mübarizə - insanın kamillik yolu

Mənim əzizlərim! Ən yüksək və ən kamil insan Allah yolunda hərəkət edə bilən, Allahı özündən razı salan və ehtirasların əsiri olmayan insandır. Düzgün və kamil insan budur. Ehtirasın, qəzəbin, nəfsin, istək və hisslərinin əsiri olan materialist insan zahirən böyük olsa da və yüksək vəzifə tutsa da, çox kiçik insandır. Dünyanın ən böyük ölkəsinin prezdenti, yaxud dünyanın ən sərvətli adamı öz nəfsinin istəkləri ilə mübarizə apara bilməsə, öz nəfsinə əsir olsa, kiçik insandır. Öz istəklərinə hakim olan, insan kamilliyi və Allah yolundan ibarət olan düzgün yolu gedən yoxsul bir insan isə böyük insandır.(2)

Əxlaqi baxımdan dəyişmə gənclər üçün daha asandır!

Ümidvaram belə bir günlə başlayan bu yeni il bizim xalqımız üçün mübarək və sözün həqiqi mənasında yaxşı il olsun. Bir ilin bir xalq üçün mübarək olması onun yalnız maddi cəhətlərinə görə deyil, bəzən mənəvi cəhətlər daha böyük əhəmiyyət kəsb edir. Əgər bir xalq özündə əxlaqi baxımdan yenilik yarada bilsə, öz daxilini əxlaq qəbahətlərindən paklayıb özünü əxlaq fəzilətləri ilə bəzəyə bilsə, o xalq üçün həqiqətən bayram olar. Bəlkə də istər milli, istər dini bayramları insanların daxilində belə yeniliklər yaratmaqdan ötrü təyin etmişlər.

Xoşbəxtlikdən, son illərdə bizim xalqımız mənəvi baxımdan çox inkişaf etmişdir. Mənəviyyata, dinə və ibadətə təmayül, zikrə, təzimə, namaza, oruca, haqqa itaətə və Allaha yaxınlaşmağa diqqət bizim xalqımız, xüsusən də

səh:39


1- [83] Vilayət hədisi, c. 3, səh: 299-300.
2- [84] Cümə namazı xütbələrindən: 1997.

gənclərimiz arasında geniş yayılmışdır. Lakin əxlaqi yenilik yalnız bunlar deyil. Əxlaqi yenilik bir xalq üçün bəlkə də daha çətindir və məhz buna görə bu məsələdə ilk müraciət tərəfi və birinci məsuliyyət daşıyanlar gənclərdir. Onlar üçün bütün işlər daha asandır. Gənclərin qəlbi işıqlı, fitrətləri sağlam və təmizdir. Onlar dünyanın çirkin işlərinə az bulaşmış, pulpərəstlik, dünyagirlik, vəzifə düşkünlüyü və digər bu kimi xüsusiyyətlərlə daha az zəncirlənmişlər. Odur ki, əxlaqi baxımdan dəyişmə gənclər üçün daha asandır. Sözsüz ki, ortayaşlılar və hətta azyaşlılar da əxlaqi yenilik imkanından məyus olmamalıdırlar.(1)

Gənclərin qəlbi işıqlı, fitrətləri sağlam və təmizdir. Onlar dünyanın çirkin işlərinə az bulaşmış, pulpərəstlik, dünyagirlik, vəzifə düşkünlüyü və digər bu kimi xüsusiyyətlərlə daha az zəncirlənmişlər. Odur ki, əxlaqi baxımdan dəyişmə gənclər üçün daha asandır... Gənc təbii olaraq rəqib istəyəndir. Çox gözəl! Bizim gənclərin güc sınamasını istədiyimiz rəqib insanı pis və çirkin işlərə dəvət edən, təkamüldən saxlayan əmmarə nəfsdir. Gənclər ehtiras və həvəslərinin və onları belə qəbahətlərə çağıran bütün hisslərin qarşısında müqavimət göstərsinlər. Bu birinci növbədə gənclərə aiddir, amma qeyri-gənclər də belədirlər. Bu, hamıya vacibdir. Mənim kimilərə hətta digərlərindən də çox vacibdir.(2)

İslam mənəviyyatını və əxlaqını gücləndirmək inqilabın davamlı olmasının rəhnidir!

Qabaqkı iki məsələdən daha əhəmiyyətli olan üçüncü məsələ budur ki, inqilab yalnız xalqın həqiqətən müsəlman və mömin xalqa çevrildiyi zaman kamil formada həyata keçəcək. İslamın bir hissəsi xalqın əməlinə aiddir. Bu, ümumi ictimai sistemi və onların ümumi hərəkətini təsvir edir, onlara hərəkət verir. Digər hissə xalqın etiqadlarına, psixoloji xüsusiyyətlərinə və şəxsi əməllərinə aiddir. Əgər bizim böyük inqilabımız və İslam Respublikası quruluşu bütün maddi və mənəvi imkanları ilə xalqın qəlbini, xarakterlərini və onların vücudunu keçmişin yanlış tərbiyələrinin nəticəsi olan vəziyyətdən müsəlman xalqa çevirə bilməsə, şübhəsiz, uğur qazanmamış və inqilab həyata keçməmişdir. İnqilab xalqın inqilabıdır. İctimai və iqtisadi münasibətlərin inqilabı xalqın inqilabından sonrakı mərhələdə durur. Xalq dəyişməyincə iqtisadi inqilab, ictimai, iqtisadi və siyasi münasibətlərin dəyişməsi də həyata

səh:40


1- [85] Novruz bayramı münasibəti ilə müraciətdən: 1997.
2- [86] Yenə orada.

keçməyəcək. Allaha şükür olsun ki, xalq əvvəldə ruhi bir inqilab etdi, dəyişdi. Bu çox mühüm hərəkət idi və nəticəsi göz qabağındadır.

Əgər baş verən davam etməsə, güclənməsə, dərinləşməsə, yetişməkdə olan nəsil və sonrakı nəsillər onu öyrənməsələr, Allah eləməmiş, ad İslam, İslam Respublikası və İslam carçılarının hakimiyyəti, amma əsl həqiqət və xalqın həyatı ayrı cür olsa, bu inqilab şübhəsiz ki, uğurlu olmayacaq. Belə bir halın yaranmasından Allaha sığınırıq. Bunun baş verməsinə qoymamalıyıq. Düşmən bunun üzərində işləyir. Bütün qurumlar, hamı, xüsusən böyük din alimləri və ruhanilər xalqın tərbiyəsi, xalqda, xüsusən də gənclərdə qəlb və əxlaq inqilabının baş verməsinə çalışmalıdırlar.

Əlbəttə, müharibə dövrü və o günlərin xüsusi şəraiti bu məmləkətin gənclərinin bir qrupu üçün mənəvi və həqiqi bir inqilab yaratdı. İmam Xomeyni şəhidlərin vəsiyyətnamələrini oxumağı ona görə tövsiyə edirdi ki, onların hər biri bir insanın daxili inqilabını – daxilən dəyişməsini nümayiş etdirir. İnsan bu gənclərin vəsiyyətnamələrinin və xatirələrinin hansını oxuyursa, onda bir insanın daxili inqilabının təsvirini görür. Bunun özü adamı dəyişdirir və öyrədir. Biz buna rəvac verməliyik və bu mümkündür. Əgər bütün insanlarda yüz faiz mümkün olmasa da, xalqın əksəriyyəti üçün mümkündür. Birinci şərti budur ki, bu məqsədə çağıranların özündə bir inqilab yaransın, xarakterləri, əxlaqları, mənəviyyatları, zikrləri, diqqətləri, Allaha təvəkkülləri, etimadları və Onunla mənəvi əlaqələri güclənsin.

Biz əvvəl özümüzdən başlamalıyıq. Bizim hər hansı birimizdə Allah eləməmiş, bu baxımdan nöqsan və qüsur olsa, xalqda pis təsir buraxacaq. Yazmaqda, danışmaqda, əməl etməkdə, şəxsiyyətləri yuxarıya çəkməkdə, insanları yaxınlaşdırmaqda, yaxud uzaqlaşdırmaqda hamı bu məsələni diqqətdə saxlamalıdır.(1)

Bəsic - İslam əxlaqının nümunəsi

Siz Bəsic üzvləri elə rəftar etməlisiniz ki, xalqın hörməti və məhəbbəti cəlb olunsun. Siz əxlaqda, təvazökarlıqda, mehribanlıqda və qanunlara riayət etməkdə nümunə olmalısınız. Deyirdilər ki, Bəsic qanunlara riayət etməyən adamdır. Bu yanlış fikir bəzi şəxslərin beyinlərindən çıxmalıdır. Əksinə, qanunlara daha artıq riayət edən şəxs daha yaxşı Bəsic üzvüdür; ona görə ki, bu şəxs quruluşa hamıdan artıq ürək yandırır, qanunlar da quruluşun düzgün idarəsinin zəruri şərtdir.

səh:41


1- [87] Vilayət hədisi, c. 6, səh: 156, 166 (1991).

Deməli, işdə və həyatda mütləq əxlaqa, qanunlara və nizam-intizama riayət edin. Bilin ki, sizin varlığınız inqilab üçün zəngin bir ehtiyatdır. İnqilab və İslam Respublikası quruluşu nə qədər ki, bu hisslərə, imanlara və ixlaslara arxalanır, heç bir səviyyədə olan heç bir düşmən ona zərbə vura bilməyəcək.(1)

Cəmiyyətin və düzgün İslam əxlaqının inkişafının şərtləri

İslam Peyğəmbəri (s) cəmiyyətdə İslam dəyərlərinin və əxlaqının kamil şəkildə oturuşması, xalqın ruhu, etiqadları və həyatı ilə qarışması üçün mühiti İslam dəyərləri ilə qarışdırırdı.

Bir zaman bir şəxs əmr, yaxud tövsiyə edir ki, misal üçün, xalqın yaxşı əxlaqı, bağışı, Allah yolunda dözümü və müqaviməti olsun, zülm etməsinlər, ədalətin bərpasına çalışsınlar. Burada tövsiyə, əmr və öyrətmək məsələsi var. Sözsüz ki, bu lazımi bir işdir. İslam Peyğəmbəri (s) də öyrədirdi, xalqa düşüncə və həyat dərsi verirdi. Amma bəzən mətləb öyrətməkdən üstündür, yəni müəllim elə bir iş görür və elə rəftar seçir ki, bu əxlaq və İslam vəzifəsi cəmiyyətdə sabit ənənə formasını alır, xalqın yanlış inancları ilə mübarizəyə qalxır, cahil hisslərlə, qeyri-İslam əxlaqının tör-töküntüləri ilə mübarizə aparır, cəmiyyəti və xalqı ayıldır, bu yaxşı xüsusiyyətin, əxlaqın və üsulun cəmiyyətin və xalqın ruhuna hopması üçün münasib dönəmlərdə və münasib üsullarla iş görür.

Əgər bir cəmiyyət inkişaf etmək və özündə düzgün İslam əxlaqı yaratmaq istəsə, bu üsula ehtiyaclıdır. Bəlkə də onları mənən paklasın təbirinin onlara öyrətsin təbirindən sonra, yaxud öncə bəyan olunduğu bir neçə Quran ayəsində paklanmada məqsəd həmin məsələdir; yəni xalqı mənəvi cəhətdən paklamaq və təmizləmək. Sanki bir həkim öz xəstəsinə təkcə bunu demir ki, filan işi gör və filan işi görmə, hətta onu xüsusi yerdə saxlayır, ona lazım olanı verir, yedizdirir, zərərli olandan saxlayır. Əziz Peyğəmbər (s) peyğəmbərliyinin iyirmi üç ilində bu üsulu işlətdi; xüsusən Mədinədə yaşadığı və İslam hökümətinin təşkil olunduğu on ildə.(2)

Besətin mühüm mesajlarından biri əxlaqdır!

Özümüzü islah etməli, əxlaqımızı yaxşılaşdırmalı, daxilən Allaha yaxınlaşmalı, bir fərd olaraq şəxsən çalışmalı, qəlbimizə Allahın ayələrini oxumalı və onu Allaha yaxınlaşdırmalıyıq. Bu bizim vəzifəmizdir. Bu bizim xalq və cəmiyyət qarşısındakı vəzifəimizi ən gözəl şəkildə yerinə yetirməmizə

səh:42


1- [88] Vilayət hədisi, c. 1, səh: 156.
2- [89] Vilayət hədisi, c. 2, səh: 241.

kömək edəcək. Hamının üzərinə düşən ictimai vəzifələrdən əlavə, fərdi və əxlaqi vəzifələri də hər kəs mühüm saymalıdır.

Mən belə düşünürəm ki, bizim əxlaq və mənəvi paklıq sahəsində özümüz və digərləri üzərində işləməyə ehtiyacımız var. İslam quruluşunun və müsəlman İran xalqının mənəvi yeniliyinin bu böyük işə ehtiyacı var və bu, peyğəmbərliyin mühüm mesajlarından biridir.(1)

İnsanların gözəl əxlaqa yiyələnməsi

İlahi qanunlar hakim olduqda, İslama əsaslanan bir quruluş yarandıqda və ictimai ədalət həyata keçdikdə yalnız orta bir məqsəd, daha doğrusu bir mərhələ həyata keçmiş olur. Sonrakı mərhələdə bu quruluşda rahat yaşayan və ədalətdən bəhrələnən xalq gözəl əxlaqa yiyələnmək imkanı və həvəsi qazanmalıdır. Bu gün mən bu məqam üzərində dayanmaq və demək istəyirəm ki, hökumət qurandan, ədalətli quruluş yaradandan, ictimai ədaləti bərqərar edəndən və həqiqətən İslam hökuməti qurandan sonra məqsəd budur.

İnsanlar gözəl əxlaqa yiyələnməlidirlər. Gözəl əxlaqa yiyələnmək insan təkamülünün mərhələlərindən olan mənəvi və ruhi yüksəlişə səbəb olur. Biz onu tam şəkildə dərk edə bilmirik, uyğun sahənin böyüklərindən bəzi sözlər eşitmişik. Hər halda, bizə aid olan mərhələ əxlaq mərhələsidir. Əxlaq! Əxlaq! Peyğəmbər doğrudan da buyurub ki, mən yalnız əxlaq gözəlliklərini tamamlamaq üçün göndərildim. Bu hədis şiə və sünni firqələri tərəfindən nəql olunmuşdur.

Bu hədisdə işlənmiş yalnız sözünün çox mənası var. Yəni mənim peyğəmbərliyim əsasən bunun üçündür. Məqsəd bu, qalanları isə müqəddimədir. Peyğəmbər (s) insanların, cəmiyyətin və bu ümmətin arasında əxlaq gözəlliklərinin kamilləşməsi, inkişaf etməsi, hamının ona yiyələnməsi və bizim insan olmamız üçün göndərildi.

Biz insan olmalı, özümüzdə insani əxlaqı gücləndirməli və təkmilləşdirməliyik. Bu, sonrakı çox mühüm addımdır. Əgər İslama aid olan bir cəmiyyətdə, əsasları İslam əsasları olan bir quruluşda ilahi əxlaqdan uzaqlaşıb nəfsin və xudpəsəndliyin ardınca düşsək, hərə daha çox qazanması, daha yaxşı yeməsi və yaşaması üçün çalışsa, onun-bunun əlindən qapsa, isəyəndə həddindən artıq istifadə etsə, nə güzəştə getsələr, nə fədakarlıq etsələr, bu necə hökumət olar?! Bunun harası İslam və İslam cəmiyyəti olar?!

səh:43


1- [90] Həzrət Məhəmmədin (s) peyğəmbərliyə təyin olunmasının ildönümü münasibəti ilə xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışdan: 1997.

Əsas məsələ budur: Mən yalnız əxlaq gözəlliklərini tamamlamaq üçün göndərildim.

Mənim əzizlərim! Bilin ki, bu gün dünyanın buna ehtiyacı var. Təəssüf ki, materialist dünya bundan tamamilə məhrumdur.(1)

Əxlaqın rolu və səmərələri

İslam inqilabının mesajı mənəviyyat, əxlaq, Allaha diqqət və bu elementi insanların həyatına daxil etmək mesajıdır. İnqilabın və imamın adı və mesajı haraya çatmışsa, özü ilə mənəviyyat da aparmışdır. Hətta İslam inqilabına xoş münasibət bəsləyən, ondan dərs alan və istifadə edən məsihi və qeyri-müsəlman cəmiyyətlərin bəzisində də mənəviyyat elementini müşahidə edə bilərsiniz. Bizim böyük İslam inqilabımızın ayağı mənəviyyat daşıyıcısıdır. Bu mənəviyyat bu inqilabın və bu mənəvi imamın ilk mesajıdır; özü böyük arif, müctəhid, dinşünas və gecələrin abidi olan, gecə yarısı Allahla raz-niyaz edən imamın.(2)

Mənəviyyatsız və əxlaqsız elm atom bombasına çevrilir!

Harada elm olsa, lakin vicdan, mənəviyyat, əxlaq və bəşəri duyğular olmasa, insan o elmdən mənfəət götürməz. Mənəviyyatsız və əxlaqsız elm atom bombasına çevrilib günahsız insanların başına tökülür; silah olub Livanda, Fələstində və dünyanın digər yerlərində mülki şəxsləri hədəf seçir; kimyəvi silah olub Hələbçədə və dünyanın digər yerlərində qadını, uşağı, kişini, gənci, insanı və heyvanı məhv edir. Bunlar haradan gəldi? Bu dağıdıcı maddələr həmin elm mərkəzlərindən və Avropa ölkələrindən çıxdı. Bu maddələri düzəldib lazımi xüsusiyyətləri olmayan bir rejimin ixtiyarında qoyan onlar idi. Nəticəni isə müşahidə etdiniz. Silahlar və müxtəlif elmi nailiyyətlər bu gün bəşəri xoşbəxt, ailələri səadətli edə, övladlara, uşaqlara, qadın və kişilərə həyatın ləzzətini daddıra bilməmişdir və bilmir; çünki əxlaq və mənəviyyatla birgə deyil.

Biz İslam mədəniyyətində və o mədəniyyətə sarı hərəkət edən müqəddəs İslam Respublikası quruluşunda bunu məqsəd seçmişik ki, elmi mənəviyyatla yanaşı inkişaf etdirək. Qərb dünyası bizim mənəviyyata bağlılığımıza həssasdırsa, bizim dindarlığımıza təəssübkeşlik və qapalılıq adı qoyursa, əxlaqi və insani əsaslara sevgimizi insan haqlarına qarşı çıxmaq adlandırırsa, bu ona görədir ki, bu üsul onların üsulunun ziddinədir. Onlar elmi inkişaf etdirdilər; sözsüz ki, bu, mühüm və böyük iş, lakin əxlaqdan və mənəviyyatdan uzaq idi.

səh:44


1- [91] Hökumət və ordu məmurları ilə görüşdə çıxışdan: 1997.
2- [92] Həzrət İmam Xomeyninin vəfatının ildönümü mərasimində çıxışdan: 1995.

Ona görə də olanlar oldu. Biz istəyirik ki, elm əxlaqla birgə irəliləsin, universitet elm mərkəzi olduğu kimi, din və mənəviyyat mərkəzi də olsun. Ölkə universtetlərinin məzunları elmi hövzə məzunları kimi dindar xaric olsunlar. Bu, onların bəyənmədiyi və istəmədiyi məsələdir. Məhz buna görə illərdir İslam Respublikasına qarşı müxtəlif ittihamlar irəli sürürlər. Bu ittihamlar o qədər təkrar olunub ki, artıq ürək bulandırır. İslam Respublikasını təəssübkeşlikdə, qapalılıqda, öz sözləri ilə desək, fundamentalizmdə - yəni heç bir şeylə razılaşmayan hədsiz quruluqda ittiham edirlər. İslamı belə tanıtdırırlar. Halbuki quruluq oradadır; mənəviyyat, sevgi, mərhəmət və insaniyyətdən uzaq həyat oradadır. Orada hətta doğma ailə də uşaqları saxlamağa qadir deyil.

İslam cəmiyyəti mərhəmət və mötədillik cəmiyyəti, mənəviyyat və təqva hakimiyyətidir. Mənəviyyatın və təqvanın özü isə bütün insani duyğulara, bütün müsbət bəşəri hisslərə qucaq açmaq, insanların dinc birgəyaşayışı, mənəvi asayişi və qəlblərin rahatlığı deməkdir.(1)

Bizim inqilabımızın əsasları dini, əxlaqi və mənəvi dəyərlər idi!

Bu inqilabın müstəsna xüsusiyyətlərindən ikisini qeyd etmək istəyirəm. Bu iki xüsusiyyət bu inqilabın dünyadakı imicinə ən böyük təsiri göstərmişdir. İnqilabın qələbəsində və İslam ölkəsinin həmişəyaşarlığında da onların ən böyük təsiri olmuşdur. İnqilabın qələbəsindən bir neçə il keçməsinə baxmayaraq, bu iki xüsusiyyət hələ də dünyanın müxtəlif yerlərində ən azı bəzi hərəkət, yenilik və səylərə səbəb olmuşdur.

Bu iki xüsusiyyətdən biri budur ki, bu inqilabın əsası dini, əxlaqi və mənəvi dəyərlər idi. İkinci xüsusiyyət budur ki, inqilab özünün baş verməsində və hökumətin idarəsində xalqın iradə və istəyinə əsaslanmaqda davam etdi. Yəni inqilabın qələbəsindən sonra xalqın rolu ondan alınmadı və bir element kimi inqilab üçün qaldı. Bizim inqilabımızda bu iki xüsusiyyət var.

İnqilab din evindən - yəni məscid və dini mədrəsədən başlandı, onda dini amillər günbəgün artdı, dinin və mənəvi dəyərlərin rolu o qədər gücləndi ki, adətən heç bir inqilabda meydana atılmayacaq xislətə malik olan insanları da inqilaba qoşdu; hətta yaşlı və siyasi məsələlərdən xəbərsiz insanları, ucqar şəhər və kəndlərdə yaşayan adamları da mübarizəyə çəkdi. Bundan əlavə, bu inqilabda olan dini ruh həmin dövrdə ən az tələfatın baş verməsinə səbə oldu. Tehran əhalisi dükanları bağlayıb iş-güclərini tətil edəndə, hamılıqla mübarizəyə qoşulanda ətrafdakı şəhər və kəndlərdən onlara çörək gətirdilər - yəni tam dəstək verdilər. Burada xalqın qəzəbi bir maddi məsələyə görə

səh:45


1- [93] Tibb işçiləri ilə görüşdə çıxışdan: 1997.

alovlanmamışdı, din, mənəviyyat və Allah məsələsi vardı. Bu da xalqın həyatında xüsusi təsir buraxır və onların fəaliyyətini formalaşdırır. İnqilab qələbə çalandan sonra onun əsasında bir İslam hökuməti, yəni İslam Respublikası yarandı və o sola-sağa əyilmədən düzgün din xəttində qaldı. İslam Respublikası yarandıqdan sonra da dinin yolunu tərk etmədi, qanunvericilikdə, vəzifəli şəxslərin, icra aparatının və quruluşun əsas məmurlarının - millət vəkillərinin və digər məmurların seçimində xalq İslam meyarlarına uyğun rəftar etdi.

Din inqilabın xüsusiyyəti idi və elə də qaldı, bir gün inqilabın xüsusiyyəti olub, bir müddətdən sonra isə ondan alınıb başqa bir şeyə çevrilmədi. Bu xüsusiyyət başqa heç bir inqilabda yox idi. Məhz bu kimi mühüm amillər səbəbindən dünyanın harasında din və İslam üçün bir qəlb döyünürsə, İslam üçün hərəkət edən və İslamın sözünün ucalmasını düşünən İslam Respublikasını sevir.(1)

səh:46


1- [94] Vilayət hədisi, c. 3, səh: 249-252 (1990).

Üçüncü fəsil: Təqva

Təqvanın mənası

Təqvanın mənası budur ki, insan Allah-Taalanın ona əmr etdiyi işi görsün, vacib əməlləri yerinə yetirsin, haramlardan çəkinsin. Bu, təqvanın birinci mərhələsidir. Allahın haramlarını tanımaq və onun ətrafına hərlənməmək lazımdır. Şeytan vəsvəsə edir. Hövzə və ya universitet tələbəsinin, yaxud digər bir təbəqədən, şəhərli və ya kəndli olan bir möminin, Bəsic üzvü olan bir gəncin qəlbində təqva, Allah sevgisi, Allahla bazarlıq etmək, Onu xatırlamaq, zikr, dua və təvəkkül ruhiyyəsi qərar tutub inkişaf etdikdə (Quranda deyilən) möhkəm və sarsılmaz sıra yaranırvə onu tərpətməyə heç nəyin gücü yetmir. Bu, İslam və inqilab məqsədlərinin inkişafının zəmanətçisidir. Bunun qədrini bilmək lazımdır.(1)

Quranda çox əsaslı bir məqam var, onu siz əziz gənclərə demək yaxşı olar. Bu məqam təqvaya diqqət yönəltməkdən ibarətdir. İnsanlar təqvanı təsvir etmək istəyəndə yadlarına namaz, oruc, ibadət, zikr və dua düşür. Bunların hamısı təqvada ola bilər, amma heç biri təqvanın mənası deyil. Təqva - yəni özündən ehtiyatlı olmaq; təqva - yəni insan nə iş gördüyünü bilsin və özünün hər bir hərəkətini iradə, fikir və qərarla seçsin. Sanki bir insan ram bir at üzərində oturub, atın cilovunu tutub və haraya getdiyini bilir. Təqva budur.

Əgər biz təqvanı belə izah etsək, mənim fikrimcə, yolu asanlıqla getmək olar; əlbəttə, yenə də çox asanlıqla yox, amma hər halda, mümkün olar. Bir gəncin islamçı yaşamaq yolunu tapması doğrudan da mümkün bir işdir.(2)

Təqva nədir və həyatın müxtəlif sahələrində təqvalı olmaq mümkündürmü? Təqva günahdan, xətadan, səhvdən, çirkinlikdən, yoldan yayınmadan və nəfsə itaətdən çəkinmək, düzgün vəzifə xəttinə könül verməkdən ibarətdir. Müxtəlif sahələrdə uğur qazanmaq üçün təqvalı olmaq lazımdır. Təqva hər bir uğurun şərtidir, yalnız dinə məxsus deyil, lakin dini təqva aydın, işıqlı, şirin və yaxşı aqibətlidir.

Məktəbdə dərs oxuyan bir uşaq və yeniyetmədən tutmuş evdar qadına və haradasa çalışan hər bir insana qədər hamı təqvalı olmalıdır ki, düzgün yolla gedib məqsədə çata bilsinlər.

Bir yeniyetmə öz mühitinə, peşə və iş vəziyyətinə xas təqva olmadan dərs oxumaq məqsədinə çata bilməz. O, səhvdən, nəfsin həvəslərindən, dəcəllikdən

səh:47


1- [95] Vilayət hədisi, c. 8, səh: 232.
2- [96] Gənc həftəsi münasibətilə gənclərlə görüşdə çıxışdan: 1998.

və onu fəaliyyətindən saxlayan hər bir işdən çəkinməlidir. Bu onun təqvasıdır. Evin içində bir qadın və iş yerində bir kişi də belədir.

Allahın yolu ilə getmək və düzgün haqq yolunda hərəkət etmək istəyən bir mömin təqvalı olmalıdır ki, Allahın razılığını qazanıb ilahi nurdan istifadə edə, uca mənəviyyat mərhələlərinə çata və Allah dininin hakimiyyətinə qovuşa bilsin. Din və iman yolunda hərəkət edən hər bir fərd üçün təqva dini vəzifəyə riayət etmək, nəfsin istəklərinə və ehtiraslara boyun əyməmək və Allahın yolundan yayınmamaqdır.(1)

Aqibət təqvalılara məxsusdur!

Mənim əzizlərim! Təqvalı olun! Təqvanın mənası budur ki, öz hərəkətlərinizə, əməllərinizə, söz və rəftarınıza daim diqqət yetirin, özünüzü sərbəst buraxmayın. Bu diqqətin çoxlu faydaları var. İnsanı düzgün ilahi yolda qoruyan amil bu diqqətdir. Təqvanın vasitəsi ilə hər şey əldə olunur. Bu, Quranın sözüdür. Əgər dini analitiklər və bu məsələlərlə tanış olanlar oturub bu barədə araşdırma aparsalar, hamısını əqli dəlillərlə izah edə bilərlər. İndi burada sırf qeybi məsələdən danışmırıq. Bu, həqiqətən izah olunasıdır və bəzi yerlərdə izah da olunmuşdur. Mən indi bunları söyləmək istəmirəm.

Təqva bir fərdin, yaxud cəmiyyətin qoşulduğu işdə uğur amilidir: Aqibət təqvalılara məxsusdur. Bu əzəmətli, tarixi və dünyəvi hərəkətin sonu təqvalılara məxsusdur. Axirət də təqvalılara məxsusdur, bu dünyanın aqibəti də. Əgər imam təqvalı olmasaydı, bu mübarizə boyu öz mənliyini və şəxsiyyətini göstərib belə böyük bir hərəkət üçün mərkəzə çevrilməz və işlər bu nəticəyə çatmazdı. Təqvası onu buraya çatdırdı; təqvası onu qorudu.

Əgər bir quruluşda məmurlar təqvalı olsalar, o quruluşa fəsad yol açmaz. Əgər döyüş cəbhəsində başçı və komandirlər təqvalı olsalar, yəni özlərinə daim diqqət yetirsələr, heç bir ziyan baş verməz. Bu o demək deyil ki, qüvvələr bərabər olmasa, düşmən bəzən irəliləyə bilməz. Xeyr, bu mümkündür, amma bu təqva insanın qüvvə bərabərliyi zamanı gördüyü işi qeyri-bərabərlik zamanı da görə bilməsinə bais olur. Yəni əgər qafil olmasanız və iş pis vəziyyətə çatmasa, o zaman lazım olan işi görsəniz, ziyan baş verməyəcək.

Təqva həyatın bütün sahələrində təsirlidir!

Böyük amil olan təqva həyatın bütün sahələrində təsirlidir. Siz görün Quranda təqvadan nə qədər söhbət açılmışdır. Bunların hamısı ondan ötrü deyil ki, siz ölüb o biri dünyaya gedəndə Allah sizə savab versin. Xeyr! Təqva bu

səh:48


1- [97] Vilayət hədisi, c. 6, səh: 213.

dünyanın həyatını idarə edir və bu həyatın düzgün idarəsi o biri dünyanı formalaşdırır. Təqvanın olmaması insanın diqqətsizliyinə bais olur. Diqqətsizlik isə insanı başı üstə yerə vurur.

Əmirəlmöminin (ə) təqvanı sözəbaxan və nəcib bir ata bənzədir; sahibi ona minir, onu idarə edir və o at da heç bir problemsiz öz sahibini istədiyi yerə aparır. O, təqvanın qarşı tərəfi olan xətanı inadkar, dəcəl və sözə baxmayan bir ata bənzədir; sahibi ona mindikdə cilovu əlindən alır, onu istəmədiyi səmtə aparır və yerə çırpır.(1)

Vəzifə nə qədər yüksək olsa, daha çox təqva lazımdır!

Siz harada olsanız, hansı peşədə çalışsanız, üzərinizə hansı vəzifəni götürmüş olsanız, hansı ictimai mövqeyə sahib olsanız, birinci səyiniz Allahın razılığını qazanmaq və ilahi vəzifəni yerinə yetirmək olmalıdır. Bu təqvadır; vəzifənizi yerinə yetirməyə, yayınmadan və yanlış yolu getməkdən çəkinməyə çalışmanız təqvadır. Əgər sizdə bu hiss olsa və bu səyi göstərsəniz, birinci addımı atan kimi Allah-Taala ikinci addım üçün sizə kömək edəcək.

Bizim vəzifəmiz nə qədər yüksək olsa, daha çox təqvaya ehtiyacımız olacaq. Cihadda insanı qalib edən də təqvadır. Siz xalq illər öncə, 1979-cu illərin bu günlərində hegemonizm üzərində qələbə çaldıqda təqva sizi qalib etdi; ilahi əmrdən və şəriət vəzifəsindən başqa bir şey haqda düşünməyən rəhbərin və Allahdan ötrü öz şəxsi istəklərindən və mənafeyindən keçən siz xalqın təqvası.

Yadınızdadır ki, o günlərdə hamı müqəddəs hədəfə necə könül vermişdi, heç kim özünü düşünmürdü, heç kim sərvət toplamaq, varlanmaq, vəzifəyə yiyələnmək və digərlərindən önə keçmək haqda düşünmürdü. Hər kəs özünün şəriət vəzifəsini, İslam və inqilab qarşısındakı vəzifəsini təyin edib, onu yerinə yetirirdi. Bu gün də həmin işi görməliyik.

Təqva bir xalqı başıuca edir!

Əgər bu gün bizim cəmiyyətimizdə kimlərsə sui-istifadə etmək istəsələr, xalqın rifahının yerinə öz rifahlarını nəzərə alıb xalqın mənafeyinə etinasız yanaşsalar, təqvasızlıq etmişlər. Xalq arasında böyük vəzifəsi olan şəxslər öz zamanlarını və ömürlərini inqilab yolundan və üzərlərinə düşən inqilab məsuliyyətindən başqa bir işə sərf etsələr, təqvasızlıq etmişlər.

Həyatın ani ləzzətlərinə qapılmaq uca məqsədlərə doğru hərəkətlə ziddiyyət təşkil etsə, bu təqvasızlıqdır. Bu bir xalqı diz çökürən, təqva isə bir xalqı başıuca edən amildir. Bizim təqvaya ehtiyacımız var.

səh:49


1- [98] Keşikçilər korpusunun məsul işçiləri və komandirləri ilə görüşdə çıxışdan: 1997.

Qardaşlar və bacılar! Allahın lütf və mərhəmətini sizə yönəldən amil təqvadır. Allahın bərəkətini cəlb edən amil təqva və Allah yolunda ciddilikdir: Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq.(1) Təqva sizi hegemonizm və zalım güclər qarşısında qalib edir. Təqva sizin sözünüzü məzlum xalqlara doğmalaşdırır. İndiyədək harada qələbə və inkişaf olmuşsa, təqvalıların təqvasından irəli gəlmişdir.

Bizim xalqımızın təqvası keyfiyyət və kəmiyyət baxımından nə qədər yüksəlsə, bizim qələbə və uğrumuz daha sürətli və daha tez olar. Buna görə cümə imamları hər həftə cümə namazlarında xalqı təqvaya dəvət etməyə borcludurlar. Çünki bu söz köhnələn deyil.(2)

Təqva - insanın düz yolda saxlayan amil

Əmirəlmöminin (ə) buyurmuşdur: Ey Allahın bəndələri! Allah təqvasını sizə tövsiyə edirəm. Ardınca buyurur ki, bacardığınız və imkanınız çatan həddə Allahın itaətini qənimət saymağı da sizə tövsiyə edirəm. Bu ötəri günlərdə və fani ömrünüzdə bacardığınız qədər Allaha itaət göstərin, Onun fəmanını yerinə yetirməyə çalışın. Ölümün sizin üçün yaradacağı böyük problem və müsibətlərlə, əzəmət baxımından bəşərə məlum olan çətinliklərlə qarşılaşmaq üçün sizə bacardığınız qədər saleh əməl tədarük görməyi tövsiyə edirəm. Ölümü çox böyük saymaq lazımdır. Böyük övliyalar onunla qarşılaşmaq üçün qorxudan əsirdilər. Ölümdən sonra və bərzəx həyatının əvvəlində bizim üçün qarşıya çıxacaq hadisələr o qədər böyük, qorxulu, çətin və dözülməz olacaq ki, ümumi şəkildə məlumatlı olan Allah adamları ondan çox qorxurlar. Həmin problem və müsibətlərlə qarşılaşmaq üçün bir yol var və o, saleh əməl və Allah yolunda çalışmaqdır. Orada insanın köməyinə çatan yeganə amil saleh əməldir.

Möminlərin maddi və mənəvi, zahiri və batini, fiziki və ruhi əmiri olan Əmirəlmöminin (ə) buyurur ki, mən sizə dünyanın bərbəzəklərini tərk etməyi əmr edirəm. Özünüz üçün maddiyyat barədə bu qədər düşünməyin, çünki bunların hamısı məhv olasıdır. Siz bu mal-dövləti, bu həyatı və bu vəzifəni tərk etmək istəməsəniz də, o sizi tərk edəcək. Bu dünya sizin bədənlərinizi çürüdüb torpağa çevirəcək. Bu dünya sizi qocaldacaq, zəiflədəcək, siz bu gücün həmişəlik qalmasını və günbəgün yenilənməsini istəsəniz də, o sizin gücünüzü alacaq. Siz bir yolda sürətlə hərəkət etməkdəsiniz. Uzaqda bir plakat vurulub, onu görürsünüz, istəsəniz də, istəməsəniz də, yolu qət edib ona çatacaqsınız. Bu

səh:50


1- [99] Əraf/96.
2- [100] Vilayət hədisi, c. 6, səh: 213-214.

yol dünya, həmin işarə və plakat isə bizim əcəlimiz və sonumuzdur. Şan-şöhrət, zahiri cah-calal və müvəqqəti ad-san üçün bir-birinizlə rəqabət aparmayın. Bir-birinizin paxıllığını çəkməyin. Dünyanın zinətlərinə və nemətlərinə heyran olmayın. Qısa dünya həyatının çətinlik və problemlərindən nalə etməyin. Bu zinət və bu şan-şöhrət bitəsi, məhv olasıdır. Onun gözəllikləri və nemətləri gedəsi, gənclik və gözəllik öz yerini qocalığa və taqətsizliyə verəsidir. Çətinliklər də bitəcək. Bu dünyanın və bu həyatın bütün zamanları sona doğru hərəkət edir, bütün canlılar məhvə və köhnəliyə sarı gedirlər.

Bu, öz əli ilə tarla əkən və quyu qazan Əmirəlmöminindir (ə). O bu sözləri hakimiyyəti dövründə söyləmişdir; Mərkəzi Asiyadan Aralıq dənizinə qədər bütün ərazilərin daxil olduğu bir ölkənin başında duran və onları idarə edən bir şəxsin. O, müharibə edirdi, sülh edirdi, siyasətlə məşğul olurdu, beytülmalı vardı, fəaliyyəti vardı, quruculuğu vardı. Bu sözlər o demək deyil ki, dünyanı abadlaşdırmayasınız. Bu sözlərin mənası odur ki, özünüzü bütün maddi iş və səylərin əsası bilməyəsiniz, bütün enerjilərinizi özünüz üçün xərcləməyəsiniz, öz həyat payınız üçün dünyanı cəhənnəm etməyəsiniz, maldan, arzudan, rahatlıqdan, puldan ötrü digər insanların həyatını qaraltmayasınız.

Təqvalı olun. Təqva - insanın gördüyü bütün işlərdə diqqətli olmasıdır. Hər bir işdə nə etdiyinizə diqqət yetirin. Danışdığınız hər bir sözün, atdığınız hər bir addımın, seçdiyiniz hər bir qərarın insaniyyətin, cəmiyyətin, öz axirətinizin və dininizin ziyanına olmamasına diqqət yetirin. Bu, təqvadır.(1)

Təqva - bütün xeyir və bərəkətlərin mənşəyi

Əgər bir xalq və ya bir şəxs təqvalı olsa, dünya və axirətin bütün xeyirləri ona yönələr. Təqvanın faydası yalnız Allahın razılığını qazanmaq və axirətdə cənnətə getmək deyil. Təqvalı insan təqvanın faydasını dünyada da görür. Allahın yolunu diqqətlə seçən və o yolda diqqətlə hərəkət edən təqvalı cəmiyyət dünyada da Allahın nemətlərindən bəhrələnir, dünya izzəti də qazanır, Allah dünya işlərində ona elm və bilik də verir. Təqva yolunda olan bir cəmiyyət sağlam və mehriban olur, insanlar bir-biri ilə yaxşı yola gedirlər.

Təqva dünya və axirət xoşbəxtliyinin açarıdır!

Təqva dünya və axirət xoşbəxtliyinin açarıdır. Müxtəlif fərdi və ictimai problemlərdən əziyyət çəkən sapqın bəşəriyyət təqvasızlığın, nadanlığın, diqqətsizliyin və ehtiraslar səbəbindən bataqlığa düşməsinin altını çəkir. Geridə

səh:51


1- [101] Tehranın mininci cümə namazının birinci xütbəsindən: 1998.

qalmış cəmiyyətlərin halı bəllidir. İnkişaf etmiş cəmiyyətlərdə bəzi sahələrdə ağıllı işlərindən yaranan nailiyyətlər olsa da, onlar da ölümcül çatışmazlıqlara düçar olmuşlar. Bu gün onların yazıçıları, natiqləri və sənət adamları bunu dönə-dönə deyirlər.

Təqva peyğəmbərlərin ilk və son tövsiyəsidir. Quranın müxtəlif surələrində oxuyursunuz ki, peyğəmbərlərin insanlara dediyi ilk söz təqva olmuşdur. Əgər təqva olsa, ilahi hidayət də olar; əgər təqva olmasa, ilhai hidayət də tam formada fərdə və cəmiyyətə nəsib olmaz. Bu oruc təqvanın müqəddiməsidir.

Allah Hədid surəsinin başqa bir ayəsində buyurur: Ey iman gətirənlər! ilahi təqvanız olsun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin(1). Allah-Taala təqvaya görə sizin qəlbinizdə, həyatınızda və yolunuzda bir nur yaradır və o nurun işığında hərəkət edib həyat yolunu tapa bilərsiniz. Bəşər çaş-baş halda hərəkət edə bilməz. Məqsədi tanımadan insanın hərəkəti mümkün deyil. Bizə məqsədi, mənzili və yolu göstərən bu nur təqvadan irəli gəlir. Bütün peyğəmbər və övliyaların tövsiyəsi təqvadır.(2)

Təqvanı və saleh əməli qoruyub-saxladığınız təqdirdə Allahın bütün qüdrəti sizin ixtiyarınızda olacaq!

Siz imanı, təqvanı və saleh əməli qoruyub-saxladığınız təqdirdə Allahın bütün qüdrəti, təbiətin bütün qanunları və seçilmiş bir qrupun bütün imkanları sizin ixtiyarınızda olacaq. Quruculuq sahəsində, təbliğat təxribatları sahəsində, mədəni hücumda, xalqın xarakterləri sahəsində, hərbi hücumda - əlbəttə, bu ehtimal olduqca zəifdir – və başqa hər bir sahədə düşmən bütün qüdrəti, müxtəlif təbliğat vasitələri və hərbi gücü ilə sizə hücum etsə, bu xalqın, bu mömin gənclərin, eşq və iman coşqulu ailələrin qarşısında heç bir qələt edə bilməyəcək. Əlbəttə, bu gün düşmənin keçmişdəki kimi güclü imkanları yoxdur. O zaman Şərq bloku böyük güc idi, bu gün isə artıq yoxdur. Bundan əlavə, dünya miqyasında çoxlu siyasi və coğrafi dəyişikliklər baş vermişdir və onların hamısı İslamın və müsəlmanların xeyrinə olmuşdur.

Dediyimiz bütün sözlərin yüz qat artığını Allah-Taala Quranın bir ayəsində buyurmuşdur: Ruhdan düşməyin və qəmgin olmayın, əgər mömin

səh:52


1- [102] . Hədid/28.
2- [103] Vilayət hədisi, c. 4, səh: 42-43.

olsanız, siz üstünsünüz. Başqa bir yerdə isə buyurur ki, ruhdan düşüb sazişə dəvət etməyin, yaxud barışmaz düşmənin sülh dəvətini qəbul etməyin.(1)

İran xalqının iqtidarı təqvanın, İslama və Qurana sarılmanın nəticəsidir!

İnqilabın qələbəsindən sonra bu ölkədə harada bir uğur müşahidə olundusa, İslam dəyərlərinin inkişafından yarandı və harada uğursuzluğa düçar olduqsa, İslamın qanunlarına, əxlaq və dəyərlərinə diqqətsizlik etdiyimiz yerdə düçar olduq. Dünya səviyyəsində də belədir. Mənəviyyata, Allaha və insaniyyətə arxa çevirmiş xalqların həyatda nə qədər çətinlikləri var və nə qədər təhlükəli şəraitdə yaşayırlar! O cəmiyyətlərdə faciə və cinayətlər çoxdur. Cinayətlərin ictimai səbəb və amillərini nə qədər axtarırlarsa, həqiqətlərdən uzaq düşdüklərinə görə əsl səbəbi tapa bilmirlər. Ana öz övladlarını qətlə yetirir və bu zaman vicdanlar oyanıb fəryad qoparır ki, onu edam edin, öldürün, lakin onlar işin kökdən korlandığını bilmirlər. Allahdan uzaq düşmüş həmin bədbəxt cəmiyyətlərdə problem mənəvi dəyərlərə arxa çevirmək və xalqın fəsada qərq olmasıdır. Maddi inkişaf və sərvət xalqı xoşbəxt edə bilmir. ABŞ cəmiyyəti çoxlu sərvətə, məişət imkanlarına və elmi inkişaflara nail olmasına rəğmən, mənəvi yoxsulluqda və əxlaq cəhətindən dəhşətli dərəcədə səfalət içərisindədir. Belə cinayət və faciələr orada baş verir. Mənəviyyatdan uzaq düşməyin ardınca belə tale gəlir. Necə olur ki, bir ana ötəri ehtirasını doyurmaq və özünün çox kiçik istəyini təmin etmək üçün övladlarını öz əli qətlə yetirir. Bugünkü materialist cəmiyyətlər mənəviyyata qayıtmayınca belə faciələrlə çox rastlaşacaqlar.

Maddiyyata qərq olmuş və mənəviyyatı unutmuş cəmiyyətlərdə ən böyük faciələrin törədilməsi vicdanları tərpətmir, hərəkətə gətirmir. Gözlərinin önündə bir hadisə baş verdikdə ötəri bir hərəkət yaranır və sonra unudulur. İndinin özündə Bosniya və Herseqovinada baş verən hadisələr, Serbiya hərbçilərinin qədim monqollar kimi Serbrenitsa şəhərinə hücum edib vəhşicəsinə soyqırım törətmələri, bir neçə gün öncədən bu şəhərdə çaxnaşma yaradıb imkanları çatan qədər faciə törətmələri – bunların hamısı Qərbin materialist hökumət və xalqlarının gözü önündə baş verir və təəssüf ki, heç bir cavab da müşahidə olunmur. Dünyanın hansısa bir tərəfində insan haqlarının pozulmasına görə narahat olduqlarını iddia edirlər. Bu iddia doğrudurmu?! Minlərlə qadın və uşağın öldürülməsi, bir neçə min nəfərlik bir şəhərin qətliama məruz qalması, evlərin dağıdılması, ailələrin didərgin düşməsi insan hüquqlarının pozulması

səh:53


1- [104] Korpusun mühafizəçiləri və rəhbərləri ilə görüşdə çıxışdan: 1995.

deyil?! Kim ABŞ-ın və bəzi ölkələrin insan hüquqlarını müdafiəyə dair yalançı iddialarını öz gözləri ilə görmək istəyirsə, Bosniyanın Serbrenitsa və digər şəhərlərinə və başqa oxşar yerlərə baxsın. Kim xalqların dırnaqarası təhlükəsizliyini təmin etmək üçün yaradılmış Təhlükəsizlik Şurasının acizliyini müşahidə etmək istəyirsə, Serbrenitsa şəhərinə və onda törədilən faciələrə baxsın. Monqolların, Hülaku xanın və buna bənzər cinayətkarların faciə və qətliamları tarixdə qeyd olunmuşdur. O hadisələri mütaliə edərkən hamı təəccüblənir, heyrətlənir və belə bir sual qarşıya çıxır: Bir toplumun bu qədər daşürəkli olub bu cinayətləri törətməsi mümkündürmü? Bu gün həmin cinayətlərin oxşarı bəşəriyyətin gözü önündə baş verməkdədir, amma Qərbin materialist dövlət və xalqlarından heç bir səs çıxmır. Biz həmişə demişik ki, Qərb quruluşları, Qərb sivilizasiyası və Qərb iddiaçıları dünyanı idarə etməyə qadir deyillər. Onların dünyanın beş-altı milyardlıq əhalisinə rəhbərlik iddiası etməyə haqları çatmır. Onlar özlərinin idarə və təhlükəsizliklərini təmin edə bilmirlərsə, ən böyük bəşəri faciələrin qarşısını ala bilmirlərsə, hansı iddianı edə bilərlər?! Amerikalılar hansı haqla Fars körfəzinə, Orta Şərq ölkələrinə, Mərkəzi Asiya regionuna və dünyanın digər yerlərinə başlarını soxur və müdaxilə edirlər?! Hansı ayıq vicdan, güclü iradə və pak əllərlə xalqların və ölkələrin daxili işlərinə müdaxilə edirlər?! Bunların hamısı mənəviyyatdan uzaq düşmələrinə görədir.

Bizim ölkəmiz mənəviyyata üz tutduğuna görə dünyada izzətli oldu. Bu xalq mənəviyyata və İslama sarılması sayəsində dünya miqyasında iqtidar qazandı. Bu gün böyük güclər dünyanın hər bir tərəfini özlərinə məxsus bilir, hökumətlərə, padşahlara və prezidentlərə öz fikirlərini diktə edir və onlar da yerinə yetirməyə məcbur olurlar. İran hökumətinə və xalqına isə bir kəlmə də fikir yeridə bilmirlər, çünki rədd olunacağını bilirlər. Bu başucalığı və iqtidar bizim xalqımızın İslama, Qurana və İslam dəyərlərinə üz tutmasına görədir. Bu uğuru qoruyun.(1)

Biz Allaha güvənib-arxalanmalıyıq!

Əzəmətli İslam tarix boyu müsəlmanları tərbiyə etmişdir və onlar Allah bəndəliyinə həqiqətən hazırdırlar. Əgər İran xalqı Allah bəndəliyinə hazır olmasaydı, bu böyük işi görüb bu gün bütün dünya müsəlmanları arasında nümunəvi İslam cəmiyyəti və bütün məzlum xalqlar arasında mücahidliyin, fədakarlığın, oyanışın və ayıqlığın örnəyi kimi tanına bilməzdi. Əgər bu gün də

səh:54


1- [105] Polis komandirləri və şəxsi heyəti ilə görüşdə çıxışdan: 1995.

İran xalqı bu ağır əmanət yükünü öz çiyinləri üzərində daşıyıb lazımi mənzilə çatdırmaq istəyirsə, bunun özünüislahdan başqa bir yolu yoxdur.

Biz Allaha güvənib-arxalanmalıyıq və bu, Allah qarşısında bəndəlik və təslimçilikdən başqa bir şey deyil. Allaha arxalanmaq və ilahi vədə etimad etmək hər kəsin işi deyil. Yalnız o şəxslər Allaha arxalana bilərlər ki, Allah onların qəlblərində və yaddaşlarında olsun. Əgər insan Allahı xatırlamasa və Allah onun ruhuna dolmasa, Allaha güvənməyəcək, təhlükəli yerlərdə Allaha etimadla çıxış edə bilməyəcək. Quran bizə yolu göstərmişdir. Allahdan qorxmaq, ilahi təqvaya malik olmaq, Allaha bəndəlik, təslimçilik və Onun qarşısında kiçilmək dünya və axirətdə qurtuluş amilidir.

Bu gün dünyanın gözü siz İran xalqına dikilmişdir. Bu gün xalqlar öz əzəmətli hərəkətlərini sizin hərəkətinizin xatirəsi ilə başlamışlar və sizin imanınıza iqtida edirlər. Əgər siz xalqların Allah və İslam yolundan ibarət olan bu yola gəlmələrini istəyirsinizsə, onu güclü şəkildə davam etdirməlisiniz və bu, təqva olmadan mümkün deyil. Odur ki, bu gün təqva bizim ən böyük vəzifəmizdir.(1)

Bu gün bəşər dünyasının sizin mənəvi paklıq mesajınıza ehtiyacı var!

İlahi quruluşdan və Quran hakimiyyətindən ibarət olan İslam Respublikası quruluşunda insanlar öz mənəvi paklıqlarını digər quruluşlardan daha yaxşı təmin edə bilirlər. Bunun qədrini bilin. Bu gün bəşər dünyasının sizin mənəvi paklıq sözünüzə ehtiyacı var. Dünyada baş alan bu zülmlər, ayrıseçkiliklər, hegemonluqlar, bir çox ölkələrdə insanların bədbəxtliyi, dünyanın inkişaf etmiş ölkələrində gənclərin avaralığı, qadın və kişinin uyğun olmayan əlaqələri, ehtiras çirkinlikləri, siyasi çirkinliklər və maliyyə çirkinlikləri insanların özlərini paklamaq haqda düşünməmələrindən irəli gəlir. Quran paklığa çağırır. Müqəddəs İslam Peyğəmbəri (s) insanları paklaşdırır; həm namazı, həm zəkatı, həm orucu, həm də fitr bayramı ilə.

İslam quruluşunda hamıya bu imkan var. Mənim əziz övladlarım! Qəlb və ruhlarının paklıq və nurluluq dövrünü keçirən oğlan və qızlar! Siz bu paklığın qədrini digərlərindən çox bilməli və onu qorumalısınız. Sizin ölkəniz Allahın lütfü və həmin paklığın sayəsində abad və azad olacaq, inkişaf edəcək, xarabalıqlar düzələcək, yoxsulluq, ayrıseçkilik, bədbəxtlik və həyatın müxtəlif çətinlikləri bitəcək.

Hamı Allaha sarı hərəkət etməli, Allaha əl açmalı, Ondan kömək istəməli, özünü pak saxlamağa və çirkinlikdən uzaq durmağa çalışmalıdır. Maliyyə

səh:55


1- [106] Vilayət hədisi, c. 4, səh: 143-144.

işlərində çalışanlar maliyyə fəsadlarının təhlükəsi altındadırlar. Siyasi və ictimai işlərdə çalışanlar uyğun fəsadların təhlükəsi qarşısındadırlar. Ehtiraslı sahələrdə olanlar cinsi və ehtiras fəsadlarının təhlükəsi altındadırlar. Rəislər zülm fəsadının təhlükəsi qarşısındadırlar. Bir iş üçün məsuliyyət daşıyanlar işdə xəyanət fəsadının təhlükəsi altındadırlar.

Hamı ehtiyatlı olmalı, öz əməllərinə diqqət yetirməlidir və bu diqqət Fitr bayramı namazında bizim özümüzə və dinləyicilərimizə tövsiyə etməyə əmr olunduğumuz təqvadır.(1)

səh:56


1- [107] Cümə namazı xütbələrindən: 1997.

Dördüncü fəsil: İxlas

İxlasın mənası

İxlas odur ki, insan işi Allah üçün və vəzifəni yerinə yetirmək həvəsi ilə görsün. İnsan nəfsi üçün, pul, sərvət, ad-san qazanmaq, tarixə düşmək, paxıllıq, tamahkarlıq, acgözlük kimi çirkin xüsusiyyətləri doyurmaq üçün işləməsin, işi yalnız Allahdan ötrü və yalnız vəzifəni yerinə yetirmək üçün görsün. İxlasın mənası budur. Belə iş çox faydalı olar. Belə bir iş iti bir xəncər kimi hər bir maneəni dəf etməyə qadirdir. İmam bu silahla silahlanmışdı. Dəfələrlə dedi ki, mən ən yaxın adamlarımda da bir haqsızlıq görsəm, göz yummaram. Doğrudan da belə idi. O, həssas zamanlarda onun üçün vəzifəni yerinə yetirməyin əsas məsələ olduğunu göstərdi; aşkarda, xəlvətdə, böyük və kiçik işlərdə bunu nümayiş etdirdi. Bu o zaman döyüş cəbhələrində imamın həmin silahla möcüzələr yaradan müridləri, övladları və şagirdləri üçün bir dərs oldu. Sizin bəziləriniz o yerlərdə var idiniz və özünüz onları yaxından gördünüz; bəziləriniz də eşitmisiniz. Bu gün də ona ehtiyac var.(1)

Əbu Abdullahın (ə) üstünlüyünün müxtəlif cəhətləri var. Bu üstün cəhətlərin hər birinin çox geniş izahı var, amma onların arasından iki-üç xüsusiyyətin adını çəkmək istəsək, biri ixlas olmalıdır; yəni ilahi vəzifəni yerinə yetirmək, şəxsi və qrup mənafeyini və maddi maraqları nəzərə almamaq. Digər üstün xüsusiyyət Allaha etimaddır. Zahiri baxımdan bu işıq Kərbəla səhrasında sönəcəkdi. Necə olur ki, bunu şair Fərəzdəq bilir, amma İmam Hüseyn (ə) bilmir?! Kufədən gələn nəsihətçilər görürlər, amma Hüseyn ibn Əli (ə) görmür və anlamır?! Məsələnin zahiri cəhəti belə idi, amma Allaha etimad hökm edirdi ki, bütün bunlara rəğmən, haqqının və düzgün sözünün qalib olacağına əmin olsun. Əsas məsələ də insanın ilahi niyyətinin və məqsədinin həyata keçməsidir. Əks təqdirdə, ixlaslı insan üçün öz varlığı mühüm deyil.

Böyük ariflərin biri bir məktubda yazmışdı ki, İslamın Böyük Peyğəmbərinin (s) gördüyü və özünə məqsəd seçdiyi bütün işlər görülüb, başqa bir şəxsin adına yazılsaydı, İslam Peyğəmbəri (s) narazı qalardımı? Deyərdimi başqasının adına çıxdığından bunu etməyəcəyəm? Belə idi? Yoxsa məqsədi bu işlərin görülməsi idi və kimin adına yazılması mühüm deyildi? Deməli, məqsəd mühümdür. İxlaslı insan üçün şəxsin əhəmiyyəti yoxdur, onun ixlası, Allaha etimadı var. O bilir ki, Allah-Taala bu məqsədi mütləq qalib edəcək. Çünki O,

səh:57


1- [108] İyirmi milyonluq ordu yaratmaq fərmanının ildönümündə Bəsic Müqavimət Qüvvələrinin böyük toplantısında çıxışdan: 1997.

belə buyurmuşdur: Həqiqətən bizim qoşunumuz qalibdir. Bu qalib qoşunun əksəriyyəti meydanda şəhid olur və fiziki cəhətdən məhv edilirlər, lakin buyurmuşdur: Həqiqətən bizim qoşunumuz qalibdir. Yəni qələbə onlarındır.(1)

Nə qədər ki, ixlas var, Allahın bərəkəti bizimlədir!

Nə qədər ki, biz hövzə tələbələri belə işləyirik, Allahın bərəkəti bizimlədir. Bizim ixlasımızda azca nöqsan yaranan kimi vəziyyət dəyişəcək, haradasa nöqsan yaranacaq. Nə qədər ki, ixlas var, nə qədər ki, mən söhbəti yoxdur, nə qədər ki, az götürməklə maksimum iş görmək istəyir və həqiqətən həmin ilahi hidayət yolunda çalışırıq, Allahın bərəkəti də bizimlə olacaq.

Mən bir dəfə bunu bal arısına bənzətdim: Rəbbin bal arısına belə vəhy (ilham) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik.(2) Bal arısı güllərin arasında gəzib insanlar üçün şəfa olan(3) şirin bal hazırlayır. Düzdür, onun iynəsi də var və yeri gələndə ondan istifadə də edir. Əgər onun sancması lazım olsa, eybi yoxdur. İynə olmasa, çox da faydalı olmaz; bəzi yerlərdə iynədən də istifadə etməlidir, amma əsas işi bu deyil. Əsas işi bal hazırlamaqdır. Nə qədər ki, belədir, ilahi bərəkət də olacaq.(4)

İxlas - əməllərin qəbul olunmasının şərti

Mən bu səmimi, mömin və fəal məclisdə bizim düşüncə məsələlərimizin sərlövhələrindən olan bəzi mətləbləri qeyd edəcəyəm. İslamda dünyanın islahı üçün əsas nöqtə nəfsin islahıdır. Hər şey bundan başlayır. Quran özünün qüdrətli əli ilə tarixi dəyişmək istəyən nəslə buyurdu: Özünüzü qoruyun(5); Özünüzdən ehtiyatlı olun.(6) Özünüzdən ehtiyatlı olun, özünüzlə məşğul olun, öz nəfsinizi islah edin və paklayın; Onu (nəfsini) paklayan nicat tapacaqdır(7). Əgər erkən İslam çağının İslam cəmiyyəti insanları paklamaqdan başlamasaydı və onda pak, təmiz və ixlaslı insanlar lazımi qədər olmasaydı, İslam qalmazdı, genişlənməzdi, dünyanın müşrik firqələrinə qalib gəlməzdi və tarix İslam xəttində hərəkət etməzdi. Əgər pak və təmiz insanlar olmasa, cihad yoxdur.

səh:58


1- [109] Korpus və Bəsic üzvü olan qardaş və bacılarla görüşdə çıxışdan: 1998.
2- [110] Nəhl/68.
3- [111] Nəhl/69.
4- [112] Vilayət hədisi, c. 8, səh: 203.
5- [113] Təhrim/6.
6- [114] Maidə/105.
7- [115] Şəms/9.

Bizim inqilabımız paklığın, ixlasın, Allah üçün işləmənin, maddi və şəxsi maraqlara göz yummanın sayəsində qələbə çaldı. Məcburi müharibədə müqavimət də belə idi. Bizim bu əziz şəhidlərimiz, yaxud müharibə əlillərimiz paklığın və ixlasın zirvəsində durub şəhadətə sarı getdilər, şəhid oldular. Bu şəhadətlər, müqavimətlər və təhlükəyə atılmalar inqilabı qorudu, İslamı izzətli etdi, müsəlmanları gücləndirdi, İslamın düşmənlərini və Amerikanı xar etdi.

İnqilabın qalmasının sirri insanların ixlasıdır!

Bizim daxilimizdə ən böyük düşmənimiz pusqu qurmuşdur. Bu düşmən bizim əmmarə nəfsimiz, ehtiraslarımız, eqoistliyimiz, xudpəsəndliyimizdir. Hətta müvəqqəti olsa belə, nə zaman bu zəhərli ilanı və öldürücü düşməni öz yerində oturda bilsək, o zaman uğurlu, xoşbəxt, Allah yolunda əmələ, müqavimətə və cihada qadir olacağıq. Nə zaman bu düşmən baş qaldırsa, bizim vücudumuzdakı ağlı, mənəvi qüvvəni və ilahi nəfsi məğlub etsə, öz təsiri altına salsa, o zaman dayanacaq, donacaq, yaxud geriləcəyik. Dayanmaq elə geriləməkdir, ikisi də bir şeydir.

Biz bəşər hidayətinin və insanın xilasının ağır yükünü üzərinə götürən şəxslər olaraq özümüzlə məşğul olmalı, öz nəfsimizi islah etməli, Allahın bizdə böyük həddə əmanət qoyduğu mənəvi gücü ehtirasların, həvəslərin, xudpəsəndliklərin və eqoistliklərin bataqlığından xilas edib gücləndirməliyik. Siz gənclər, şəhid ailələri, müharibə əlilləri, Keşikçilər korpusunda, yaxud başqa hər hansı bir yerdə çalışan qayğıkeş təbliğatçılar bu daxili mübarizəyə daha layiqsiniz.(1)

Bizdə Allahın razılığını qazanmaq və ilahi hökmləri icra etmək istəyi vardır!

Biz Allahın köməyi ilə daxilən güclü olduğumuzu hiss edirik. Bizim gücümüz bir şəxsə, bir siyasətə, yaxud dünyanın normal siyasi üsullarından birinə güvəndiyimizə görə deyil, Allahla mənəvi əlaqəmizə, Onun üçün işlədiyimizi və Onun yardımının bizə şamil olduğunu bildiyimizə görədir.

Bizim Allahın razılığından və ilahi hökmləri icra etməkdən başqa bir məqsədimiz yoxdur. Bu bizim həyatımızın məqsədidir. Ömrümüzü bu yolda keçirmişik və bütün İran xalqı bu hissə malikdir. Buna əsasən, həm Allahın yardımına inamımız var, həm də xalqın güclü iradəsinə, ayıqlığına və imanına arxalanırıq. Bu iki güclü qüvvəni qorumaq lazımdır.(2)

səh:59


1- [116] Vilayət hədisi, c. 5, səh: 85.
2- [117] Vilayət hədisi, c. 1, səh: 169 (1989).

Əgər o ixlas olmasaydı, dünyada bu vəziyyət yaranmazdı!

Bizim diqqət yetirməli olduğumuz məsələ budur:

Əvvəla bu hərəkət İran xalqının əzəmətli hərəkətindən və mərhum imamın misilsiz, müstəsna və xarizmatik rəhbərliyindən irəli gəlmişdir. Əgər o rəhbər, bu xalq, o hərəkət və ixlas olmasaydı, dünyada bu vəziyyət əsla yaranmazdı. Zahirən başqa heç bir amil yoxdur ki, bütün hegemon güclərin mənəviyyata və İslama hücum etdiyi bir dünyada İslam qəfildən hər yerdə belə baş qaldırsın və qüdrətlə özünü göstərsin.

Beş, altı, yeddi il öncəki vəziyyəti, Brejnev Sovetinin vəziyyətini, dünyada İslamla mübarizə aparılan, müsəlman İran əleyhinə şiddət və təzyiq göstərilən vəziyyəti, inqilabdan öncə dünya miqyasında mənəviyyatın məhv edilməsini, bu bir neçə ildə İslama qarşı gördükləri və hələ də görməkdə olduqları işləri unutmayaq. Bütün bu əlverişsiz şəraitdən sonra bu gün vəziyyət dediyim kimidir.

İslam hərəkətini davam etdirmək İslam mənəviyyatını qorumaqdan asılıdır!

İkincisi, - bu, mühüm məsələ və mənim əsas sözümdür - bu İslam hərəkətinin, qlobal küfr və hegemonluqla mübarizədə İslamın uğrunun davam etməsi yüz faiz olmasa da, ona yaxın həddə bizim gələcək hərəkətlərimizin keyfiyyətindən asılıdır. Müsəlman İran İslam xətti üzərində möhkəm dayanmalı, müqavimət göstərməli və İslam mənəviyyatının bayraqdarı olmalıdır. Belə olmasın ki, biz inqilab etdiyimizə, bir ideologiya əsasında quruluş yaratdığımıza, dünyanın digər dövlətləri kimi bir dövlət olduğumuza görə könlümüzü razı salaq; yəni deməyək ki, dünyaya müxtəlif təfəkkür və quruluşlar hakimdir, əlli milyonluq bir məmləkət də biz islamçıların ixtiyarındadır. Bu, çox az və kiçikdir.

İslamın ən çox sevilməsinin səbəbkarı olan İslam mənəviyyatı qorunmalıdır. Bu qaranlıq və maddi dünyada İslamın müqəddəsliyi, inqilabın əvvəlindən indiyədək xalqın, böyük və mərhum rəhbərin əməlində göstərilən gözəlliklər həmişə davam etməlidir. Allaha arxalanmaqdan irəli gələn, xalqlara ümid verən və onları durğunluq halından çıxaran iqtidar hissi müsəlman İranda yenə də müşahidə olunmalıdır.

səh:60

Bizim bütün dərdlərimizin dərmanı ixlasdır!

Allaha şükür olsun ki, indi çox müstəsna şərait yaranmışdır. İran tarixində heç bir gün İslamın hakimiyyətdə olduğu, Quran bayrağının ucaldığı, İslama əməlin dəyər sayıldığı, qanunların İslam və Qurandan götürüldüyü bu dövr kimi olmamışdır. Biz nə istəyirik? Biz Allahdan bu nemətdən böyük nə istəyirik?! Biz bütün səyimizi dəyərli, misilsiz və keçmişdə görünməyən bu neməti bu xalq üçün qorumağa sərf etməliyik. Bu, ixlasla mümkündür.

Gərək hansı səviyyədə olsaq, bizim hərəkət marağımız ilahi maraq olsun. Bizim bütün dərdlərimizin dərmanı ixlasdır. Əgər ixlas olsa, hələlik bizim quruluşumuzun və cəmiyyətimizin əziyyət çəkdiyi bütün problemlər aradan qalxacaq, əməldə ixlas birliyin güclənməsinə səbəb olacaq.(1)

Nə qədər ki, bu xalq bu imanla, bu ixlasla və bu paklılqla irəliləyir, hərəkət edir və mübarizə aparır, bu dünyada və bu quruluşda kimsə olsa da, olmasa da, Allah-Taalanın lütfü bu quruluşa şamil olacaq. Bu quruluş fövqəladə qüdrətə, fəaliyyətə və bacarığa malikdir və malik olacaq...

Fəaliyyətdə olan və işdən yorulmayan xalqın gənci elm öyrənir, universiteti dərslə, tədqiqatla, gənclərin elmi və ictimai fəaliyyətlər sahəsində görməli olduğu işlərlə məşğul olur, hökuməti xalqın ehtiyacları üçün çalışır, onların qayğısına qalır, dərdlərinə şərik olur və xalq üçün işləyir, ruhaniliyi ixlasla, paklıqla və Allah yolunda təbliğat aparır, danışır, çalışır, hamı düzgün etiqada sarı hərəkət edir, Allah yolunda dayanır və özünün inqilabçı kimliyini qoruyur.

Allaha şükür olsun ki, bu meyarlar bizim ölkəmizdə çox böyük həddə mövcuddur. Düzdür, bundan da yaxşı ola bilər və olmalıdır. Təkcə ABŞ yox, onun kimi on supergüc də olsa, beynəlxalq siyasət və mübarizə səhnəsində bu xüsusiyyətlərə malik olan, belə tələbəsi, belə taciri, belə ziyalısı, belə şagirdi, belə ruhanisi, belə hökuməti, belə imanı, belə duyğusu və səmimiyyəti olan bir ölkənin xalqının başından bir tük də əskildə bilməzlər.(2)

İxlas və fədakarlıq qələbəyə səbəb olur!

Allahın lütfü, xalqın mücahidliyi, imanı və ixlası sayəsində bütün dünyanın proqnozları səhv çıxdı. Allahın işi budur. Bunu kim etdi? Siz etdiniz? Kimsə deyə bilər ki, bunu mən etdim? Əsla! Bunu ümumi ixlas və mücahidlik etdi. Necə ki, İslam inqilabının qələbəsini heç kəs özünə aid etmir. İmamın şəxsiyyəti və rəhbərliyi dünyanın bugünkü və dünənki rəhbərlərinin heç biri ilə müqayisə olunası deyildi. Onun bizim üzərimizdə həqiqətən həyat haqqı vardır.

səh:61


1- [118] Vilayət hədisi, c. 5, səh: 41-42 (1990).
2- [119] Qlobal hegemonizmə qarşı Mübarizə Günü münasibətilə çıxışdan: 1996.

Amma elə böyük imam heç zaman qələbəni özünə aid etmirdi. Əgər təhlil etsək, görərik ki, doğrudan da belədir. O, xalq üçün əlsində bir ilahi vasitə idi. Xalqın möhtəşəm hərəkəti, bu ixlas və fədakarlıq burada da qələbə yaratdı. Bunun özü Əfqanıstanda da yollar açmışdır, lakin siz yolun sonuna bir addım qalırsınız. Bu bir addım da elə atılmalıdır. Əgər bu bir addımda siyasətbazlıq və müxtəlif müdaxilələr baş versə, həmin addım atılmayacaq. Yüzlərlə çətin addımı bir göz qırpımında həll edən Allah həmin bir addımı on il saxlaya bilər. Allahın qüdrəti belədir. Bunun yolu da ixlasdır. Bu bir addım yolu da ixlasla, bağışla, birlik və qardaşlıqla keçin. Heç kəs hakimiyyət niyyəti ilə hərəkət etməsin, hamı Allah üçün hərəkət etsin, nə iş görmək istəyirlərsə, ilahi niyyət etsinlər. Əgər belə olsa, Allah-Taala həmin bir addımı ən gözəl şəkildə keçirəcək.(1)

İnsanın iradə və imanı hər bir silaha üstün gəlir!

Əziz livanlı gənclərin bu məclisdə iştirak etdiyinə görə bir cümlə demək istəyirəm:

Livanın müsəlman və möminləri insan iradəsinin və mömin imanının hər növ silah və sursata üstün gəldiyini sübut etdilər. İsrailin Beyrut yaxınlığına qədər irəlilədiyi bir neçə il öncəki təcavüzünün qarşısını alıb, onu geri çəkilməyə məcbur edən həmin gənclər və möminlər idilər. Livana hərbi qüvvə yeritmiş amerikalıları və fransalıları xiffət və xarlıq içində geri çəkilməyə vadar edən həmin mömin gənclər idilər. Bu, onların güclü texnikalarına görə baş vermədi. Bu gənclərin əlində heç bir maddi imkan yox idi. Bu, onların imanının nəticəsidir. Bu iman insana elə qüvvə və qüdrət bəxş edir ki, hər tərəfdən - yəni sionistlər, asılı marunilər və digərləri tərəfindən təzyiq altında qalan məhdud və məzlum bir qrup ABŞ-ı, Fransanı və sionistləri geri çəkilməyə vadar edir.

Bu gün Livan gənclərində həmin iman vardır. Yaxşı olar ki, Livana xətt və nişan cızan Avropa və Amerika hökumətləri Livanın mömin gənclərinin qüdrətini unutmasınlar. Biz əminik ki, bu iman və ixlas ruhu ilə İslam dünyası özünün itirdiyi izzətini yenidən bərpa edə biləcək.(2)

Sizin ixlaslı yazılarınız insanı mütəəssir edir!

Sizin yazılarınız ixlasdan doğduğuna görə insanı mütəəssir edir. Siz ixlası göstərən nə təqdim etsəniz, çox əhəmiyyətlidir. Əks təqdirdə, hamı fədakarlıq edir; təəssübkeşlik və ya özünü göstərmək üçün də fədakarlıq edir və ölüm təhlükəsi ilə üzləşirlər. Məsələn bir manevrdə təyyarəsini xalqın gözü önündə

səh:62


1- [120] Vilayət hədisi, c. 6, səh: 5 (1990).
2- [121] Vilayət hədisi, c. 2, səh: 85 (1989).

bir neçə dəfə fırladan bir pilotun əlli faiz aşmaq ehtimalı da var, amma o özünü göstərmək üçün bunu qəbul edir. Özlərini göstərmək üçün bundan artığını da edənlər var; məsələn bəziləri özlərinə od vururlar. Bunların dəyəri yoxdur. Lakin iş ixlaslı olduqda, yəni insan yalnız Allahdan ötrü və ilahi vəzifəsini yerinə yetirmək üçün bir iş gördükdə belə gözəl olur. Bu cəhətləri göstərmək və bu ruhiyyəni bizim tariximiz boyu davam etdirmək üçün çox çalışmaq, səkkizillik müharibədən də istifadə etmək lazımdır.(1)

Bu müharibədə ixlasdan, etiqaddan və bəndəlikdən başqa bizim heç bir şeyimiz yox idi!

Bu məsələ doğrudur ki, bu müharibədə ixlasdan, etiqaddan və bəndəlikdən başqa bizim heç bir şeyimiz yox idi. Yəni biz fəal gənclərimizdən imanı və ixlası alsaydıq, adlar və rütbələr heç bir iş görə bilməzdi. Korpusdan və Bəsicdən olan bir qrup gənc və bəzi ordu mənsubları həqiqətən ixlasla döyüşürdülər; yəni həqiqətən ürəkləri istəyirdi, məsuliyyət hiss edir və döyüşürdülər. Bəzən ön, yaxud arxa cəbhədə bir milyon bir neçə yüz min nəfər silahlı qüvvəmiz olurdu. Əgər biz onlardan həmin məsuliyyət hissini və iman qüvvəsini alsaydıq, heç bir şey qalmaz və heç bir iş görə bilməzdilər. Bunu qorumalıyıq.

Sizinlə əlaqədə olan tələbələr hərbi dərsdən əlavə sizdən bəndəlik, zikr, Allahı xatırlamaq, Ona təzim etmək, təqva və günahlardan çəkinmək dərsini də öyrənməlidirlər. Bu isə yalnız başda duran sizlərin müəyyən həddə - deyə bilmərəm ki, kamil şəkildə, çünki bu mənə uyğun söz deyil və özüm nöqsanlıyam - bu məsələlərə riayət etmənizlə və Allah-Taalanın sizə kömək etməsi ilə mümkündür. Sizin bu briqadanız, onun qərargahı və sıravi üzvləri müstəhəb işlərlə, Allaha diqqətlə, zikrlə, ibadət, təqva və dindarlıqla tanınmalıdırlar.(2)

İxlas və Allahla mənəvi əlaqə - imamın uğrunun ən mühüm sirri

Mənim fikrimcə, onun uğrunun ən mühüm və təyinedici sirri ixlas, Allaha diqqət və Onunla mənəvi əlaqə idi. O, yalnız səndən kömək istəyirik ayəsini öz əməlində təcəssüm etdirib ilahi qüdrətin tükənməz mənbəyinə birləşə bildi. Kiçik və zəif bir insan və balaca bir qab özünü tükənməz okeana birləşdirəndə daha heç bir amil ona üstün gələ bilməz. Hansı insan həmin işi görsə, elə olar. Təbii ki, insanlar asanlıqla bu işi görə bilməzlər, amma o bacardı və etdi. Biz də

səh:63


1- [122] Vilayət hədisi, c. 7, səh: 236 (1991).
2- [123] Vilayət hədisi, c. 8, səh: 247 (1991).

öz həddimizdə buna çalışmalıyıq. Böyüklər zirvədə dururlar, biz də yamaclarda hərəkət edib onlara sarı irəliləməliyik. Biz həmin zirvələrə çata bilməsək də, hər halda hərəkət etmək və getmək hamının borcudur.(1)

Biz Əmirəlmömininin (ə) ixlasından dərs götürməliyik!

Biz böyük İslam inqilabı dövründə o ixlası xalqımızın həyatında gözümüzlə gördük və bəlli hadisələr baş verdi. Bizim böyük imamımız bu ixlasın timsalı idi. O, bütün dünyanı İslam qarşısında kiçiltdi və İslam düşmənlərini geri çəkilməyə vadar etdi. Bu gün də İran xalqı, qadın və kişilər, müxtəlif təbəqələr, məmurlar, xüsusən də yüksək rütbəli məmurlar bu əmanəti mənzil başına çatdırmaq üçün həmin ixlasa ehtiyaclıdırlar.

Nəhcül-bəlağədə nəql olunana əsasən, Əmirəlmöminin (ə) buyurmuşdur: Biz Allahın rəsulu ilə birgə atalarımıza, övladlarımıza, qardaşlarımıza və əmilərimizə qarşı vuruşurduq və bu mübarizə bizim imanımızı, (Allah qarşısında) təslimçiliyimizi, dərdlər qarşısında səbrimizi və düşmən qarşısında fəallığımızı artırırdı.(2) İxlasla öz adamlarımıza və yaxınlarımıza qarşı dayanır və Allah üçün mübarizə aparırdıq. Allah bizim doğruluğumuzu görəndə düşmənlərimizə xarlıq və zillət, bizə isə qələbə nazil etdi(3). Yəni biz Allah yolunda ixlasla və sədaqətlə çalışdıqda Allah-Taala bunu gördü, bizim düşmənimizi məğlub və bizi qalib etdi. Sonra buyurur ki, əgər belə olmasaydı, bu işlər görülməzdi, imanın bir budağı göyərməz və dinin bir təməli qalmazdı. Həmin müsəlmanların ixlası və sədaqəti sayəsində bu nailiyyətlər əldə olundu və İslam cəmiyyəti yarandı. İslam mədəniyyəti və bugünkü böyük tarixi hərəkət də elədir. Bizim xalqımız və bütün dünya müsəlmanları, bu gün İraq xalqı, onun öncülləri, həmçinin dünyanın hər hansı bir tərəfində İslam adı ilə danışan digər xalqlar Əli ibn Əbu Talibdən (ə) bu dərsi öyrənməlidirlər.(4)

səh:64


1- [124] Vilayət hədisi, c. 1, səh: 57 (1989).
2- [125] Nəhcül-bəlağə, xütbə: 55.
3- [126] Yenə orada.
4- [127] Vilayət hədisi, c. 7, səh: 14, 16 (1991).

Beşinci fəsil: Zikr və namaz

İnsanın zülmət hasarlarından çıxmasında namazın rolu

İbadətlər və birinci növbədə namaz bu səbəbdən belə əhəmiyyət kəsb edir və dinin sütunu adlanır. Namaz diqqətlə və qəlbin hüzuru ilə qılındıqda yalnız namaz qılanın qəlbini və ruhunu yox, hətta onun ətrafını da nurlandırır, ətirləndirir, evə, ailəyə, iş yerinə, dost məclislərinə, toplantılara və hər bir mühitə işıq saçır.

Diqqətlə və Allahı yada salmaqla namaz qılanların sayı nə qədər çox olsa, xudpəsəndliklərin, eqoistliklərin, pis niyyətlərin, tamahkarlıqların, təcavüzlərin, paxıllıqların və bədxahlıqların zülmətləri də bir o qədər azalacaq, həyatın alnında qurtuluş nuru daha çox parlayacaq. Bəşərin bütün uğursuzluqlarının kökü Allahı unutmaqda və şəxsi maraqlara qapılıb qalmaqdadır. Namaz insanı bu zülmət hasarlardan xilas edir, onun ehtirasını və qəzəbini uca həqiqətə və ümumi xeyrə yönəldir.(1)

Qəlbi rahatlatmaqda namazın möhtəşəm təsiri

Yerin bir nöqtəsində ilahi hakimiyyətin bərqərar olunması ilə Allahın seçilmiş bəndələrinin və möminlərin üzərinə düşən ən mühüm vəzifələrdən biri də namazdır. Quran namazın bərpa edilməsinə xüsusi diqqət ayırmış və ona siyahının başında yer vermişdir: “O kəslər ki, əgər onları Yer üzündə yerləşdirsək (hakim etsək), namaz qılarlar“ (Həcc/41). Əgər xalqın arasında namazı bərpa etməyin köklü rolu olmasaydı və bu, İslam quruluşunun böyük məqsədlərini təmin etmək üçün möhkəm təməl sayılmasaydı, namazın əhəmiyyətinə bu qədər təkid göstərilməzdi.

Həqiqət budur ki, namazın böyük tərbiyəvi rolu vardır, möminlərin qəlbində aramlıq və rahatlıq yaratmaq üçün möhtəşəm təsirə malikdir. Namaz onu qılan şəxsə təvəkkül, təqva və ixlas ruhu üfürür, ətrafında özünün və digərlərinin günahdan çəkinməsinə bais olan müqəddəslik və mənəviyyat ab-havası yaradır. Namazın söz və zikrlərində müxtəlif dərslər yatmışdır. Bu baxımdan namaz yalnız şəxsi bir vəzifə olmaqdan daha çox, əslində fərdin və cəmiyyətin idarəsində açar rola malikdir.

Namaz qılmağa dair çox təkidli tövsiyələr edilmiş, hətta ata-analara tapşırılmışdır ki, öz övladlarını uşaqlıq çağından namazla tanış etsinlər. Dinin

səh:65


1- [128] Ümumrespublika Namaz iclasına müraciətdən: 1998.

digər vaciblərinə nisbətən bənzərsiz olan bu təkidlər insanın psixoloji duyğularının tənzim və cəmiyyətdə üzərinə ağır vəzifələr götürmək üçün lazımi hazırlığın təmin edilməsində namazın müstəsna roluna görədir. Bütün bu cəhətlərə görə namazı həqiqətən ən üstün əməl bilmək və azanda deyilən ən xeyirli əmələ tələsin dəvətini hikmətli bir söz saymaq lazımdır.

Cihad, pis işlərdən çəkindirmək və zəkat kimi təhlükəli və vacib əməllərin qaçılmaz dayağı olan, insan ruhunda fədakarlığın, bağışın, Allaha təvəkkülün və bəndəliyin lazımi əsaslarını yaradan və onu cəsarətlə həmin işlərə yollayan namazdır. Düşmənin hücum etdiyində cihad fərzi əhəmiyyət kəsb edirsə, yaxud xalqın bəzi təbəqələrinin məişət vəziyyətinin ağırlığına görə hamıya zəkat və infaq vacib olursa, yaxud düşmənin mədəniyyət və əxlaq sahəsində fəaliyyətindən irəli gələrək yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək ümumi fərz olursa, namaz bütün bu şəraitlərin heç birində nəinki “ən xeyirli əməl” məqamından enmir, hətta bütün mücahidliklərin, fədakarlıqların və təhlükəli fəaliyyətlərin ruhi və mənəvi dayağı kimi onun əhəmiyyəti daha da artır.

Bu gün bütün bəşər cəmiyyətlərində maşınlaşmış həyat səbəbindən insan və insaniyyət ağır təzyiq altında qalmışdır. Belə bir sistemdə insanlar özlərinin fərdi və ictimai həyatlarının ahəngini ağır və əzablı maşın tempi ilə uyğunlaşdırmağa məcburdurlar. Rəhm, mürüvvət, bağış, fədakarlıq və bir çox əxlaqi dəyərlər bu ümumi harmoniyadan kənarda qalır, ailə və mehriban ailə yaşayışı ayaq altda tapdanır. On illər öncə qayğıkeş və uzaqgörən insanlar hətta sənaye və maşın sivilizasiyasının qəlbində bu təhlükəni duymuş və xəbərdarlıq etmişlər. Lakin təəsssüf ki, hələ də milyonlarla insan, xüsusən də daha zərif duyğuları və daha zəif ruhiyyələri olan gənclər bu böyük bəlada müdafiəsiz və əlacsız qalmışlar.

Rəhmli və Səxavətli Allahla mənəvi əlaqəyə ehtiyac bu cəhətdən bu gün dünya xalqı üçün həmişəkindən daha aktual və daha ciddidir. Və bu ehtiyacı təmin etmək üçün namaz ən əlverişli və ən yaxşı vasitədir.

Bəşəriyyət bu gün İslamın xalis, kamil və coşqun namazına həmişəkindən daha ehtiyaclıdır. Siz Allahın köməyi ilə ölkəmizin təkcə gənc və inkişaf etməkdə olan nəslini yox, hətta bütün dünyada sərgərdan qalmış bəşərin bütün ehtiyaclı canlarını və susuz ciyərlərini doyurmağı bacarmalı və namazın faydalı mənbəyindən bəhrələndirə bilməlisiniz.(1)

səh:66


1- [129] Urmiyada keçirilən yeddinci ümumrespublika Namaz iclasına müraciətdən: 1997.

Namazı bərpa etmək

Namazı bərpa etmək təkcə saleh insanların özlərinin namaz qılması deyil. Bunun ilahi hökumət qurmaqla heç bir əlaqəsi yoxdur. Əslində dinin bu sütunu cəmiyyətdə ucaldılmalı, hər kəs onun sirləri və işarələri ilə tanış olmalı, faydalarından bəhrələnməlidir. Mənəviyyatın parıltısı və ilahi zikrin saflığı cəmiyyətin bütün üfüqlərini aydınlatmalı və gözəlləşdirməlidir. Bədənlər və ruhlar birlikdə namaza tələsməli, onun sayəsində aram və güclü olmalıdır.

Dinin əsas sütunu

Dinin əsas sütunu olan namaz xalqın həyatında da ən əsas mövqeyə malik olmalıdır. Allah dininin hakimiyyəti sayəsində insanın gözəl həyatı o zaman yaranar ki, insanlar Allahı yad etməklə öz ürəklərini canlı saxlasınlar, Onun köməyi ilə bütün şər və fəsadlara qarşı mübarizə aparıb bütün bütləri sındıra, bütün daxili və xarici şeytanların zülm əlini öz vücudlarından kəsə bilsinlər. Bu daimi zikr yanlız namazın vasitəsi ilə hasil olur. Namaz əslində insanın onu aşağılığa və zəbunluğa çəkən nəfsi ilə, pul və güclə xarlığa və təslimçiliyə vadar edən hakim şeytanlarla həmişə və bütün hallarda apardığı mübarizədə möhkəm dayaq və tükənməyən ehtiyatdır.

İnsanla Allah arasında mənəvi əlaqənin yaranması üçün namazdan güclü və daimi bir vasitə yoxdur. Ən ibtidai insanlar özlərinin Allahla əlaqələrini namaz vasitəsi ilə başlayırlar. Allahın ən dəyərli övliyaları da özlərinin məşuqla ünsiyyət xəlvətinin cənnətini namazda axtarırlar. Bu zikr və ünsiyyət xəzinəsinin sonu yoxdur. Kim onunla daha çox tanış olsa, onda daha çox gözəllik və işıq tapar.

Namazın söz və zikrlərinin hər biri din bilgilərinin bir hissəsinə işarə vuran, onu təkrar-təkrar və ardıcıl şəkildə namaz qılanın yadına salan bir işarədir. Mənalara diqqət yetirməklə səhvsiz və qəflətsiz qılınan namaz insanı ilahi bilgilərlə günbəgün daha artıq tanış edib, onlara daha artıq sevgi yaradır.

Namazın nuru, onun sirr və rəmzləri, onda yerləşdirilmiş dərslər, fərdin və cəmiyyətin islahında onun təsiri qısa bir söhbətə sığan deyil. Hətta elə də deyil ki, mənim kimi məlumatsız bir adam onun dərinliklərindən xəbər verə bilsin. Mənim qüsurlu qələmlə və az məlumatla deyə biləcəyim budur ki, bizim xalqımız, cəmiyyətimiz, xüsusən də indi ağır əmanəti öhdəsinə götürmüş gənclərimiz namazı tükənməz qüdrət mənbəyi bilməli və bu gün bəşəriyyəti təhdid edən fəsad, ədalətsizlik və azğınlıq cəbhəsi qarşısında namazdan və Allah zikrindən qüvvə almalıdırlar. Bu gün önümüzdə olan mübarizə bizi Allah zikrinin möhkəm dayağına, Ona ümidə və etimada həmişəkindən daha çox

səh:67

möhtac edir. Namaz bizə bu ümidi, etimadı və mənəvi qüvvəni bəxş edən çağlar bulaqdır.

İnsan həmişə namaza ehtiyaclıdır!

Ürəkdən və diqqətlə qılınan, zikrlə dolan, insanın öz Allahı ilə söhbət etdiyi, Ona könül verdiyi, insana daim ən uca İslam maarifini öyrədən namaz insanı puçluqdan, məqsədsizlikdən və zəiflikdən xilas edir, həyat üfüqünü onun gözündə aydınlaşdırır, ona iradə və məqsəd bəxş edir, qəlbini azğınlığa, günaha və aşağılığa yönəlmədən xilas edir. Məhz buna görə namaz bütün hallarda, hətta döyüşdə və həyatın ən çətin sınaqlarında da öz birinciliyini əldən vermir. İnsan həmişə namaza ehtiyaclıdır, təhlükəli anlarda isə daha ehtiyaclı.

Həqiqət budur ki, namazı tanıtdırmaqda çox səhlənkarlıqlar edilmişdir və bunun nəticəsi olaraq namaz hələ də İslam quruluşumuzda öz layiqli yerini tapmamışdır. Bu ağır məsuliyyət alimlərin və İslam maarifi ilə tanış olanların öhdəsinə düşür. Onlar namazı hamıya, xüsusən də gənc nəslə daha yaxşı tanıtdırmalıdırlar. İbtidai məktəb uşağından yüksək pilləli tədqiqatçıya qədər hər kəs namazı və onun sirlərini öz zehninə və bilgisinə uyğun şəkildə tanıya və bilmədikləri ilə tanış ola bilərlər. Hətta böyük ariflər də mənəviyyat yoçuları üçün Namazın sirləri adlı kitablar yazmış və bunu öyrətmişlər. Yəni bu okeanın dərin qatları hələ də kəşf olunmayıb və keçiləsidir.

Bizim cəmiyyətimizdə namazı bütün səviyyələrdə tanıtdırmaq üçün mühüm bir dövr başlanmalıdır. Media orqanları, xüsusən də radio və televiziya müxtəlif üsullarla namazı tanıtdırmalı və yada salmalıdırlar. Radio və televiziyada namaz həmişə birinci olmalı, qəlblərdə iman şövqü və Allahı yad etməyin susuzluğu yaranmalıdır. Məktəb və universitetlərin dini dərslərində namaz öz yerini tapmalı, namazı öyrənməkdə biçimli sözlər və uca fikirlər hazırlanıb tələbə və şagirdlərin zehninə və qəlbinə təqdim olunmalıdır.(1)

Namaz - Allahın insanlara ilk hədiyyəsi

Zikr, xatırlama və özünəgəlmə Allah-Taalanın peyğəmbərlər vasitəsi ilə insanlara verdiyi ilk hədiyyədir. Bu mühüm amil həyata keçməyincə peyğəmbərliyin məqsədlərindən heç biri həyata keçməz. Mənəviyyatı unutmaq bütün qurtuluş və yaxşılıq qapılarını insanın üzünə bağlayır. Bugünkü materialist dünyanın xoşbəxtlik açarı insanların özünə gəlməsində və yaranışın

səh:68


1- [130] Vilayət hədisi, c. 8, səh: 130-132 (1991).

məqsədini maddi məsələlərin fövqündə axtarmasındadır. Çünki köklü problem dünyanın əsl həqiqətinə diqqətsizlikdən ibarətdir.(1)

Ən yaxşı insan bu yolu - yəni yaranışın məqsədindən ibarət olan Allah yolunu və varlıq aləminin məqsədini tanıyan, özünün və təbiətin qüvvələrindən bu yola çatmaq üçün istifadə edən insandır.

Buna görə, Allahın saleh bəndələrinin yatması, yeməsi, danışması, ticarəti, idmanı, dərs oxuması, siyasi və ictimai işi və müxtəlif dünyəvi fəaliyyətləri hamılıqla bu məqsəd istiqamətindədir. Bu məqsəd istiqamətində hərəkət edərkən insanın ətrafında onun duyğularının, istək və iradəsinin varlıq aləminin təbii yolu ilə uyğunluğundan təşkil olunan bir cənnət yaranır. Bu İslam, tövhid və mənəviyyat həyatında paradoks, ziddiyyət, toqquşma və ixtilaf yoxdur.

Peyğəmbərlər bu həqiqətdən ötrü peyğəmbər seçilmiş və insanların arasına göndərilmişlər. Onlar bəşərə anlatmağa çalışmışlar ki, bu ixtilaflar zahiri və bəsitdir. Sizin ixtiyarınızda olanların – iradənin, gözün, dilin, sərvətin, hakimiyyəitn, vəzifənin, siyasi və texniki məlumatların, elmin, sənayenin və fiziki gücün hamısı varlıq aləminin məqsədinin xidmətində işlədilə bilər. Bir insan çayın axarı istiqamətində üzdükdə həyatı rahat, ruhu aram olur, əmin-amanlıq insanın bütün vücuduna kölgə salır, çəkişmələrdən, həsədlərdən və insan daxilindəki nifrət və kinlərdən əsər-əlamət qalmır. Bu, ilahi peyğəmbərlər tərəfindən tövsiyə olunmuş həyatdır. Bunun əksi şeytanların və şeytansifətlərin həyatında mövcuddur: başdan-ayağa çəkişmə, ziddiyyət, varlıq aləminin axarının və yaranışın məqsədinin əks istiqamətinə üzmək.(2)

Xalqın iman və ruhiyyəsini qorumağın ən mühüm amillərindən biri cümə namazlarıdır!

İndi bu qalanı qoruyub-saxlamış amil xalqın imanı və ruhiyyəsidir. Bəs xalqın iman və ruhiyyəsini kim qoruyur? Mənim fikrimcə, xalqın iman və ruhiyyəsini qoruyan ən mühüm amillərdən biri bu cümə namazları, cümə xütbələri, xalqın cümə namazında mənəvi iştirakı, bir etimadlı insanın xalqın qəbul etdiyi doğruçu dillə hər cümə günü ölkənin vəziyyətini xalqa izah etməsi, onlara nəsihət verməsi və istiqamətlərini düzəltməsidir.

Mənim fikrimcə, bu mühüm iş bizim ictimai quruluşumuzu qoruyan əsas amillərdən biridir. Tarixdə də belə olmuşdur. Həm ədalət imamları, məsələn əziz İslam Peyğəmbəri (s), həm də Bəni-Üməyyə və Bəni-Abbas dövrünün

səh:69


1- [131] Məbəs bayramı münasibəti ilə dövlət məmurları ilə görüşdə çıxışdan: 1995.
2- [132] Xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışdan: 1996.

zalım xəlifələri və müxtəlif müsəlman bölgələrindəki əmirləri hökumətin təməllərini gücləndirmək üçün cümə namazından istifadə etmişlər.

Hal-hazırda haqq imaməti və vilayəti əsasında bir haqq quruluşu yaranmışdır. Bu gün bizdə cümə imamı vəzifəsində çalışan şəxslər həqiqətən mömin, təqvalı, sədaqətli, mənəviyyatlı, ruhani və tamahsız insanlardır, onların iqtidar və hakimiyyət niyyətləri yoxdur və bu vəzifəni dünyəvi vəzifə və məqam saymırlar. Belə bir şəraitdə bu tribunanın təsiri və rolu möhtəşəm və misilsizdir, cəmiyyətin mənəviyyatını və iman qalasını qoruyur. Əgər biz bu tribunaya malik olmasaydıq, inqilabın vəziyyəti və xalqın ruhiyyəsi ayrı cür olardı. Bu, inqilabın faydalarından biri idi və imam bu məsələyə diqqət yetirdi.(1)

Namaz - mənəviyyat yolunun əsas keçidi

Namaz haqqında məsum imamların, həmçinin din mütəfəkkirlərinin və nəzər sahiblərinin dəyərli və məzmunlu sözləri hidayət axtaran qəlbləri işıqlandırsa, Allahın vacib buyurduğu bu böyük əməlin həqiqəti və hikməti ilə tanış etsə də, qeyd etmək lazımdır ki, namazın yüksək mövqeyi hələ də çoxlu insanlar, hətta namazı vacib bilib onu qılanlar üçün də düzgün tanınmamışdır. Şübhəsiz ki, bu sahədə İslam cəmiyyətinin məlumatlı insanlarının üzərinə ağır vəzifə düşür. İndi namaz qarşısındakı borcu ödəməkdən ötrü bütün izah və aydınlatma üsulları işə salınmalıdır.

Namaz ilahi dinlərin insana təklif etdiyi mənəviyyat yolunda əsas keçiddir. İnsan ondan keçib həyatın əsl məqsədinə, yəni dünya və axirət xoşbəxtliyinə və qurtuluşuna nail ola bilər. Namaz Allaha sarı yolun ilk addımıdır. Lakin bu ilahi amilin potensilalı elə bir həddədir ki, bəşər kamalının zirvəsində də səma insanının uçuş qanadı ola bilər. Belə ki, tarixin ən üstün insanı, yəni İslamın əziz Peyğəmbəri (s) buyurur: “Namaz mənim gözümün işığıdır”. Namaz vaxtı çatanda o öz azançısından azan verib onun ruhuna rahatlığa və dincliyə qovuşdurmasını istəyir. Bəlkə də demək olar ki, başqa heç bir ibadət növü insanın mənəvi təkamülünün bütün mərhələlərində onun üçün bu şəkildə yolaçan, qüvvə bəxş edən və təsirli deyil. Namaz cəmiyyətin üzvlərinə əvvəla əxlaqi və mənəvi sağlamlıq və yüksəliş bəxş etdiyindən, ikincisi isə özünün xüsusi forma və məzmunu ilə namaz qılanı nizam-intizama sövq etdiyindən, veyllikdən və avaralıqdan xilas etdiyindən, haqlı olaraq ictimai nizam-intizamın mühüm amillərindən biri sayılmalıdır.

Əgər bir xalq arasında namazın ürəkdən, şövqlə və fəzilət zamanında qılınması vüsət tapsa, bu o xalqın qəti nailiyyəti olacaq. Bəllidir ki, halsız

səh:70


1- [133] Vilayət hədisi, c. 1, səh: 194 (1989).

qılınan, ürəkdən qılınmayan və yaxud özünü göstərmək üçün qılınan namaz bu faydaların heç birinə malik olmayacaq.(1)

Peyğəmbərin (s) zikr və ibadət səhnəsi

Peyğəmbərin (s) həyatının üçüncü səhnəsi zikr və ibadət səhnəsi idi. Peyğəmbər (s) elə məqam və əzəmətinə rəğmən, öz ibadətini unutmurdu, gecə yarısı ağlayırdı, dua edir və bağışlanmaq istəyirdi. Ümm Sələmə bir gecə gördü ki, Peyğəmbər (s) yoxdur. Gedib gördü ki, dua edir, göz yaşı tökür, bağışlanmaq istəyir və belə deyir: Ey Allahım, məni bir göz qırpımı qədər də öz nəfsimə tapşırma!(2) Ümm Sələməni ağlamaq tutdu. Peyğəmbər (s) onun ağladığını görüb dedi ki, burada nə edirsən? Dedi: Ey Allahın Rəsulu! Allah-Taala səni bu qədər izzətli etmiş və günahlarını bağışlamışdır - Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq(3) - nə üçün ağlayır və deyirsən ki, İlahi, bizi özümüzə tapşırma? Peyğəmbər (s) buyurdu: Əgər Allahdan qafil olsam, məni nə saxlaya bilər?! Bu bizim üçün dərsdir: izzət zamanı, zillət zamanı, çətin gündə, rahatlıqda, düşmənin insanı mühasirəyə aldığı zaman, düşmənin bütün əzəmətlə özünü insanın gözünə soxduğu zaman - bütün hallarda Allahı yad etmək, Allahı unutmamaq, Allaha arxalanmaq və Allahdan istəmək! Bu, Peyğəmbərin (s) bizə böyük dərsidir.

İnqilab cəmiyyətdə dəyərlərin dəyişməsi üçündür!

Allah-Taala hər yerdə Peyğəmbərin (s) yadında idi və o hər yerdə Allahdan yardım dilədi, Allahdan istədi, Allahdan qeyrisindən qorxmadı və vahiməyə düşmədi. Peyğəmbərin (s) Allah qarşısında bəndəliyinin əsas sirri budur: Allah qarşısında heç bir gücü saymamaq, heç kimdən qorxmamaq, Allah yolunu digərlərinin istəklərinə görə dayandırmamaq. Bizim cəmiyyətimiz Peyğəmbərin (s) bu əxlaqından dərs götürüb bir İslam cəmiyyətinə çevrilməlidir.

İnqilab kimlərinsə işdən çıxıb, kimlərinsə işə girməsi üçün deyil. İnqilab cəmiyyətdə dəyərlərin dəyişməsi üçün, insanın dəyər-qiymətinin Allah bəndəliyi ilə olması, insanın Allaha bəndə olması, Allah üçün işləməsi, Allahdan qorxması, Allahdan qeyrisindən qorxmaması, Allahdan istəməsi, Allah yolunda çalışıb-işləməsi, Allahın əlamətləri haqda fikirləşməsi, dünyanı

səh:71


1- [134] Doqquzuncu ümumrespublika Namaz iclasına müraciətdən: 1999.
2- [135] Bihar əl-ənvar, c. 14, səh: 184.
3- [136] Fəth/2.

düzgün tanıması, dünyanın və bəşəriyyətin fəsadlarının islahına çalışması və özündən başlaması üçündür. Bizim hamımız özümüzdən başlamalıyıq.(1)

səh:72


1- [137] Vilayət hədisi, c. 8, səh: 114 (1992).

Altıncı fəsil: Münacat və bağışlanmaq istəyi

Bağışlanmaq istəyinin rolu

Bağışlanmaq istəyi sizi o həqarətdən xilas edir. Bağışlanmaq istəyi bizi o boyunduruq və zəncirlərdən xilas edir. Bağışlanmaq istəyi Allah-Taalanın sizə verdiyi nurlu qəlbin pasını təmizləyir. Qəlb – insanın canı, ruhu və həqiqi kimliyidir. O, çox nurludur. Hər bir insan nurludur. Hətta Allahla əlaqəsi və tanışlığı olmayan insanın zatında da nur vardır, lakin etiqadsızlıq, günah və ehtiras səbəbindən paslayır. Bağışlanmaq istəyi bu pası təmizləyib onu parıldadır.

Bağışlanmaq istəyi - günahlar üçün ilahi bağışı və əfvi diləməkdir. Əgər bu düzgün baş versə, ilahi bərəkətlərin qapısını insanın üzünə açar. Bir fərdin və bir cəmiyyətin ilahi lütflərdən ehtiyacı olan hər bir şey - ilahi lütflər, ilahi rəhmət, ilahi nurluluq, ilahi hidayət, Rəbb tərəfindən uğur, işlərdə kömək, müxtəlif sahələrdə yardım qapısı bizim günahlarımızın vasitəsi ilə bağlanır, günah bizimlə ilahi mərhəmət və lütf arasında pərdə olur. Bağışlanmaq istəyi bu pərdəni götürür, Allahın rəhmət yolunu açır. Bu, bağışlanmaq istəyinin faydasıdır. Buna görə, siz Quranın bir neçə yerində bağışlanmaq istəyi üçün dünya və bəzən də axirət faydalarının nəzərdə tutulduğunu görürsünüz. Məsələn buyurur: Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin. Bunların hamısının izahı belədir ki, bağışlanmaq istəyi sayəsində insanın və cəmiyyətin qəlbinin və cisminin Allahın bu nemətlərinə yolu açılır. Odur ki, bağışlanmaq istəyi çox mühüm məsələdir.

Bağışlanmaq istəyi əslində tövbənin bir hissəsidir. Tövbə də Allaha sarı qayıdışdır. Buna əsasən, tövbənin şərtlərindən biri bağışlanmaq istəyi, yəni Allah-Taaladan əfv diləməkdir. Bu, Allahın böyük nemətlərindən biridir. Yəni Allah-Taala bəndələr üçün tövbə qapısı açmışdır ki, bunlar kamal yolunda irəliləyə bilsinlər və günah onları iflic etməsin. Çünki günah insanı uca zirvədən endirir. Günahların hər biri insan ruhuna, insan saflığına, mənəviyyata və ruhi yüksəlişə bir zərbə vurur, insan ruhunun şəffaflığını yox edir və onu qaraldır. Günah insanda olan və onu bu maddi dünyanın digər məxluqlarından ayıran mənəvi cəhətini şəffaflıqdan salır, heyvanlara və cəmadata yaxınlaşdırır.

Günahlar insanın həyatında mənəvi cəhətdən əlavə, bəzi uğursuzluqlara da səbəb olur. Bəşər fəaliyyətinin bir çox sahələri var ki, insan etdiyi günahlara görə orada uğursuzluğa düçar olur. Əlbəttə, bunların elmi, fəlsəfi və psixoloji

səh:73

izahı da var, yalnız gözüyumulu qəbul etmir, yaxud danışmırıq. Necə olur ki, günah insanı iflic edir? Misal üçün, Ühüd döyüşündə bəzi müsəlmanların səhlənkarlığı və təqsiri üzündən ilk qələbə məğlubiyyətə çevrildi. Yəni müsəlmanlar əvvəl qalib oldular, amma sonra dağın yarıq hissəsində oturub cəbhənin arxasını mühafizə etməli olan oxçular qənimət tamahından öz səngərlərini buraxıb meydana gəldilər və düşmən də onları mühasirəyə alıb qəfil hücumla müsəlmanları tar-mar etdi. Ühüd məğlubiyyəti bundan yarandı.

Ali-İmran surəsində bəlkə də 10-12, yaxud daha çox ayə bu məğlubiyyət barədədir. Çünki müsəlmanlar psixoloji cəhətdən çox gərgin idilər. Bu məğlubiyyət onlar üçün çox ağır tamamlanmışdı. Quran ayələri onları həm sakitləşdirir, həm hidayət edir, həm də başa salırdı ki, sizin bu məğlub olmanıza nə bais oldu və bu hadisə haradan qaynaqlandı. Nəhayət bu şərafətli ayəyə çatır: İki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi. Yəni gördünüz ki, Ühüd döyüşündə sizin bir qrupunuz düşmənə arxa çevirdi və məğlubiyyətə uğradı; bunun amili qabaqcadan mövcud idi. Onların daxili qüsurları vardı. Şeytan bunları qabaqcadan gördükləri işlərin köməyi ilə səhvə vadar etdi. Yəni qabaqkı günahlar təsirini cəbhədə göstərir; hərbi cəbhədə, siyasi cəbhədə, düşmənlə mübarizədə, quruculuq işində, təlim və tərbiyə işində, müqavimətin lazım olduğu yerdə, dəqiq dərkin lazım olduğu yerdə, insanın polad kimi kəsib irəliləməli və maneələri dəf etməli olduğu yerdə. Sözsüz ki, Nəsuh tövbəsinin edilmədiyi və həqiqi bağışlanmağın istənmədiyi günahlar belədir.

Həmin surədə başqa bir formada həmin mənanı çatdıran bir ayə də var. Quran demək istəyir ki, sizin məğlub olmanız və döyüşdə sizin üçün problemin yaranması təəccüblü deyil. Bu hadisələrdən indi də baş verir, öncə də baş vermişdir. Buyurur: Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Yəni sizə nə olub? Ühüd döyüşündə məğlub olduğunuza və bəzilərinizin öldürüldüyünə görə hamınız gərgin və narahatsınız, bəziləriniz ümidsizsiniz. Xeyr! Öncəki peyğəmbərlər üçün də döyüş meydanında hadisələr baş verirdi. Onlar baş verənlərə görə zəiflik və ümidsizlik hiss etmirdilər. Sonra buyurur: Onların: “Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır. Yəni keçmişdə peyğəmbərlərin səhabələri və həvariləri döyüşlərdə və müxtəlif hadisələrdə çətinliyə düşəndə Allaha dua edib deyirdilər: Ey Rəbbimiz, günahlarımıza və

səh:74

işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! İlahi! Bizim günahlarımızı, israfçılıqlarımızı və işlərimizdə etdiyimiz diqqətsizlikləri bağışla! Bu əslində onu göstərir ki, hadisə və müsibət sizin günahlarla hazırladığınız vəziyyətdən irəli gəlir.

İnsanın etdiyi günahlar, bu müxtəlif yayınmalar, ehtirasdan, günyagirlikdən, tamahkarlıqdan, dünya malına hərislikdən, dünya məqamından yapışmaqdan, insanın əlində olan sərvətlərə qarşı xəsislikdən, həmçinin paxıllıqdan, simiclikdən, tamahkarlıqdan və qəzəbdən irəli gələn bu işlər insanın vücudunda iki qəti təsirini buraxır. Bir təsir mənəvidir; ruhu ruhanilikdən salır, nuranilikdən çıxarır, insanda mənəviyyatı zəiflədir, ilahi rəhmət yolunu insanın üzünə bağlayır. Digər təsir budur ki, ictimai mübarizələrdə, əzmkarlığa, müqavimətə, insan iradəsinin iqtidar göstərməsinə ehtiyac olan yerdə bu günahlar insanın yaxasını tutur; əgər bu zəifliyi düzəldə bilən başqa bir amil olmasa, insanı çökürdür. Əlbəttə, bəzən digər amillərin, məsələn, insanda yaxşı bir xüsusiyyətin və yaxud işin olması mümkündür. Bu onu düzəldir. İndi o yerlərdən söhbət getmir. Lakin öz-özlüyündə günahın təsiri budur.

Allah-Taala insana bağışlanmaqdan ibarət olan böyük bir nemət vermiş və buyurmuşdur ki, siz təsirinin qaldığı bu işə görə peşman olmusunuzsa, tövbə və bağışlanmaq qapısı açıqdır. Siz etdiyiniz günahla sanki öz bədəninizə bir yara vurmuş, yaxud bir mikrob daxil etmisiniz. Bu zaman xəstəlik qaçılmaz olur. Əgər bu yaranın, xəstəliyin və bu zərbənin sizin bədəninizdəki təsirinin məhv olmasını istəyirsinizsə, bilin ki, Allah-Taala məhz bu məqsədlə bir qapı açmışdır və o, tövbə, bağışlanmaq istəyi, Allaha qayıdış qapısıdır. Əgər qayıtsanız, Allah-Taala bunu düzəldəcək. Bu, Allah-Taalanın bizə verdiyi böyük nemətdir.

Səhifeyi-Səccadiyyə kitabının 45-ci duası olan mübarək ramazan ayı ilə vida duasında İmam Səccad (ə) Müqəddəs Rəbbin dərgahına deyir: Sən bəndələrinin əfvi üçün bir qapı açmış və onun adını Tövbə qoymusan. Qurandan və vəhydən bu qapın üçün bir bələdçi təyin etmisən ki, bəndələrin orada azmasınlar. Bir neçə cümlədən sonra yenə deyir ki, bu açıq qapıdan və ilahi bağışdan istifadə etməmək üçün heç bir bəhanə yoxdur. İlahi bağışın yolu da bağışlanmaq istəmək və tövbə etməkdir. Allahdan bağışlanmaq istəyin.

Əziz İslam Peyğəmbərindən (ə) nəql olunan bir rəvayətə əsasən, o həzrət bir gün səhabələrinə buyurdu ki, Allah-Taala bağışlamaq istəmədiyi şəxsdən başqa bütün günahkarları bağışlayar. Səhabələr soruşdular ki, ey Allahın Rəsulu, Allah-Taalanın bağışlamaq istəmədəyi şəxs kimdir? Buyurdu ki, o şəxs

səh:75

bağışlanmaq istəməyən şəxsdir. Deməli, bağışlanmaq istəmək tövbə və bağış qapısının açarıdır. Bağışlanmaq istəyi ilə ilahi bağışı qazanmaq olar. Bağışlanmaq istəyi bu qədər əhəmiyyətlidir. Bu, Allahdan bağış diləməkdir.

Bu barədə iki-üç qısa məqama toxunmaq istəyirəm. Bəlkə bu ramazan ayında bunlardan istifadə edib Allah-Taalaya bir qədər yaxınlaşaq və Allahın bu açıq rəhmət qapısından bəhrələnək. Bu, bizim xalqımızın və cəmiyyətimizin dünya və axirəti və bizim qarşımızda olan müxtəlif sahələrdə inkişaf üçün olduqca lazım və faydalıdır.

Qafillik - bağışlanmaq istəyinə birinci maneə

Bir məsələ budur ki, əgər bağışlanmaq və bu ilahi neməti əldə etmək istəsək, iki xisləti özümüzdən uzaqlaşdırmalıyıq: qafilliyi və qüruru. Qafillik odur ki, insan ondan günahın baş verdiyini ümumiyyətlə bilməsin və buna diqqət yetirməsin... Hər halda, dünyada və insanlar arasında belə adamlar var. Onlar qafildirlər; günah edirlər, lakin onun baş verməsinə diqqət yetirmirlər. Yalan danışırlar, təxribat aparırlar, qeybət edirlər, zərər vururlar, dağıntı yaradırlar, qətl törədirlər, müxtəlif günahsız insanlara torba tikirlər, ucqar üfüqlərdə və geniş miqyasda xalqlar üçün qorxulu yuxular görürlər, xalqı azdırırlar və bu səhv işləri gördüklərinə əsla diqqət də yetirmirlər. Əgər kimsə ona günah edirsən - desə, laqeydliklə qəhqəhə çəkib ələ salması da mümkündür: Günah?! Nə günahı?!

Bu qafil insanların bəzilərinin ümumiyyətlə savaba və əzaba etiqadları yoxdur. Bəzilərinin isə etiqadları da var, lakin qəflət içərisindədirlər və ümumiyyətlə nə iş gördüklərini bilmirlər. Əgər bunu özümüzün gündəlik həyatımızda bir qədər kiçiltsək, görəcəyik ki, həyatımızın bəzi hissələri qafillərin həyatına bənzəyir. Qafillik çox qəribə bir iş və böyük təhlükədir. Bəlkə də insan üçün heç bir təhlükə qafillikdən ciddi, heç bir düşmən qafillikdən böyük deyil. Bəziləri belədirlər.

Qafil insan heç zaman bağışlanmaq barədə düşünmür, ümumiyyətlə günah etdiyini xatırlamır. Günaha qərq olub, məst və yuxuludur, yuxuda hərəkət edən adam kimidir. Buna görə əxlaq və seyri-süluk adamları əxlaqda və nəfsi paklamada yolçuların mənzillərini bəyan edərkən insanın qafilikdən çıxmaq istədiyi bu mənzilin adını Oyanış mənzili qoyurlar.

Quran terminlərində bu qafilliyin qarşı tərəfi təqvadır. Təqva - sayıq olmaq və daim özünə nəzarət etməkdir. Əgər qafil insan onlarla günah edir və günah etdiyini əsla hiss etmirsə, təqvalı insan onun tam qarşı tərəfidir. Azca günah da etsə, tez diqqətli olur ki, günah etmişdir və onu düzəltmək fikrinə

səh:76

düşür: Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu (pis işlərə təhrik edildiyi) zaman onlar xatırlayıb düşünərlər. Şeytan onun yanından keçən kimi, şeytanın küləyi ona dəyən kimi tez şeytanın toxunduğunu, səhvə və diqqətsizliyə uğradığını hiss edir və xatırlayır. Belə adamın gözü açıqdır.

Mənim əzizlərim! Qardaşlar və bacılar! Kim olsanız, diqqətli olun. Bu müraciət xalqın xüsusi bir qrupuna aid deyil ki, məsələn, az məlumatlı insanlar, savadsız insanlar, yaxud gənc və azyaşlı insanlar ona diqqət yetirsinlər. Xeyr, hamı diqqətli olmalıdır. Alimlər, görkəmli şəxsiyyətlər, böyüklər, kiçiklər, pullular, yoxsullar - hamı diqqətli olmalıdır; çünki ən azı bəzən qafillik onların da yaxasını tutur və diqqətsizlik edirlər; günah edirlər, lakin günah etdiklərinə diqqət yetirmirlər. Bu böyük məsələdir.

Mən və siz etdiyimiz günaha diqqət yetirmirik. Günah etdiyimizi bilmədiyimizdən ona görə tövbə də etmir və bağışlanmaq istəmirik. Qiyamət günü gözlərimiz açıldıqda görəcəyik ki, əməl dəftərimizdə qəribə şeylər var. İnsan təəccüb edir ki, mən bu işləri nə vaxt görmüşəm; ümumiyyətlə xatırlamır. Bu, qafilliyin günahı və onun eybidir. Deməli, bağışlanmaq istəyinin bir maneəsi qafillikdən ibarətdir.

Qürur - bağışlanmaq istəyinə ikinci maneə

İkinci maneə qürurdur. İnsan kiçik bir iş görən kimi məğrur olur. Dua və rəvayətlərimizdə Allah qarşısında məğrurluq ifadəsi işlənib. Səhifeyi-Səccadiyyənin cümə günləri oxunan 46-cı duasında çox oyadıcı təbirlər mövcuddur. Deyir: Bədbəxtlərin ən böyüyü Sənin qarşında məğrur olandır. Ən böyük bədbəxtlik Sənə məğrur olan şəxsə məxsusdur. Qürur belədir. Məğrur insan abadlıqdan çox uzaqdır, qurtuluş və salamatlıq sarıdan əliboşdur. Nə üçün? Çünki kiçik bir iş görən kimi, iki rəkət namaz qılan kimi, məsələn, xalqa bir xidmət göstərən kimi, filan qutuya pul salan kimi, yaxud Allah yolunda bir iş görən kimi tez məğrur olur ki, biz Allah-Taala yanında işimizi düzəltmiş, borcumuzu ödəmişik və heç bir şeyə ehtiyacımız yoxdur. Bunu dillə söyləmir, lakin qəlbində belə düşünür.

Ehtiyatlı olun! Allah-Taala tövbə qapısını açmış və buyurmuşdur ki, mən günahları bağışlayaram. Bunun mənası o deyil ki, günahlar kiçik və əhəmiyyətsizdir. Xeyr! Bəzən günahlar insanın bütün həqiqi vücudunu tələf edir, məhv edir, uca insani həyat dərəcəsində olan bir insanı çirkin və dəyərsiz yırtıcıya çevirir. Günah belədir. Elə bilməyin ki, günah kiçik şeydir. Yalan danışmaq, qeybət etmək, insanların ləyaqətini alçaltmaq, bir sözlə olsa belə zülm etmək az və kiçik günahlar deyil.

səh:77

İnsanın günahkarlıq hissi keçirməsi üçün mütləq uzun illər günaha qərq olması lazım deyil. Xeyr! Bir günah da günahdır. Günahı kiçik saymaq olmaz. Rəvayətlərimizdə günahları kiçik saymaq bölməsi var, onu məzəmmət etmişlər. Allah-Taalanın bağışlayarıq - deyə buyurmasının səbəbi budur ki, Allaha qayıdış çox mühümdür, nəinki günah az və kiçikdir. Günah çox təhlükəli bir şeydir, lakin Allaha qayıdış, diqqət və Allahın zikri o qədər əhəmiyyətlidir ki, əgər insan bunu səmimi və düzgün şəkildə yerinə yetirsə, o zaman əlacı çətin olan o xəstəlik sağalar. Buna görə yaxşı işlə məğrur olmaq - bunu da biz elə bilirik ki, yaxşı işdir, lakin o qədər də yaxşı olmaması, yaxud çox da əhəmiyyətli olmaması mümkündür - sizin bağışlanmaq istəyinə sarı getməməyinizə bais olur.

İmam Səccad (ə) başqa bir duada Allaha deyir: Ey Allahım! Sən hətta siddiq bəndələrinin də sənə yaxınlaşmaları ilə qürur etməmələrinə layiqsən. Baxın, bu duada həqiqətən çox gözəl məzmun və məna vardır. Yol budur. O buyurur ki, insanların bəndəlik məqamının yüksək dərəcəsinə nail olmuş siddiqlər də Allahın yolunu düzgün getdiklərinə, daha işləməyə və çalışmağa ehtiyaclarının qalmadığına görə məğrur olmamalıdırlar. Xeyr! Bu da bağışlanmaq istəyinə maneədir. Əgər qəflət olmasaydı, qürurlanmaq da olmazdı, aldanmaq və özünə heyranlıq da olmazdı.

Bir məsələ də budur ki, həqiqi və ciddi bağışlanmaq istəyi təsirli olur. Fərz edin sizin böyük bir probleminiz var və Allah-Taaladan onun həll olunmasını istəyirsiniz. Məsələn, Allah eləməmiş, əzizlərinizdən biri üçün bir problem yaranmışdır. Siz adi yollarla onun problemini həll etməyə çalışmısınız, amma bacarmamısınız. İndi isə Allah-Taalaya üz tutub dua edir və yalvarırsınız. Görün insan belə bir halda, məsələn övladının, yaxud əzizinin bir xəstəliyə tutulduğu, Allahın qapısına getdiyi və onda dua halının yarandığı zaman Allahdan necə istəyər?! Günahlarınızın bağışlanmasını Allahdan belə istəyin. Həqiqətən bağışlanmaq istəyin və həmin günahı bir daha təkrar etməməyə qərar verin.

Əlbəttə, insanın günah etməmək qərarı ola və sonradan yenə də onu təkrarlaya bilər. Bu zaman yenə tövbə etməlidir. Əgər insan yüz dəfə tövbəsini sındırsa da, yüz birinci tövbənin qapısı da açıqdır. Lakin tövbə edən və bağışlanmaq istəyən insanda əvvəldən həmin səhv və günah işi təkrarlamaq qərarı olmamalıdır. Belə olmaz.

Kitabda imamların birindən belə bir hədisin söyləndiyini gördüm: Dili ilə bağışlanmaq istəyən, amma qəlbində günahına görə peşman olmayan şəxs özünü məsxərə etmişdir. Yəni qəlbində günaha görə peşman olmayan və çox

səh:78

sevinən, amma dili ilə əstəğfirullah deyən şəxs özünü ələ salır. Bu neçə bağışlanmaq istəyidir?! Bu, bağışlanmaq istəyi deyil. Bağışlanmaq istəyi odur ki, insan qayıtsın; həqiqətən və ciddi şəkildə Allah-Taaladan onu bağışlamasını istəsin. Bu zaman insan həmin işi təkrarlamaq niyyətində ola bilərmi?! Belə bir insanın Allah-Taaladan bağış diləməyə üzü gələrmi?!

Təsirli bağışlanmaq istəyinin forması

Bu necə bağışlanmaq istəməkdir?! Bu bağışlanmaq istəyi kifayət etmir. Bağışlanmaq istəyi ciddi və həqiqi olmalıdır. Bağışlanmaq istəyi müəyyən bir qrupdan olan insanlara məxsus deyil ki, deyək onlar çox günah etmişlər və bağışlanmaq istəməlidirlər. Xeyr! Bütün insanlar, hətta peyğəmbərlər də bağışlanmaq istəməlidirlər. Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq. Peyğəmbər (s) də bağışlanmaq istəməlidir.

Bağışlanmaq istəyi ya bizim etdiyimiz günaha görədir, ya da əxlaqi günahlara görə. Fərz edin bir insan heç bir günah etməmişdir; nə yalan danışmış, nə qeybət etmiş, nə zülm etmiş, nə qanunu pozmuş, nə ehtiraslara uymuş, nə bir kəsi aşağılamış, nə xalqın malına təcavüz etmişdir. Sözsüz ki, belə insanlar çox azdır. Lakin bu növ fiziki günahları etməyən insanların çoxu da duyğu günahlarına - əxlaqi günahlara düçar olurlar. Əgər heç bir günah etməyən həmin adam xalqa baxıb bu bədbəxt camaatın hamısı günah edir, amma biz Allahın lütfü ilə özümüzü saxlamışıq və günah etmirik - desə, yəni özünü onlardan üstün hesab etsə, bunun özü bir günah, tənəzzül və süqutdur və onun üçün bağış diləmək lazımdır. İnsanları təhqir etmək, özünü digərlərindən üstün tutmaq, öz işinə xalqın işindən daha çox dəyər vermək, yaxud insanlarda olan bəzi pis əxlaqi xarakterlər, məsələn paxıllıq, tamahkarlıq və eqoizm üçün də bağış diləmək lazımdır.

Fərz edək bu günahları etməyən bir insan da var, amma məsələn tövhid elmini yüksəldə bilməmişdir. Bu bir qüsurdur və onun üçün bağışlanmaq istəməlidir. Tövhid və Allaha etiqad elmi məhdud və bağlı bir sahə deyil, sonsuz yoldur. Bütün peyğəmbər və övliyalar bu yolda inkişaf və təkamüldə olmuş, Pərvərdigarın müqəddəs zatı və Həzrət Haqqın kamal sifətləri barədə daha çox məlumat toplamağa çalışmışlar. Belə şəxslər bu yolda nə qədər inkişaf etməsələr, bu bir qüsur, gerilik, mənəvi acizlikdir və onun üçün bağışlanmaq istəmək lazımdır.

Bağış diləmək hamı üçündür. Görürsünüz ki, bu dualarda imamların necə yanğısı var. Bəziləri elə bilirlər ki, İmam Səccad (ə) digərlərinə öyrətmək üçün belə yanğılı dua etmişdir. Bəli, həm işin formasında, həm də məzmununda

səh:79

digərlərinə öyrətmək var, lakin məsələnin məğzi bu deyil. Məsələnin məğzi bu saleh bəndənin, uca və böyük insanın özünün istəmək halətidir. Bu yanğı onun özünə aiddir. Allah qarşısında belə yalvarış onun özünə aiddir. Allah əzabından bu qorxu, Allaha yaxınlaşmağa və Allahın razılığına meyl onun öz hissləridir. Bu bağışlanmaq istəyi və Allahdan diləmək həqiqətən onun özünə aiddir.

O ucalıqda olan bir insanın nəzərində həyatın halal işlərinə - halal ləzzətlərə və halal işlərə diqqətin də bir növ süqut və tənəzzül hesab olunması mümkündür. Ürəyi istəyirdi ki, maddi və fiziki zərurətlər çərçivəsində qərarlaşmasın, həyatın halallarına və adi məsələlərinə bu yarımçıq baxışı da etməsin, mərifət yolunda, ilahi razılığa və ilahi dərkin cənnətinə sarı sonsuz vadidə daha çox irəliləsin. Bu baş tutmadıqda isə, bağışlanmaq istəyir. Buna əsasən, bağışlanmaq hamı üçündür.

Mənim əzizlərim! Bağışlanmaq istəyi üçün ramazan ayını qənimət sayın, Allah-Taaladan bağış diləyin. Bizim xalqımızın bu fədakar ruhiyyəsinə, göstərdiyi bu müqavimətə, gördüyü bu böyük işə, malik olduğu bu nurlu və yaxşı gənclərə, - bu qədər gənc bizim cəmiyyətimizdən başqa heç bir yerdə yoxdur - bu qadınlara, kişilərə, analara və bu xalqın göstərdiyi müxtəlif fədakarlıqlara görə maddi və mənəvi, dünya və axirət sahələrində onun böyük inkişaf potensialı vardır. Bu xalq bağış istəyi ilə ilahi rəhməti özünə cəlb etməlidir.

Hamınız bağışlanmaq istəyin. İbadət adamı olanlar, ibadətdə orta səviyyədə olanlar, hətta ibadət işində zəif olan və yalnız vacib əməllərlə kifayətlənənlər, hətta hərdən Allah eləməmiş, bəzi vacib ibadətlərini də tərk edən şəxslər - hamı və hamı bilməlidir ki, işləri aparan onlarla Allah arasındakı bu əlaqədir. Allah-Taaladan bağışlanmaq istəyin, əfv diləyin, Allahdan bu günah maneəsini götürməsini, Özünün lütf və mərhəmət günəşinin önündən buludları qaldırmasını, lütfünü bu qəlblərə və ruhlara saçmasını diləyin. O zaman inkişaf və irəliləyişi görəcəksiniz.(1)

Tövbə və duanın zamanı

Mənim əzizlərim! Ən yüksək və ən kamil insan Allah yolunda hərəkət edə bilən, Allahı özündən razı salan və ehtirasların əsiri olmayan insandır. Düzgün və kamil insan budur. Ehtirasın, qəzəbin, nəfsin, istək və hisslərinin əsiri olan materialist insan zahirən böyük olsa da, yüksək vəzifə tutsa da, çox kiçik insandır. Dünyanın ən böyük ölkəsinin prezdenti, yaxud ən sərvətli adamı öz nəfsinin istəkləri ilə mübarizə apara bilməsə, öz nəfsinə əsir olsa, kiçik səh:80


1- [138] Cümə namazı xütbələrindən: 1997.

insandır. Öz istəklərinə hakim olan, insan kamilliyi və Allah yolundan ibarət olan düzgün yolu gedən yoxsul bir insan isə böyük insandır.

Bağışlanmaq istəyi sizi o həqarətdən xilas edir. Bağışlanmaq istəyi bizi o boyunduruq və zəncirlərdən xilas edir. Bağışlanmaq istəyi Allah-Taalanın sizə verdiyi nurlu qəlbin pasını təmizləyir. Qəlb – insanın canı, ruhu və həqiqi kimliyidir. O, çox nurludur. Hər bir insan nurludur. Hətta Allahla əlaqəsi və tanışlığı olmayan insanın da zatında nur vardır, lakin etiqadsızlıq, günah və ehtiras səbəbindən paslayır. Bağışlanmaq istəyi bu pası təmizləyib onu parıldadır.

Ramazan ayı tövbə, dua və bağış istəyinin zamanıdır. Qədr gecəsinin ehtimal olunduğu iki gecə - 19 və 21-ci gecələr ötdü, amma 23-cü gecə qarşıdadır; onun qədrini bilin. 23-cü gecənin əvvəlindən, yəni günəş batan zamandan sübh azanına qədər ilahi salamatlıq başlanır: O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! Ortadakı bu bir neçə saat ilahi salam, əmin-amanlıq və Allahın bütün yaranış üzərinə düşən rəhmət kölgəsidir. O gecə möhtəşəm gecədir; min ayla bərabər yox, hətta min aydan daha yaxşı, daha xeyirlidir. İnsanın min ay həyatı nə qədər faydalı ola, rəhmət və xeyir qazandıra bilər? Bu bir gecə min aydan yaxşıdır. Bunun böyük əhəmiyyəti var. Bu gecənin qədrini bilin, onu dua ilə, diqqətlə, təfəkkürlə, yaranışın əlamətləri barədə fikirləşməklə, insanın taleyi və Allah-Taalanın insandan istədiyi işlər barədə düşünməklə, bu maddi həyatın etibarsızlığı, gördüklərinizin hamısının can verən anda qapısı açılan o biri dünyaya hazırlıq olduğunu düşünməklə keçirin.

Mənim əzizlərim! Can verən anda biz başqa bir dünyaya daxil olacağıq. O gün üçün özümüzü hazırlamalıyıq. Bu dünyanın, bu sərvətlərin, Allah-Taalanın bu dünyada sizin vücudunuzda əmanət qoyduğu bu enerjilərin, Allahın bəşər üçün istədiyi məsələlərin - ədalətli hökumətin, rifahlı həyatın və digər amillərin hamısı insanın özünü o biri dünyaya hazırlaması üçündür. Özünüzü hazırlayın, Allahla ünsiyyət qurun, münacat edin, Allahı yada salın, bağışlanmaq istəyin. Allaha belə üz tutan, qəlbini paklayan, günahdan üz çevirən və xeyirli əməllərə qərar verən insanlar bu dünyanın problemləri ilə üzləşə bilən əzəmətli varlıqlardır. Bir nümunəsi bizim böyük imamımızdır; digər nümunələri bizim öz cəmiyyətimizin möminləri - bu mömin və yorulmaz gənclər, bu qadın və kişilər, şəhidlər, müharibə əlilləri, əsirlikdə ağır zindanlara dözənlər, əzizlərinin ayrılığına dözənlər, müharibənin çətinliklərinə tab gətirənlər, bu gün minini dəfn etdiyiniz bu insanlardır. Bunların hər biri bir xalq üçün fəxr sayılan, uca tutulan və örnək olan üstün və yüksək nümunələrdir.(1)

səh:81


1- [139] Cümə namazı xütbələrindən: 1997.

Dua imanı gücləndirir və ilahi vədələri həyata keçirir!

Bu gün birinci xütbədə Allahın duanın qəbul olunmasına dair vədəsi haqda bir qədər söhbət etmək istəyirəm. Ramazan ayında bizim vəzifələrimizdən biri dua etməkdir. Dua insanı Allaha yaxınlaşdırır, dini inancları insanın qəlbində həmişəyaşar və təsirli edir, imanı gücləndirir. Bundan əlavə, Allahdan istək dilənən duanın məzmunu qəbul və insanın istəyi təmin olunur. Yəni dua bir neçə cəhətdən böyük faydalara malikdir. Odur ki, Qurani-kərimdə dəfələrlə duadan və Allahın saleh bəndələrinin etdiyi dualardan söz açılmışdır. Onların hamısı bizə dərs verməkdən ötrüdür. Allahın peyğəmbərləri çətin anlarda Allaha dua edib kömək istəyirdilər: “Rəbbinə dua edib: “Mən məğlub olmuşam, məni qalib et!” – dedi”.(1) Bu, həzrət Nuhun (ə) dilindən nəql olunmuşdur. Yaxud həzrət Musanın (ə) dilindən belə nəql olunmuşdur: “Sonra Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”(2) Musa Allaha şikayət etdi və ona sığındı.

Allah-Taala Quranın bir neçə ayəsində duanı qəbul edəcəyinə söz vermişdir. Biri bu mübarək ayədir: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”(3) Yəni sizin Rəbbiniz buyurub ki, Məni çağırın və Mən cavab verim, qəbul edim. Cavab vermək və qəbul etmək istəyi tam təmin etmək mənasında olmaya da bilər. Bəzən yaranış qanunları Allahın o istəyi tam təmin etməməsini tələb edə bilər. Bəzi qanunlar səbəbindən o istəyin təmin edilməsi, yaxud tezliklə təmin edilməsi mümkün olmur. Digər yerlərdə ümumi qayda kimi Allah-Taalanın cavabı sizin istəyinizi təmin etməkdir. Necə ki, ramazan ayının gecələrində oxunan şərafətli Əbu Həmzə Sumali duasında buna işarə vurulmuşdur. Quranda buyurmuşdur: “Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir“.(4) Allah alim olsa və sizin ehtiyaclarınızı bilsə də, siz Allahdan istəyin və Ona deyin. Bu ayəni duada qeyd edir. Düzdür, şərafətli duada bir qədər fərqli göstərilmişdir. Sonra buyurur ki, ilahi, xalqı istəməyə dəvət etmək, ancaq istəklərini verməmək sənin xislətinə yaddır.(5) Yəni Allahın səxavətinin, rəhmətinin və böyük qüdrətinin mənası budur ki, əgər istəmənizi deyirsə, istəyinizi verməyə də iradə etmişdir. Bu, Allahın sözügedən vədəsidir. Xütbənin əvvəlində oxuduğum həmin ayədə

səh:82


1- [140] Qəmər/10.
2- [141] Duxan/22.
3- [142] Qafir/60.
4- [143] Nisa/32.
5- [144] Bihar əl-ənvar, c. 95, səh. 82. Hədis İmam Səccaddan (ə) nəql olunmuşdur.

açıq-aşkar deyilir: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm“.(1) Yəni Mənim bəndələrim nə zaman səndən harada olduğumu soruşsalar, ey Peyğəmbər, de ki, yaxınam, cavab verirəm, Məndən istəyən və Məni çağıran şəxsin duasını və istəyini qəbul edirəm. Kim Allahı çağırsa, qarşısında cavabı var. İmam Rzadan (ə) nəql olunmuş hədisdə də göstərilir ki, Allahdan istənilən hər bir istəyin qarşısında qəti bir cavab vardır.(2) Bu çox mühüm məsələdir və Allahın mömin bəndələri onun qədrini bilməlidirlər. İmanı olmayan şəxs təbii ki, digər çoxlu imkanlar kimi bu imkandan da istifadə etməyəcək. Bu, Allahın qəti vədəsidir. Yəni Allah-Taala hər istəyə cavab verəcək. Bu bir vədədir və əlbəttə, hər bir vədənin də şərtləri var. Mən burada ilahi vədlər haqda olan ayələri toplamışam. İndi geniş danışmaq istəmirəm, amma ixtisarla bəzi məqamlara toxunacağam.

Allah-Taalanın öz bəndələrinə verdiyi çoxlu vədlərdən biri də budur. Allahın vədlərindən daha birisi budur: Kim saleh əməl etsə, özü üçün etmiş və kim pis iş görsə, özünə pislik etmişdir. Hər kəsin pisliyi özünə qayıdır. Allahın vədlərindən daha birisi budur: Biz yaxşı əməl edənlərin mükafatını zay etmərik. Allah-Taala yaxşı iş görənlərin mükafatını yaddan çıxarmaz. Bu yalnız axirətə məxsus deyil, dünya və axirətə aiddir; ya dünyada, ya axirətdə. Başqa bir vədə budur: Kim fani dünyanı istəsə, isədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Kim yaxın xeyri, yəni dünyanı məqsəd seçsə və axirətlə maraqlanmasa, biz onun məqsəd seçdiyinə kömək edərik; yəni onu məqsədinə çatdırarıq. Əlbəttə, bunun şərtləri var. Əgər çalışsa, zəhmət çəksə, o məqsədlərə çatar. Görürsünüz ki, bəzi xalqlar çalışdılar, zəhmət çəkdilər, qənaət lazım olanda qənaət etdilər və böyük yerlərə çata bildilər. Həmin ayənin ardınca buyurur: Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar. Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik. Dünyanı qazanmaq istəyənlərə də kömək edərik, axirəti qazanmaq istəyənlərə də. Burada dünya səyi Allahın razılığını qazanmaq qarşısında qeyd olunur. Buyurur ki, onlara da kömək edərik. Bu, xilqətin qanunudur. Bu, Allahın dünya üçün qoyduğu qanundur. Yəni əgər səy göstərib zəhmət çəksəniz, mütləq nəticə görərsiniz. Allah-Taala heç bir səyi nəticəsiz qoymur, ardınca mütləq bir nəticə gəlir. Bəzən insanlar o nəticəni tanıya bilir, onu məqsəd seçir və ona da çatırlar. Amma bəzən o əməldən doğan nəticəni düzgün tanımır və başqa bir nəticə ardınca gedirlər, amma o əməl öz nəticəsini

səh:83


1- [145] Bəqərə/186.
2- [146] Bihar əl-ənvar, c. 83, səh. 58.

verir və hər halda, nəticəni görürlər. Buna əsasən, Allah-Taala heç bir səyi mükafatsız qoymamışdır.

Allahın başqa bir vədi budur: Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə onları özlərindən əvvəlkilər kimi Yer üzünün varisləri edəcəyini söz vermişdir. Bu da qəti bir vədədir: hansı qövmün, hansı xalqın və hansı cəmiyyətin imanı və saleh əməli olsa, Allahın Yer üzündə canişini olacaq, yəni hakimiyyətə yiyələnəcək; bunun oyan-buyanı yoxdur. İmanı olanlar saleh əməli onunla yanaşı etdikləri zaman həmin hadisə baş verdi. Müsəlman İranda da bu hadisə baş verdi. Bizim tariximizin hansı dövründə belə bir vəziyyət yarandısa, həmin hadisə baş verdi: Onları özlərindən əvvəlkilər kimi Yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özünün bəyəndiyi dinlərini (İslamı) möhkəmləndirəcəyini söz vermişdir. Əgər imanınız olsa, amma saleh əməliniz olmasa, Allahın Yerdəki canişini olmayacaqsınız. Quru, boş və əməlsiz imanın nəticəsi yoxdur, əməllə yanaşı olduqda isə, mütləq həyata keçəcək.

Allahın başqa bir vədi budur: Bizim uğrumuzda çalışanları öz yollarımıza mütləq yönəldərik. Kim Allah yolunda çalışsa, Allah mütləq yolu ona göstərəcək. Biz gənclik çağında, İslam bilgiləri ilə tanışlığın əvvəllərində bunları oxuyurduq, deyirdik, etiqadımız vardı, inanırdıq, amma bizim üçün tam aydın deyildi. Bilirdik ki, Allahın sözü doğrudur, amma onu təcrübə etməmişdik. Bu gün isə təcrübə olunmuşdur. Siz gənclərin əsla yadınızda deyil, bəzi ortayaşlıların da yadında deyil, bəzilərinin isə yadındadır ki, İslam hərəkatı dövründə bu gün İslamın beşiyi və mərkəzi olan bu İranda, yaxud Tehranda kimsə yalnız özü müsəlman yaşamaq istəsəydi, həqiqətən mümkün deyildi, çətin idi. Yəni kimsə digərlərini hidayət və tərbiyə etmədən özü kamil şəkildə müsəlman yaşamaq istəsəydi, olmurdu, müxtəlif maneələr vardı. Əgər kimsə Qumda bir kişinin başladığı, bir qrup tələbənin də ətrafına toplaşdığı, fəryad qoparan kimi adamların tez tutulub zindana aparıldığı, vurulduğu, işgəncə verildiyi bu hərəkatın bir gün Allah adamlarının, həqiqət yolçularının dözümü və müqaviməti, hidayət olmuş və hidayət edən o şəxsin rəhbərliyi nəticəsində bütün ölkənin diqqətini özünə yönəldəcəyini, bütün qəlbləri cəzb edəcəyini və bütün xalqı səhnəyə gətirəcəyini desəydi, heç kəs inanmazdı. Əgər o zaman bir xalqın meydana atılması sayəsində İslam hökumətinin qurulacağını desyədilər, heç kim inanmazdı. Ancaq bu, Allahın vədi idi və şərtlərə əməl olunduğuna görə həyata keçdi.

Allahın başqa bir vədi budur: "Bizim uğrumuzda çalışanları öz yollarımıza mütləq yönəldərik". Kim Allah yolunda çalışsa, Allah mütləq yolu ona göstərəcək. Biz gənclik çağında, İslam bilgiləri ilə tanışlığın əvvəllərində bunları oxuyurduq, deyirdik, etiqadımız vardı, inanırdıq, amma bizim üçün tam aydın deyildi. Bilirdik ki, Allahın sözü doğrudur, amma onu təcrübə etməmişdik. Bu gün isə təcrübə olunmuşdur. Siz gənclərin əsla yadınızda deyil, bəzi ortayaşlıların da yadında deyil, bəzilərinin isə yadındadır ki, İslam hərəkatı dövründə bu gün İslamın beşiyi və mərkəzi olan bu İranda, yaxud Tehranda kimsə yalnız özü müsəlman yaşamaq istəsəydi, həqiqətən mümkün deyildi, çətin idi. Yəni kimsə digərlərini hidayət və tərbiyə etmədən özü kamil şəkildə müsəlman yaşamaq istəsəydi, olmurdu, müxtəlif maneələr vardı. Əgər kimsə Qumda bir kişinin başladığı, bir qrup tələbənin də ətrafına toplaşdığı, fəryad qoparan kimi adamların tez tutulub zindana aparıldığı, vurulduğu, işgəncə verildiyi bu hərəkatın bir gün Allah adamlarının, həqiqət yolçularının dözümü və müqaviməti, hidayət olmuş və hidayət edən o şəxsin rəhbərliyi nəticəsində bütün ölkənin diqqətini özünə yönəldəcəyini, bütün qəlbləri cəzb edəcəyini və bütün xalqı səhnəyə gətirəcəyini desəydi, heç kəs inanmazdı. Əgər o zaman bir xalqın meydana atılması sayəsində İslam hökumətinin qurulacağını desyədilər, heç kim inanmazdı. Ancaq bu, Allahın vədi idi və şərtlərə əməl olunduğuna görə həyata keçdi.

Lazım deyil ki, dua həmişə təbii qanunları pozsun və onların ziddinə getsin. Xeyr! Dua təbii qanunlar çərçivəsində qəbul olunur və istəyiniz təmin edilir. Bu, Allahın qüdrətidir: qanunları təmin edir, bir-birinin yanına qoyur və

səh:84

sizin istəyiniz həyata keçir. Əlbəttə, sizin duanız başqa bir ilahi qanunla ziddiyyət təşkil etsə, dua qəbul olunmur. Allahın vədi haqdır. Lakin o biri vəd də düzgündür. İşsiz dayanıb, öz məqsədləri yolunda çalışmayan şəxslərin məqsədə çatmasına zəmanət verilmir. Sən dua etməyində ol, bəllidir ki, bu duanın qəbul olunmaq şansı çox deyil. Bəli, bir də gördünüz qəbul olundu, lakin buna zəmanət verilmir. Siz təbiətin bir qanununun ziddinə dua etsəniz, qəbul olunmasına zəmanət verilməyəcək; baxmayaraq ki, bəzi yerlərdə, şübhəsiz, dua qanunları da yarıb keçir. Lakin duanın qəbul olunduğunu deyiriksə, sizin duanızın digər ilahi qanunlarla ziddiyyətdə olduğu, yanında əməlin olmadığı, yaxud duanın özünün diqqətlə edilmədiyi təqdirdə, yenə də qəbul olunacağını söyləmirik. Xeyr! Duada Allah-Taaladan həqiqətən istəmək lazımdır. Bu dua qəbul olunur. Əgər bu duanın yanında böyük məqsədlər yolunda əməl və fəaliyyət olsa, bu duanın qəbul olunmaq şansı doğrudan da çox olar. Dua davamlı olduqda onun qəbulolunma şansı çoxalır. Əgər bir dua bir neçə dəfə təkrar olunsa, amma qəbul olunmasa, məyus olmaq lazım deyil; xüsusən böyük məsələlərdə, insanın, ölkənin və xalqların taleyinə aid olan məsələlərdə. Çünki bəzən böyük işlərin həyata keçməsi uzun zaman tələb edir.

Mən söhbətimin sonunda sizə bir Quran əhvalatı danışmaq istəyirəm. Qoy həm deyilənlərə misal olsun, həm də ramazan ayının cümə günündə qəlbləriniz işıqlansın! Musa (ə) zalım və müstəbid fironun hökumətində dünyaya gəldi. Bu uşağın öldürülməsi qəti idi, ana isə çıxış yolu axtarırdı. Əgər qız olsaydı, nigaran olmazdı. Ana ürəyi uşağının eşqi ilə yanır, amma nə edəcəyini bilmir. Bu zaman ilahi vəhy, ilham anaya deyir: "Musanın anasına vəhy etdik ki, ona süd ver". Ona süd ver, qorxma, təhlükə çoxaldıqda, uşağın düşmən əlinə keçməsindən qorxduqda onu səndən almalarına izin vermə, suya at. Allah-Taala bu əhavalatı Quranın bir neçə yerində söyləmişdir; hər bir yerdə də bir gözəllik və incəliklə. Bu ana təhlükənin onu təhdid etdiyi bir şəraitə düşdü. Uşağı almaq üçün bu möhtərəm Bəni-İsrail ailsənin evinə tökülüşdülər. Musanın (ə) anası uşağın əldən çıxacağını anlayıb onu Nil çayına atdı. Çox mühüm məsələdir. Ana öz uşağını bir sandığa qoyub axar çaya necə ata bilər? Allah-Taala burada bu anaya iki vəd verdi: biri budur ki, uşağı sənə qaytaracağıq; ikincisi budur ki, onu şəriət sahibi olan mürsəl peyğəmbərlərdən edəcəyik: "Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də şəriət sahibi olan peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik". Bu uşağı təlatümlü çaya atdıqan sonra Musanın bacısına dedi ki,

səh:85

onun ardınca get, gör nə baş verəcək və bu uşağın taleyi necə olacaq. Nəhayət, bu uşaq Nil çayı ilə fironun evinin yaxınlığına çatdı. Fironun ailəsi onu götürdü. Allah ürəklərinə saldı ki, onu saxlasınlar. Fironun xanımı dedi ki, bu uşağı özümüz üçün saxlayaq. Uşaq heç kimdən süd əmmədi; nə qədər dayə gətirdilərsə, heç birinin döşünü əmmədi. Acdır, süd istəyir. Bu arada Musanın bacısı gəlib dedi ki, istəyirsinizsə mən bir süd verən tapım? Baxın, Allah-Taala duanı qəbul etmək və vədini həyata keçirmək istədikdə şəraiti belə hazırlayır. Bu qızın ürəyinə salır və ona cəsarət verir ki, gəlib fironun məmurlarına belə bir təklif etsin. Onlar dedilər ki, eybi yoxdur. O gedib Musanın (ə) anasını gətirdi və dedi ki, bu qadın südverən qadındır. Musanı (ə) ona verdilər. Anasının ətrini duyub süd içməyə başladı. Burada fironun adamları şübhələnib onun bu uşağın anası olduğunu bilmədilər. Allah-Taala öz vədinə əməl etmək istəyir: "Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, onu anasına qaytardıq". Bu vədin düzgün olduğunu özü gördü, amma sonrakı vəd budur: "Onu şəriət sahibi olan peyğəmbərlərdən edəcəyik". Musanın (ə) illər sonrakı peyğəmbərliyinin xəbəri həmin yerdə verildi. Bütün Bəni-İsrail bilsin ki, bu uşaq peyğəmbər olacaq, Allah tərəfindən seçiləcək və sizi xilas edəcək. Elə də oldu. Əlbəttə, Allah-Taalanın bunu Musanın (ə) anasının qəlbinə ilham etməsindən onun Tur dağında peyğəmbərlik məqamına çatıb Bəni-İsraili xilas etməyə təyin olunmasına qədər otuz-qırx il zaman ötdü. Hədislərdə bəzi sözlər var, amma adam bu hədislərin sənədlərinə çox da etimad etmir, lakin ayələrdən belə nəticə çıxır ki, ən azı otuz il ötdü.

Mənim əzizlərim! Allahın vədi belə həyata keçir; lakin bir müddətdən sonra. Allahın vədi budur ki, müsəlman xalqları izzətli etsin. Bu, bir gecədə mümkün olan iş deyil; səysiz və əməlsiz də mümkün olmayacaq. İlahi vəd bu idi ki, hansı xalq Allah yolunda mübarizə aparsa və imanı olsa, qələbə çalacaq. Çox gözəl! Siz İran xalqının imanı vardı, mübarizə apardınız və qələbə çaldıınz. İlahi vəd budur ki, siz bu qələbədən sonra Allahın düşmənləri ilə vuruşacaqsınız. Əgər duruş gətirib dözə və müqavimət göstərə bilsəniz, yenə də qələbə çalacaqsınız. Yəni həm qələbə vədi var, həm mübarizə vədi. Bəli, ilahi qüdrətin, İslamın, Quranın və mənəviyyatın qüdrətinin bir yerdə bayraq qaldırdığı zaman mənəviyyata müxalif olan şəxslər düşmənçilik edirlər, zülm tərəfdarları düşmənçilik edirlər, fəsad tərəfdarları düşmənçilik edirlər, hər hansı bir səbəbdən mənəviyyata və dinə dözməyən şəxslər düşmənçilik edirlər: Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə verilən vədidir. Əhzab döyüşündə Qüreyş bir tərəfdən,

səh:86

yəhudilər bir tərəfdən, Səqif bir tərəfdən və müxtəlif düşmənlər bir tərəfdən hücum edib Mədinəni mühasirəyə aldıqda xalq iki qrupa bölündü, möminlər bir tərəfdə dayandı, qeyri-möminlər və qəlblərində xəstəlik olanlar başqa tərəfdə. Qəlblərində xəstəlik olanlar deyirdilər ki, biz aldandıq, İslam bizə izzət və təhlükəsizlik bağışlaya, bizi xilas eləyə bilmədi. Baxın, möminlərin ətrafını mühasirəyə almışdılar. Bu düşmənlər, şərqli, qərbli, qonşu, uzaq – hamı əl-ələ verib İslam dövlətinə hücum etmişdilər, amma möminlər deyirdilər: Bu, Allahın və Peyğəmbərinin bizə verilən vədidir. Biz təəccüb etmirik. Bu, Allahın və Peyğəmbərin (s) bizə söz verdiyidir. Allahın və Peyğəmbərin (s) vədi budur: İman gətirənlər Allah yolunda, kafir olanlar isə tağut (zakım hakim, şeytan) yolunda vuruşurlar. Siz möminsiniz və Allah yolunda mübarizə aparırsınız, Allahla arası olmayan şəxslər isə tağut yolunda mübarizə aparırlar. Bəli, onlar da mübarizə aparırlar, amma O halda şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir! Əgər mübarizə aparsanız, əgər möhkəm dayansanız, əgər öz dözümünüzü və möhkəmliyinizi əldən verməsəniz, qələbə çalacaqsınız. Amma əgər əldən versəniz, zəiflik göstərsəniz, ümidsiz olsanız və geriyə çəkilsəniz, yox. Deməli, düşmənin olması və hücum etməsi təəccüblü deyil: Bu, Allahın və Peyğəmbərinin bizə verilən vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı. Buna əsasən, ilahi vəd qətidir. Yəni həm mübarizə, dözüm və müqavimət olduqda qələbə hasil olur, həm də siz sadiq olduğunuzda düşmənliklər sizə yönəlir.(1)

Duanın sayəsində cəmiyyət fəallaşır və hərəkətə gəlir!

Ramazan ayını qənimət sayın. Bu gündüzləri oruc tutmaqla, bu gecələri zikr və dua ilə keçirin. Duanın fəsli də bu mübarək aydır. İnsan həmişə dua vasitəsi ilə Allahla mənəvi əlaqə qurmalı olsa da, Quranın (Ey Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm(2) ayəsi Bəqərə surəsində oruca və ramazan ayına aid olan mübarək ayələrin arasında gəlmişdir. Bu ayə oruc və ramazan ayı ayələrinin ortasında gəlib ki, bütün insanları və bütün bəndələri duaya və Allah zikrinə sövq və dəvət etsin.

Dua sizin Allahla səmimi əlaqənizdir. Dua - istəmək və Allahı çağırmaqdır. İstəmək ümidvar olmaqdır. Ümidiniz olmasa, Allahdan bir şey istəməzsiniz. Ümidsiz insan heç nə istəmir. Deməli, dua ümiddir, qəbul

səh:87


1- [147] Cümə namazı xütbələrindən: 1998.
2- [148] Bəqərə/186.

olunmasına ümidlə yanaşıdır. Qəbul olunmasına bu ümid ürəkləri işıqlandırır və nurlu saxlayır. Duanın sayəsində cəmiyyət həvəskar və fəal olur.(1)

səh:88


1- [149] Vilayət hədisi, c. 4, səh: 44 (1990).

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109